Sayfa 3/3 İlkİlk 123
24 sonuçtan 21 ile 24 arası

Gelecek Analar

  1. #21
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Hamiləlik dövründə siqaret çəkmə, alkohollu içkilərin qəbulu, dərman və kofein tipli maddələrin qəbulu məhdudlaşdırılmalıdır. Ilk növbədə bu siqaret çəkəməyə aiddir.
    Siqaret çəkən qadınlar öz körpələrini təhlükələrə məruz qoyurlar. Bundan başqa, əgər hamiləlik zamanı hər hansı bir hadisə baş
    verərsə, belə qadınlar özlərini təqsirkar bilirlər. Siqaret körpə üçün böyük risqdir, dölün inkişafı ləngiyir, düşük və hamiləliyin donması təhlükəsi yaranır.
    Alkoholun istifadə olunmasının zərəri siqaret çəkmə qədər müəyyən deyil, lakin bu maddənin hansı miqdarda qəbul oluna bilməsi də sual altındadır. Iakin alkoholun qəbul olunmasının da nəticəsi hamiləliyin donması, düşük, dölün inkişafının zəifləməsi, anadangəlmə eybəcərliklər və uşaqda davranış pozulmaları ola bilər.
    Siz həftədə bir dəfə təqribən bir badə zəif çaxır içə bilərsiniz. Lakin bu az miqdar tez-tez təkrar olunarsa, bunun dölə ziyanı ola bilər.
    Dərman maddələrinin qəbulu da həmçinin, əks göstərişlər siyahısına daxildir. Bir neçə faktorun mənfi təsiri dəqiq olaraq müəyyənləşdirilmişdir, bunlara məxmərək xəstəliyi, dərman maddələrindən talomid və radioaktiv şüalanma aidir. Bütün digər faktor və maddələr də şübhə altındadır. Ona görə də mütləq müraciət etdiyiniz bütün həkimlərə hamilə olduÄ?unuzu söyləməlisiniz. Əgər artıq hər hansı bir dərman maddəsini qəbul edirsinizsə, bu barədə də həkiminizə deməlisiniz, çünki, bəzi maddələrin kombinasiyaları da mənfi təsir göstərə bilər.
    Bir sıra maddələr var ki, onlar təhlükəli sayılmasalar da, dölə təsir edə bilərlər. Bu maddələrin başında kofein durur. Gün ərzində qəbul etdiyiniz 8 və daha artıq fincan qəhvə və ya çay, koka-kola düşük təhlükəsi və döldə normadan kənar halların yaranmasına səbəb ola bilər.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #22
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Ã?ox baxt insanları aşaÄ?ıdakı suallar narahat edir:
    Â? Gələcək uşaÄ?ın nə dərəcədə saÄ?lam olacaÄ?ını əvvəlcədən müəyyən etmək olarmı?
    Â? UşaÄ?ın saÄ?lamlıÄ?ına təsir edən patologiyalar hansılardır?
    Â? Irsiyyətin nəzəri cəhətdən təyin olunması nə qədər həqiqətə uyÄ?undur?
    Bütün bu suallara tam cavab almaq üçün tibbi-genetik məsləhətdən keçmək lazımdır. Bu məsləhətin məqsədi Â? dünyaya yeni insan övladı gətirməyi planlaşdıran ailə üzvlərini əvvəlcədən gələcək körpənin nə dərəcədə saÄ?lam və ya nə dərəcədə xəstə ola biləcəyini aydınlaşdırmaqdır.
    Hazırda Mendel qanunları ilə nəsildən Â? nəslə ötürülən xəstəliklərin sayı bir neçə minə çatır. Hər il də yeni Â? yeni xəstəliklər kəşf olunur. Bu səbəbdən kiminsə orqanizmində bütün bu xəstəlikləri kodlaşdıran genlərin müəyyənləşdirilməsi hətta nəzəri olaraq, belə mümkün deyil. Ona görə də genetika ilə məşÄ?ul olan alim, sanki mümkün ola bilən halları seçir. Lakin, buna baxmayaraq, mümkün risk dərəcəsini az Â? cox bilmək planlaşdırılan hamiləlik üçün, dölün inkişaf səviyyəsini və genotipini aydınlaşdırmaq üçün vacibdir. Genetikada Â?ümumi populyasiya risqiÂ? kimi bir anlayış var. Həkim Â? genetik məsləhət zamanı Sizə verə biləcəyi ən ətraflı məlumat bundan ibarət olacaq. Irsi xəstəlikləri olmayan və saÄ?lamlıq vəziyyəti adi olan ailə cutlərinin orta rəqəmini ifadə edən sayda ailələrdə anadangəlmə və ya irsi patologiyaların yaranma risqi mövcuddur. Çmumi populysiya risqinin faizi 5%-dən yuxarı deyil.
    Tibbi Â? genetik məsləhət zamanı istifadə olunan ikinci anlayış Â? risqin qiymətidir. Risq faizinin böyüklüyündən asılı olmayaraq, onun qiyməti dəyişik ola bilər.
