Rahat yay istirahətinizi yersiz günvurma poza bilər. Günvurma başın açıq hissəsinə gün şüasının davamlı təsiri nəticəsində beyin işinin pozulmasıdır. Əlamətləri: başağrısı, süstlük, qaytarma. Ağır formada koma. Günvurmanın 3 dərəcəsi var:
Yüngül dərəcə
Ümumi zəiflik
Başağrısı
Ürəkbulanma
Nəbzin və nəfəsalmanın tezləşməsi
Bəbəyin genişlənməsi
Tədbirlər: xəstəni həmin ərazidən çıxarmaq və yardım göstərmək. Həkim gələnədək xəstədə ürəkbulanma və qaytarma olarsa, onun qusma kütləsi ilə boğulmasının qarşısı alınmalıdır.

Orta dərəcə
Kəskin gücsüzlük
Ürəkbulanma və qusma ilə müşayiət olunan başağrısı
Qulaq batması
Hərəkətlərdə inamsızlıq
Laxlayan yeriş
Zamanlı özündəngetmə halı
Nəbz və nəfəsalmanın sürətlənməsi
Bədən temperaturunun 39-40 dərəcəyə qalxması

Ağır dərəcə
Günvurmanın ağır forması anidən olur. Üzdə hiperemiya (bədənin bəzi hissələrində damarların həddindən artıq qanla dolması) yaranır. Yüngül özündəngetmə halından komaya qədər hallar, nəcis və sidiyin qeyri-iradi xaric olması, sayıqlama, qarabasma, temperaturun 41-42 dərəcəyə qalxması halları müşahidə olunur, hətta ölüm halı da baş verə bilər.


Uşaqlarda günvurma
Uşağı kölgəyə və ya sərin otağa gətirməlisiniz, üfüqi formada uzandırıb başına soyuq su ilə isladılmış dəsmal qoyun. Günvurmanın ilkin mərhələsində çoxlu maye içirməlisiniz. Bunun üçün 1 litr suya 2 x.q. şəkər tozu və 2/1 ç.q. natrium xlorid və ya natrium bikarbonat əlavə edin. Soyuq su ilə fiziki soyutma etməlisiniz. Bundan ötrü su ilə isladılmış dəsmalla dərini silin. Və təcili yardım çağırın.

İlk yardım
Zərərçəkəni kölgəyə aparmaq və başa soyuq kompres etmək lazımdır. Ağır formalarda süni nəfəsvermə də yerinə düşər.
Təcili görüləcək işlər:
zərərçəkəni həmin sahədən uzaqlaşdırmalı
naşatır spirtini tənzifə vuraraq iynətməli
üst geyimini soyundurmalı
üzünə soyuq su çiləməli, döşünə yaş dəsmal qoymalı
başına soyuq su butulkası qoymalı
yelləməli
təcili yardım çağırmalı

Profilaktika
Günvurmadan qorunmaq üçün günəşli havada baş örtüyü olmadan gəzmək məsləhət görülmür. Baş örtüyü də açıq rəngli materialdan olmalıdır ki, günəş şüasını az qəbul etsin.