Sayfa 2/3 İlkİlk 123 SonSon
24 sonuçtan 11 ile 20 arası

Gelecek Analar

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    DOĞUŞDAN SONRAKI DÖVR
    Zahılıq dövrü cift düşəndən sonra başlayır və 8 həftə davam edir. Bu müddət ərzində qadının or-qanizmində ciddi dəyişikliklər baş verir. Bu dəyi-şikliklər daxili cinsiyyət orqanlarının, çanaqdibi əzələlərin, qarın divarının əks-inkişafından ibarətdir.
    Bu proseslər zahılıq dövrünün gedişini xarakte-rizə edir və zahı qadının sanitar-gigiyenik rejimini müəyyənləşdirir.
    Ən əvvəl, əks-inkişafa uşaqlıq başlayır. Doğuşdan sonra bu, çəkisi 1000 q-a yaxın olan içiboş bir əzələ orqanıdır. Uşaqlığın yuxarı sərhədi köbəkdən 2—3 sm aşağıdır. Uşaqlığın daxili səthi (boşluğun daxili divarı) geniş yaraya oxşayır. Doğumun ilk saatlarından uşaqlıq kiçilməyə başlayır. Birinci həftənin axırına o, 2 dəfə azalır, 6—7 həftədən sonra isə hamiləliyə qədər olan ölçüsünə gəlir, Uşaqlığın çəkisi 50—70 q, uzunluğu isə6—7 sm olur. Zahılıq dövrü ərzində uşaqlıq 15—20 dəfə azalır, Uşaqlıq boşluğunun yaralı səthi zahılıq dövrünün sonunadək yeni selikli qişa ilə örtülür. Tədricən uşaqlıq boynu öz formasına qayıdaraq bağlanır, doğuşdan 2 həftə sonra boyun kanslı ensiz dəliyə oxşayır.
    Doğuşdan sonra 2—3 həftə ərzində hər bir qadın-da uşaqlıq yolundan ifrazat gəlir, əvvəl qanlı və gur xarakter daşıyır, 4—5-ci günlər ifrazatın rəngi daha açıq olur, 3-cü həftənin sonunda şəffaf seliyə oxşayır. İfrazatın miqdarı və onun xarakteri uşaqlığın əks-inkişafının tempindən asılıdır.. Əgər uşaqlıq yaxşı yığılırsa, onda ifrazat da çox gəlir.
    Ana uşağa döş verəndə uşaqlıq daha tez yığılır. Uşaq əmizdirən qadınlarda uşaqlığın əks-inkişafı uşaq əmizdirməyən qadınlara nisbətən daha tez gedir. İfrazat gələn müddət ərzində qadın gigiyenik kəmər geyməli və gün ərzində çirkləndikçə əskini dəyişməlidir.
    Çanaqdibi və qarındivarı əzələləri hamiləlik və doğum zamanı bərk dartılır. Doğuşdan sonrakı dövr-də bu qrup əzələlərin normal tonusu bərpa olunur. Aralıq əzələlərin yaxşı yığılması üçün sağlam zahı qadın tez, yəni doğuşdan 2 gün sonra durmalıdır. 2—3 gündən sonra zahı qadına durmağa, öz çarpayısını, şkafını yığışdırmağa, yuyunmağa icazə verilir. Zahı qadın tez durduqda, fəal olduqda çanaqdibi əzələlərin tonusu tez bərpa olunur, siyimə və bağırsaqların boşalması tez normaya düşür. Lakin aralıq və qarındivarı əzələləri hələ yığılmamışkən zahı qadın böyük fiziki gərginlikdən, ağır yükdən çəkinməlidir.
    Doğuşdan sonra bəzən zahı qadının siyimə təkanı olmur, bunun üzündən sidik kisəsində çoxlu sidik yı-ğılıb qalır, dolu sidik kisəsi isə uşaqlıqdan ifrazatın gəlməsinə və onun yığılmasına mane olur. Hər bir zahı qadın gündə 2—5 dəfə siyiməlidir. Əgər siyimə çətinlik törədirsə, onda həkimə muraciət etmək lazımdır. Bundan başqa, hər dəfə uşağı əmizdirmə-mişdən əvvəl siyimək məsləhət görülür.