    Bir bənzətmə ilə aydınlaşdırmaÄ?a çalışaq. Məsələn, Sizin elektrik qatarına gecikmə gümanınızın faizlə ifadəsi 5%-dir. Bu çox kiçik faizdir, həm də bu hadisənin əhəmiyyəti həyat üçün o qədər də böyük deyil. Deməli həm risq faizi, həm də onun qiyməti yüksək deyil. Lakin Sizin uçacaÄ?ınız təyyarənin qəzaya uÄ?rama risqi 5% olarsa, bu o qədər də kiçik rəqəm deyil, həmçinin, bu hədisənin həyat üçün təhlükəsi böyük olduÄ?u üçün, risqin qiyməti də yüksəlir. Eyni şəkildə genetik xəstəliklərin də yaranma risqinin və bu risqin qiymətinin nisbətini müəyyən etmək olar.
    Yaxşı olardı ki, həkim-genetiklə görüşərkən, Sizin aşaÄ?ıdakı bilgiləriniz olsun. Bu, məsləhətin daha məhsuldar keçməsinə kömək edə bilər:
    1.Qan qohumlarınızın sayı. Valideynlərinizdən və nənə, babalarınızdan neçə nəfər bacı və qardaşlarının, dayı və xalalarının, dayı usaqları, xala uşaqlarının, əmiqızı və əmi oÄ?lanlarının olmasını soruşun. Bu məlumat həm gələcək ananın, həm də gələcək atanın qohumları barədə olmalıdır. Nəsildə olan nə qədər çox qohum əhatə olunarsa, irsiyyətinizinin genetik qiymətləndirilməsi daha dəqiq olar.
    2.Yuxarıda adları çəkilən qohumlardan hər hansında sonsuzluq, ölü uşaÄ?ın doÄ?ulması, 3-dən artıq uşaq düşürmələr, uşaqlarda erkən ölüm, istənilən səbəbdən yaranan əlillik, aÄ?ıldan kəmlik, anadangəlmə eybəcərliklər, psixi xəstəliklər və s.
    3.Tibbi sənədləriniz: poliklinikada olan dispanser müşahidə kartı, xəstəxanada yatmısınızsa, xəstəlik tatixindən çıxarılış, arayışlar, mütəxəssislərin verdiyi müayinə nəticələri və s. Bütün bunlar genetik məsləhətin daha obyektiv keçməsinə kömək edəcək
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #23
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bu günki gündə hamiləlik diaqnozu, qadının sorÄ?u-sualı, həkimin müayisi və USM əsasında qoyulur. AşaÄ?ıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir:
    A.Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında aÄ?ırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə - əhəng, təbaşir, gil və s.- hərislik.
    B.Sinir sisteminin və psixi sferanın funksional pozulmaları: yüngül sinir qıcıqlanması, eşitmə və qoxubilmə qabiliyyətinin güclənməsi, kövrəklik, özünə qapanma;
    C. Maddələr mübadiləsində dəyişikliklər, dərialtı piy təbəqəsinin artması, döş giləsinin və gilətrafı nahiyyənin, aÄ? xəttin və bəzən üz nahiyyəsinin piqmentasiyası;
    D.Hamiləlik zolaqlarının (çapıqların) yaranması.
    Bütün bu əlamətlər hamilə qadınlarda rast gəlinir, lakin hər zaman hamiləliklə əlaqədar deyil, ona görə də onlar təqribi əlamətlər adlanır.
    Hamiləliyin dəqiq əlamətlərinə aiddir:
    A.saÄ?lam, müntəzəm cinsi əlaqədə olan, döllənmə mümkün olduÄ?u yaş dövründə olan qadında aybaşının kəsilməsi;
    B. durÄ?unluq əlamətləri: uşaqlıq yolu girişinin, divarlarının və uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin göyərmsi. UşaqlıÄ?ın ölçülərinin gecikmə müddətinə uyÄ?un olaraq böyüməsi, konsistensiyasının və formasının dəyişməsi;
    C.süd vəzilərinin sərtləşməsi və molozivonun yaranması
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #24
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Analığa hazırlıq hamiləlikdən çox əvvəl başlayır. Əslində bu hazırlıq hələ uşaqlıqdan başlamalı, arasıkəsilmədən hamiləliyə doğuşa və analığa və atalığa hazırlıq şəklində davam etməlidir.
    Hamiləlik baş verməzdən əvvəl bir çox hazırlıqlar aparılmalıdır. Döllənmədən əvvəl Sizin sağlamlıq vəziyyətinizin normal olması çox vacibdir. Bu, körpənin inkişafı üçün, xüsusilə də ilk bir neçə həftə ərzində, daha yaxşı şəraitin yaranmasına kömək edər.