    Doğumdan 3—4 gün sonra qadın böyük bayıra çıxır. 'Sonradan hər gün bağırsaqların boşalmasına fikir vermək lazımdır, çünki bu da uşaqlığın əks-inkişafına kömək edir.
    Süd vəziləri doğuşdan 3—4 gün sonra bərkiyir. Bu vaxtadək süd vəzilərindən ağuz deyilən maddə gəlir. 4-cü gündən sonra süd ifrazı artır və əsl süd gəlməyə başlayır. Doğuşdan 3—4 gün sonra maye az içmək tövsiyə olunur, bu, süd vəzilərinin çox bərkiməsinin qarşısını alır.
    Hər dəfə uşaq əmizdirməzdən əvvəl zahı qadın özünü və yatağını səliqəyə salmalıdır. Tumboçkanın üstündə uşağı əmizdirmək və süd sağmaq üçün lazım gələn şeylərdən başqa heç nə olmamalıdır. Zahı qadın saçlarını ləçəyin altına yığır, tənziflə ağzını və burnunu bağlayır. Sonra əllərini sabunla yuyur və uşaq qoyulacaq yerə əski salır. Uşağa döşü vermə-mişdən əvvəl məməni dezinfeksiyaedici məhlulla is-ladılmış pambıq, ya da tənziflə silir və döşü sıxıb bir neçə damcı süd axıdır. Süd axdıqdan sonra məməətrafı dairə yumşalır və uşaq məməni daha asan götürür. Hər bir sağlam qadın uşağı özü əmizdir-məyə çalışmalıdır, ona görə ki, ana südü ilə uşaq boy atmaq və inkişaf etmək üçün lazım olan hər şey alır. Bundan başqa uşaq ana südü ilə həyatının ilk aylarında onu bir çox yoluxucu xəstəliklərdən qoru-yacaq xüsusi maddələr əxz edir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ”Bitki tərəvəzlərinin şirəsinin müalicəvi əhəmiyyəti” M . V. Uoker. 1991.
    ( bu kitab rus dilindən azərbaycan dilinə Bayramova Ülviyyə İsa qızı tərəfindən tərcümə edilmişdir.)
    SÜD
    Ana südündən başqa bişirilməmiş çiy keçi südünü yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var.Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır.Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür,ancaq əgər zəruridirsə onda çiy bişirilməmiş təzə keçi südü də vermək olar.
    Bir dəfə mən bir fakta nəzər saldım.
    Mənim dostumun iki aylıq qızı bir yaşına kimi ana südü ilə qidalanıb və bu vaxta kimi o sağlam olub. Sonra ona pasterizə olunmuş keçi südü verdilər və o başladı tez-tez xəstələnməyə: iki gündən sonra qızın burnu axmağa başladı, uşaqda narahatçılıq və əsəbilik başlandı.Atası iki keçi aldı və keçiləri sağdı. Keçinin südünü çiy bişirilməmiş uşağa verdi və uşaqda olan bütün xəstəliklər yox oldu. İndiyədək o uşaq bişirilməmiş keçi südü və kök şirəsi içir.Çiy keçi südü ən təmiz , faydalı ərzaqlardan biridir.İnək südü haqqında onu demək olmaz, çünki o çoxlu selik əmələ gətirir. Təəsüf ki , bəşəriyyət hər zaman lazımi , faydalı ərzaqları qəbul etmir , çünki bu iqtisadiyyatla bağlıdır.Ən yaxşı üsul odur ki, torpaq sahəsi almaq, özün öz istədiyin meyvələri və tərəvəzləri üzvi kübrələrlə becərəsən , bir neçə arı pətəyi ( təknəsi) , 2-3 keçi alasan və sağlam , xoşbəxt və uzun ömürlü yaşayasan.Bu arzunu həyata keçirmək çox asandır əgər insanda həfəs olsa. İndi isə qayıdaq südün keyfiyyətinə. Yuxarıda deyilənlərə
    Görə keçi ən təmiz ev heyvanıdır. Onun ifraz edən orqanları ideallığa daha çox yaxındır. Ona görə də keçi südü inək südündən daha çox yaxşıdır.İçki qəbul edən və siqaret çəkən ananın südündən çox üstündür.Keçi heç vaxt vərəm, bruselyoz və başqa xəstəliklərlə xəstələnmir, hansılar ki, bütün inəklərə xasdır. Keçi südünün keyfiyyəti inək südündən çox keyfiyyətlidir.Başqa qidalardan fərqli olaraq keçi südü həmcinsdir.Çox miqdarda niatin və tiamindən ibarətdir. Körpələrdə ishal olan zaman keçi südünün çox böyük faydası var.Bu onunla izah olunur ki, onun tərkibində çoxlu tiamin var. Keçi südünün tərkibində olan tiamin ”B” qruppasından olan vitaminlərdən biridir.Bütün hamının həyatında doğulandan ölənədək baş verən əsas proseslərdə o çox böyük fəaliyyət göstərir.Diqqət , heç bir zaman keçi südünü 47 dərəcə temperaturdan artıq isitməyin .Həddindən artıq qızdırılmış pasterizə olunmuş və yaxud qaynadılmış süd uşağa vermək əvəzinə kanalizasiyaya axıdılmalıdır. Əgər keçilərə belə süd versək onlar 6 aydan artıq yaşamazlar.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ANANIN EVDƏ GÜNDƏLİK REJİMİ
    Doğum və doğuşdan sonrakı dövr normal keçdikdə, eləcə də çağa sağ-salamat olduqda ana ilə uşağı doğuşdan 5—6—8 gün sonra evə yazırlar. Yaxşı olardı ki, zahı qadının doğum evindəki gündəlik rejimi evdə də saxlanılaydı.
    Ana ilə uşaq evə yazılan vaxt ev səliqə-səhmanə salınmalıdır. Uşaq ilə ana olacaq otaqda artıq avadanlıq, xalçalar, ev heyvanları, quşları olmamalıdır. Otaq təmiz yuyulmalı, Havası dəyişdirilməlidir.
    Hamiləlikdən sonrakı bütün dövr ərzində bədənin,. əllərin, camaşırın və otağın təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. Uşaq əmizdirən qadın hər gün duş altında çimməli, ya da belinə qədər sabun və isti su ilə yuyunmalıdır. Bunun üçün uşaq sabunundan, istifadə etmək məsləhət görülür.
    Süd ifrazetmə dövründə döş vəziləri çox böyüyür.. Uşaq əmizdirən qadının büsthalteri pambıq parçadan olmalıdır. Büsthalter süd vəzilərini saxlamalıdır, çünki süd vəzilərinin sallanması və eləcə də onun tarım çəkilib bağlanması südün gəlməsinə maneçilik törədir və nəticədə süd azalır. Uşağı rahat əmizdirmək üçün büsthalterin, paltarın, köynəyin qabaqda düymələri olmalıdır.
    Çox vaxt uşaq əmizdirən qadınlarda mastit, ya da döş vəzisinin iltihabı olur. Bu iltihabı xəstəlik süd vəzisinə məməətrafı dəridəki çatlardan və ya məmənin özündən düşən xəstəliktörədici mikroblardan baş verir. Bu xəstəlikdən necə qorunmaq olar? Zahı qadının .mastitdən qorunması üçün o döşlərini isti saxlamalıdır—fikri tamam yanlışdır. Ən əvvəl, şəxsi gigiyenaya ciddi riayət edilməlidir: bunun üçün qadın hər dəfə uşağı əmizdirməyə başlamamışdan əvvəl əlləri sabunla yumalı, dırnaqları qısa tutmalı, süd vəzilərini hər gün yumalı və alt paltarını dəyişməlidir.