    Sağlamlaşma prosesinə planlaşdırılmış hamiləliyə 3-4 ay (hətta daha erkən) qalmış başlamaq lazımdır. O zaman həkim Sizin fərdi xüsusiyyətlərinizi daha yaxından öyrənər və onun bu baxımdan təyin etdiyi profilaktik üsullar daha gözəl nəticələr verər.



    Əgər bunu əvvəlcədən etməmisinizsə,elə indi başlayın.Aşağıda Sizin karınıza gələ bilən bir neçə universal məsləhət verilmişdir:

    Mümkün qədər yaşayış tərzinizi sağlamlaşdırın ? alkohol və tütündən imtina etsəniz yaxşıdır. Yadda saxlayın ki, hətta passiv siqaret çəkmə belə dölə ziyan vura bilər (ona görə ailə üzvlərinizdən siqaret çəkən varsa, bunu açiq havada etsə, yaxşı olar)
    Döllənməyə qarşı olan dərmanların qəbulunu nəzərdə tutulan hamiləlikdən 3-4 ay əvvəl dayandırmaq lazımdır. Istənilən preparatın qəbulu həkimlə məsələt olunmalıdır.
    Rentgen müayinələrə də, xüsusilə qarın və çanaq boşlüğü orqanlarına, diqqətli olmaq lazımdır.
    Sağlamlığınızı qoruyun ? infeksion xəstəliklərlə yoluxma ehtimalını mümkün qədər azaldın (məcələn, məxmərək və ya KRX). Əgər Sizinlə birlikdə yaşayan ailə üzvlərinizdə zökəm əlamətləri əmələ gəlibsə, həm onlara, həm də öznüzə tənzif maska taxın. Burnunuza interferon tökmək və ya oksalin məlhəmi sürtmək də yaxşı nəticə verə bilər.
    Ancaq müsbət emosiyalar qəbul etməyə çalışın Siz çox Mühüm İşin yerinə yetirilməsinə hazırlaşırsınız. Digər problemlərin həllini müvəqqəti olaraq bir kənara qoyun. Bu dövrdə keçirdiyiniz stress körpənizə heç də xeyrli olmayacaq.
    Əgər təhsilinizi və ya işinizi davam etdirirsinizsə, fəaliyətinizi və əmək şəraitinizi gələcək körpənizə olan təsiri baxımından nəzərdən keçirin (radiasiya, elektomaqnit təsirlər, dərman və digər kimyəvi maddələrlə təmas).
    Əgər Siz ev heyvaları saxlamaq fikrinə düşmüsünüzsə, bu dövr o qədər də uyğun deyil. Bir çox pişiklər və itlər toksoplazmoz infeksiyası ilə yoluxmuş olurlar. Bu xəstəliyin törədicisi hamilə qadının orqanizminə daxil olarsa, ilk növbədə ananın xəstələnməsinə və sonra döldə genetik defektlətin, orqan və toxumaların zədələnməsnə səbəb ola bilər.
    Həmçinin itlərin bir sıra xəstəlikləri var ki, insanlar da bu xəstəliklərlə yoluxa bilərlər. Ev heyvanına düzgün qulluq etməklə, bir sıra təhlükələri aradan qaldırmaq olar. Itləri vaxtında və düzgün peyvənd etmək lazımdır (xüsusilə, leptospiroza və quduzluğa qarşı).