    Bundan başqa, məmələrdə çatların olmamasına çalışmaq səyi, uşağın düzgün əmizdirilməsi, əmizdirdikdən sonra sü dün sağılması texnikasına düzgün riayət edilməsi mastitin qarşısını alan tədbirlərdəndir.
    Evdə uşağı rahat vəziyyətdə—stulda oturub əmiz-dirmək lazımdır. Döş veriləcək tərəfdəki ayağı alçaq kәtilin üstünә qoymaq olar. Uşaq tutan qol һәmin ayağın buduna dirsәklәnir. Döşü 20 dәqiqәdәn artıq .vermәk olmaz, ona görә ki, sağlam uşaq ona lazım gә.lәn. südü ilk 10—15 dәqiqәyә әmir. Әmizdirdikdәn sonda südü sağmaq lazımdır. Südü 10—20 dәqiqә әrzindә,. һәlә şırnaqla axarkәn sağırlar. Süd vәzisi tamam boşaldıqda yeni süd yaxşı gәlir, yәni süd vәzisinin boşalması südün daһa çox ifraz olmasına şәrait yaradır. Südü ya әllә, ya da әl südsoranı ilә sağırlar. Süd sağmağı doğum evinin doğuşdan sonrakı şöbəsində öyrәdirlər. Süd sağarkәn mikrob salmamaq üçün mәmәyә әllә toxunmaq, döş vәzisinin dәrisinә xәtәr yetirmək, vәzin toxumasını zәdәlәmәk olmaz,
    Süd sağarkәn әllәr tәmiz yuyulmalı, dırnaqlar qırxılmalıdır. İki barmaqla mәmәәtrafı dairənin yaxınlığından basaraq südü sağırlar. Һәrәkәtlәr eyni aһәnkdarlıqla tәkrar olunur.
    Doğuşdan sonrakı dövr әrzindә zaһı qadının temperaturu qalxmışsa, bir yeri ağrıyırsa, ya da һal-әһvalı dәyişmişsә, tezliklә qadın mәslәһәtxanasının һәkimini çağırmaq lazımdır. Belә vaxtlarda öz-özünü mualicә etmәyә icazә verilmir.
    Süd VƏZISININ iltiһabı—mastit başlananda da һәkimә muraciәt etmәk mәslәһәtdir. Bu vaxt döşün birindә ağrı һiss olunur, һәmin yer bәrkiyir vә üstü qızarır, zaһı qadının temperaturu 39°-yә qәdәr qalxır. һәrdәn onda titrәtmә olur. һәkim gәlәnә kimi ağrıyan yerә һәr yarım-bir saatdan 5—10 dәqiqәliyә buz qoymaq olar, Belә vaxtlarda uşağa ancaq sağlam döş verilmәlidir. Ağrılı döşün südü isә sud-soranla sağılır. Sonradan һәkimin göstәrişlәrinә riayәt etmәk olar.
    Doğum evindәn çıxan zaһı qadın özünü tam sağlam һiss edir, lakin yenә də o, ilk 10 gün ev işlәri nlә yox, yalnız uşaqla mәşğul olmalıdır. Bu müddәt әrzindә ana ilә uşaq bir-birinә vә yeni şәraitә alışır, Gecә ana tez-tez uşağın üstünә durmalı olur, buna görә dә o yuxusunu almaq üçün gündüzlәr yatmalıdır. Yorğun, yuxusunu almamış qadının südü azala bilәr, bu isә һәm ananın, Һәm dә uşağın sağlamlığına mәnfi təsir göstәrir.
    Doğuşdan sonrakı dövrdә qadın ağır fiziki işlә mәşğul olmamalı, ağır yük qaldırmamalı, böyük paltarlar, döşәmә vә s. yumamalıdır. Birdәn әyildikdә, ya da ağır yük qaldırdıqda qarındaxili tәzyiq yüksәlir. Çanaqdibi vә qarındivarı әzәlәlәri möһkәmlәnmәdikdә, bu, əzәlәlәrin dartılmasına, qarının sal lanmasına, daxili cinsiyyәt orqanlarının aşağı düşməsinә, belin әyilmәsinә, köks qәfәsinin deformasiyasına gәtirib çıxarır. Doğuşdan sonra da qəd qamәtli, boylu-buxunlu qalmaq üçün gimnastika mәşğəlәlәrini davam etdirmәk, radio ilә verilәn idmanla mәşğul olmaq lazımdır. Qarındivarı әzəlәlәrinin tonusunu tezliklә bәrpa etmәk üçün doğuşdan sonra bandaj geymək, ya da adi geniş rezin kәmәr taxmaq mәslәһәtdir.
    Uşaq әmizdirәn ananın yaxşı yemәsi çox vacibdir, Ona görә ki, qida qadın orqanizminin sәrfini ödəməli vә südün tərkibinin tamdәyərli olmasını tәmin etmәlidir. Uşaq әmizdirәn ana һeç bir pәһriz saxlamamalıdır, ancaq onun qidasına tәrәvəz, әt, süd, pendir, kәsmik, yumurta, yağ, meyvә daxil edilmәlidir. Tәzә tәrәvәz vә meyvә olmadıqda һәkimin tәyin etdiyi vitaminlә;ri qәbul etmәk lazımdır.
    Uşaq әmizdirәn ana—tez-tez, gündә 5 dәfә, ən az-az vә һәr gün eyni vaxtda yemәlidir. Uşaq әmizdirən dövrdə duru xörәklәri bir qәdәr çox yemәk, mayeni çox içmәk lazımdır. Gündәlik maye qәbulunu 1 l-dәk artırmaq olar. Ananın müxtәlif yemәklәr yemәsi uşağın düzgün inkişafına şәrait yaradır. Laknn artıq yemәk әks nәticәlәrә gətirib çıxarır, qadın kökәlir süd isә azalır.
    Körpәnin sağlamlığı ananın sağlamlığından asılıdır. Ananın qarnının işlәmәsi uşağın bağırsaqlarının funksiyasının pozulması ilә Uşaq әmizdirən qadın papiros çәkmәmәli, spirtli içkilər, tünd kofe içmәmәlidir. Mәrkәzi sinir sistemini oyadan bütün bu maddәlәr südün tәrkibinә daxil olaraq nәinki çağanın naraһatlığına, һәmçinin onun ciddi xәstәlәnmәsinə səbəb ola bilәr.
    Süd əmәlәgәtirmә funksiyası bir neçә günә düzəlir. Bә'zәn doğum evindәn evә yazılan qadınlarda vәzilәri kifayәt qәdәr süd ifraz etmir. Belә һalda һәkimlәr mәslәһәtlәşib müalicә aparmaq lazımdır ki uşağı döşlә әmizdirmәk mümkün olsun. Uşağın yaxşı döş әmmәsi və döşün tam boşalması özü süd əmələ gәlmәsinә imkan verir. Uşağı әmizdirәrkәn bir dəfə sağ döş, ikinci dəfә sol Döş verilmәli, uşaq һəkiminin tә'yin etdiyi rejimә riayәt edilmәlidir. Әmizdirdikdәn sonra qalmış süd mütlәq sağılmalıdır. Uşağın әmizdirilmәsi vaxtı keçdikdә ana həyəcanlanmamalıdır. Artıq һәyәcan vә tәlaşlar südün azalmasına sәbәb ola bilәr. Bunun qarşısını almaq üçün A, C, vә B qrupu vitaminlәri qәbul etmәk, qoz„ pendir yemәk vә һәkimin mәslәһәti әsasında dәrman və fiziki müalicә vasitәlәrindәn istifadə etmәk lazımdır.