    Hamilələr üçün nəzərdə tutlmuş vitamin preparatları əldə edin və onları qəbul etməyə başlayın. Əsas məsələ odur ki, bu preparatların tərkibində 4 mq-dan az olmayaraq fol turşusu olsun. Hamiləlikdən 3 ay əvvəl və sonrakı 12 həftə ərzində qəbul olunan məhz bu vitamin, dölü bir sıra anadangəlmə defektlərdən qoruyur.
    Artıq indidən pəhrizə riayət etməyə çalışın ? sizin qidanız kifayət qədər və lazımi inqridiyentlərlə zəngin olmalıdır.
    Çay və qəhvə qəbulunu azaldın. Həmçinin şokolad və koka-kolaya da çox aludə olmayın.
    Əgər planlaşdırdığınız hamiləliyin ilk 4 -6 həftəsi yazın sonu ? yayın əvvəlinə düşürsə, çalışın qidanızda qışdan qalan kartofu az istifadə edin. Bu məhsulun tərkib hissələri körpənizdə anadangəlmə qüsurların yaranmasına səbəb ola bilər.
    Həkim ? mütəxəssislərin müayinəsindən keçmək üçün vaxt ayırın. Əgər sağlamlığınızda bir problem varsa (məsələn, xroniki, həmçinin infeksion xəstlik), həkim nə zaman və necə müalicə aparmaq barədə məsləhət verə bilər.
    Hamiləliyin təsdiq olunmasi

    Bu məsləhətləri bütün hamiləlik boyunca yadda saxlamaq laımdır, amma xüsusilə ilk 12 ay ərzindədaha dəqiq riayət etmək lazımdır.

    Əvvələr qadınlar hamiləliyin olub-olmamasını öz əhvallarında baş verən dəyişikliklərlə təyin edirdilər. Aybaşının olmaması, tez yorulma, döş vəzilərinin dəyişməsi, ürək bulanma və s. hamiləliyi təsdiq edən yeganə əlamətlər idi. Qarın nahiyyəsinin böyüməsi son və tam təsdiq kimi qəbul olunurdu.

    Hal-hazırda qadınlar öz hissiyyatlarına az güvənir və hamiləliyi təsdiq etmək üçün daha çox tibbi testlərə müraciət edirlər.

    Sidik vasitəsi ilə aparılan testlər, adətən, son aybaşıdan altı həftə sonra istifadə olunur. Yuksək effektifliyə malik test hesab olunmasına baxmayaraq, burada da bəzən yanlış nəticə alına bilər. Bu zaman bir sıra suallar meydana çıxa bilər: ?Mənə nə isə olub?!?, ?Niyə mənim ürəyim bulanır və mən çox tez yoruluram??. ?Yəqin ki, mən xəstələnmişəm!?.

    Son aybaşıdan sora 6 həfətəyə qədər qanın analizi də informativ ola bilər... lakin bu barədə bir qədər sonra.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Sayfa 3/3 İlkİlk 123

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.