    Doğuşdan sonra birinci aybaşı 2—3 ay sonra və daһa gec ola bilәr. Aybaşının olmaması qadının һamilә olmayacağına zәmanәt vermir. Doğuşdan 1,5—-2 ay sonra bütün qadınlara uşağa qalmamaq uçün uşaqlıqdaxili kontraseptiv vasitәdәn istifadә etmәk mәslәһәt görülür. Buna görә dә qadın cinsi әlaqәyə başlamamışdan әvvәl mәslәһәtxananın һәkiminә mü-raciәt edәrәk uşaqlığa spiral qoydurmalıdır. Spiral qoymaq prosesi ağrısız keçir vә 2—3 dәqiqә çәkir. Spiral, ya da «yay» uşaqlıq daxilindә 2—3 il qala bilәr vә bu müddәt әrzindә qadın һamilә olmaz. Kon-traseptivi һәҝim özü çıxarır. Növbәti һamilәlik
    kontraseptnivi çıxarandan 1—2 ay sonra olsa yaxşı-dır.
    Cinsi әlaqәyә ancaq zaһılıq dövrü qurtarandan„ yәni 8 һәftәdan sonra girmәk olar.
    Bir neçә uşaq doğmaq istәyәn һәr bir qadın bilmә-lidir ki, uşaqlar arasındakı fasilә 2—3 ildәn az olmamalıdır. һamilәlik tez-tez olduqda onun gedişi düzgün olmaya və doğuş ağırlaşma verә bilәr.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #14
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ÇAĞAYA QULLUĞUN XÜSUSİYYƏTLƏRİ
    Qadın hələ hamilə ikən bütün ailə uşağın anadan olacağı fərəhli anı səbirsizliklə gözləyir. Hamiləlik zamanı qadın məsləhətxananın nəzdində təşkil edilmiş gənc ana kurslarına gedib, yeni doğulmuş uşağa qulluğun elementləri ilə tanış olur. Bir çox məsləhətxanaların nəzdində gənc ata kursları da təşkil edilmişdir və onlar müntəzəm fəaliyyət gös-tərir. Nəzəri cəhətdən nə qədər hazırlıqlı olsa da. uşaq ilə evə qayıtmış naşı ananın qarşısına birdən-birə çoxlu suallar çıxır. Uşağın anadan olması ilə bütün ailə üzvlərində müəyyən dərəcədə gərginlik artır. Çağanın sağlamlıq və həyatı ona qulluqdan,. deməli, ata və ananın hövsələsindən, biliyindən, bacarıq və iradəsindən asılıdır.
    Uşağın tərbiyəsi ən əvvəl böyük zəhmətdir. Uşaq naminə və onun qarşısında böyük məsuliyyəti başa düşərək gənc valideynlər tezliklə yeni vəzifələrini öyrәnmәli, ona riayәt etmәli və çox vaxt öz һәyat tәrzlәrini, vәrdişlәrini dәyişmәli olurlar.
    Uşağa qulluq edәrkәn әn vacibi tәmizliyә, rejimə riayәt etmәk, uşağı düzgün әmizdirmәkdir.
    Ana ilә uşağın evә gәlmәsi әrәfәsindә evi yığış dırmaq, uşaq üçün çarpayı, lazımi miqdarda uşaq camaşırı və uşaq paltarı, müşәnbә, qapağı bağlı qabda aptek pambığı, әmzikli şüşәlәr һazırlamaq lazımdır.
    Bundan başqa, dәrһal uşağı çimdirmәk üçün vanna uşaq paltarını qaynatmaq üçün vedrə, ya da emallı qazan lazım olacaqdır.
    Әvvәldә demişdik ki, uşaq olacaq otağın һava sını tez-tez dәyişmәk, oradan artıq avadanlığı çıxarmaq lazımdır; otağın һavası 20—22sS-dәn artıq isti olmamalıdır. Uşağa isti olduqda onun bәdәninin temperaturu qalxar, onda bişmәcә əmәlә gәlә bilər onun qarnı işlәyәr.
    Çağanın bәrk döşәkli çarpayısı olmalıdır, döşәyin üstünә müşәnbә, onun da üstündәn döşәkağı salınır. İsti vaxtlarda müşәnbә әvәzinә bir neçə qat qatlanmış döşəkağı işlәtmәk olar. I yaşa qәdər, uşaqların başı altına balış qoyulmur, ançaq döşəyin baş tərәfi bir az qaldırılır.
    Bir gecә-gündüz әrzindә çağa 10 dәfә siyir vә 3-6 dәfә qarnı işlәyir. Buna görә dә 20 nazik ağ әski, 10 isti әski, naziҝcunadan, yada çox işlәnmiş әskilәrdən altlıq әskisi, 6 nazik və 3 isti açıqyaxa köynәk, 3 ləçәk, 2 pambıq adyal, 1 yorğan vә 1 papaq һazırlamaq lazımdır. Bütun ağ paltarları yuyur, qaynadır və ütülәyirlәr, rәnkli әskilәri yuyur, һәr iki tәrəfdən
    ütülәyirlәr.
    Uşaq paltarları böyüklәrin paltarları ilә bir
    yerә qoyulmamalıdır.
    Evә gәlәrkәn uşağın doğum evindә alışdığı rejimə riayәt etmək lazımdır. Sonradan uşaq һәkiminin göstәrişilә yedizdirmә saatlarını dәyişmək olar. Gecә yemәyә 6 saatlıq fasilә verilir. Әgәr uşaq gecә durursa, ona 2—3 qaşıq qaynanmış ilıq su verilir. Gün әrzindә uşaq yemәkarası fasilәlәrdə 1 stәkana kimi su içmәlidir: һava isti olanda suya olan
    tәlәbat artır.
    Әgәr uşaq yemәk vaxtına ayılmayıbsa. onu güclə
    oyatmaq lazım deyil. 20—30 dәqiqә gec yedirtmәk, sonrakı, yemәyi isә yenә vaxtında vermәk olar. Yemәklər arası fasilә 3—3,5 saat olmalıdır. Bu, uşağın əmdiyi südü һәzm etmәk üçün lazım gәlәn vaxtdır. Döş әmәrkәn uşaq һava da udur, sonra gәyirdikdә һava ilә birlikdə süd çıxır. Buna görә dә uşağı әmizdirәn kimi onu bir qәdәr dik vәziyyәtdә saxlayırlar. Uşağın başını ana öz çiyninә qoyur. Bu vәziyyәtdә uşağın udduğu һava yaxşı çıxır. Sonra uşağı böyrü ustә çarpayıya qoyurlar. Anadan olandan sonra 4 һәftә uşaq, demәk olar һәmişә yatır, ancaq yemәk üçün oyanır. Uşaq sakit şəraitdә yatmalıdır, belә ki, sәs-küy vә parlaq işıq onun sinir sistemini qıcıqlandırır. Ancaq uşağı tam sәssizliyә vә qaranlığa alışdırmaq da yaxşı deyil. Gündüz uşaq yatarkәn nәfәsliyi, ya da uşağın üstünü yaxşı örtüb pәncәrәni açmaq olar. Uşağın üzü açıq palmalıdır.
    Çağanı әlә göturәrkәn paltar tәmiz olmalı, әllәr yuyulmalıdır. һәr gün sәһәr-sәһər uşağın tәmizliyi ilә məşğul olmaq lazımdır. Bunun üçün uşağın üzü-nü, gözunü, altını yuyurlar. Üzünü qaynanmış ilıq su ilә әllә, ya da bir parça pambıqla yuyurlar. Göz-lәri qaynanmış su, ya da furasillin mәһlulunda is-ladılmış pambıqla silirlәr. Һәr gözü ayrıca pambıqla qıraqdan ortaya doğru silirlər. Burnunu lazım gәlәrsә qaynadılmış günәbaxan yağına batırılmış pambıq piltә ilә tәmizlәyirlәr. Ağzı vә qulaqları tәmizlәmәk lazım gәlmir. Bundan başqa, uşaq һәr dəfә bayra çıxandan sonra altını yumaq mәslәһәtdir. Yuyub qurulayandan sonra uşağın dәrisinin һәr qırışına, һәr qatına uşaq kremi, qaynadılmış günәbaxan yağı, ya da vazelin yağı çәkirlәr, һәrdən uşaqlar üçün olan sәpmә tozundan da istifadә etmək olar.
    Çağanın dәrisi böyüklәrә nisbәtәn daһa çox tәnәf-füs, ifrazat, һәrarət tәnzimlәyicisi vә müһafizә rolunu oynayır. Bununla әlaqәdar olaraq dәriyә qul-luq böyuk әһәmiyyәt daşıyır. Uşağın dərisi isә çox zәrif, nazikdir, ona xәtәr tez dәyə bilәr. Uşağın dәrisini zәdәdən qorumaq üçün onu һәr gün çimizdir-mәk, açıq һavada saxlamaq vacibdir. Onu çox bürümәk olmaz. Birinci dәfә çimizdirmә zamanı doğum evinin ya da uşaq poliklinikasının һәkimindәn. öyrәnmək lazımdır. Uşağı yemәkdən əvvәl axşam çimizdirmәk yaxşıdır. Uşaq çimizdirilәn otağın һavası 22—24°S olmalıdır. İlk günlәr uşağı qaynanmış ilıq su ilә çimizdirir, һәftәdә 2 dәfә uşaq sabunu ilә yuyurlar.
    Uşağı 2 nәfәr çimizdirmәlidir. Çimizdirmәzdәn әvvəl әllәri yuyur vә uşaq üçün tәmiz paltar һazırlayırlar. Körpәni soyundurur vә eһmallıca ilıq suya salırlar. Uşağın başını ovucun içindә saxlayırlar. Tәmiz pambıq, ya da tәnziflә bәdәnini, sonra boğazını qasıq büküşlәrini, sağrını yuyur vә üstündәn ilıq su gәzdirirlәr. Uşağı vannadan çaxarıb yumşaq dәsmalla qurulayırlar. Çimizdirәrkәn fikir verilmәlidir ki, uşağın qulağına gözünә, ağzına sabun vә su düşməsin. Uşağı 7—10 dәqiqәyә çimdirib qurtarmaq , lazımdır. Quruladıqdan sonra büküşlәrә və qatlanan yerlərə uşaq kremi, ya da vazelin yağı çәkir vә isidilmiş tәmiz paltar geydirirlәr.
    Uşağı adyal vә üstündәn mәlәfә salınmış stolun üstündә qurulayır, yağ çәkir vә geyindirirlәr. Gün әrzindә uşağın əskilәrini dәyişdirәrkәn bәdәni ha vaya alışsın deyә, onu bir qədәr açıq saxlamaq məs lәһətdir. Havanın temperaturu 22°S olduqda uşağı 2—3 dәqiqә açıq saxlayırlar, sonradan tәdricәn açığ saxlamanı 10—15 dәqiqәyә qәdәr uzatmaq olar. Uşağı bələyәrkәn onun başı və әllәri açıq qalmalıdır. Uşaq üzünü cızmasın vә әllәri üşümәsin deyә, onun açıqyaxa köynәyinin qolunu tikmәk, ya da xüsusi әlcәklәr geydirmәk yaxşıdır. Vaxtında doğulmuş uşağın dırnaqları yumşaq, ancaq uzun olur Uşağı geyindirәrkәn, ya da açıq saxladıqda o özünü cıza bilәr. Bu isә yaramaz, ona görә ki, lap balaca cızıq da infeksiya ocağıdır. Çağanın dırnaqlarını qırxmaq lazımdır. Uşağın dırnaqlarını spirt ya da odekalonla silinmiş kiçik qayçı ilә qırxırlar.
    Tәmiz һavada gәzinti uşaq uçün çox vacibdir. Mövsümdәn vә һavanın temperaturundan asılı olaraq uşağı yayda doğum evindәn gәlәndәn 1—2 gün sonra qışda isә temperatur 10°S-dәn aşağı deyilsә, 3-4 gündən sonra gәzmәyә çıxartmaq olar. İlk gәzinti 10—15 dәqiqә olmalıdır. Sonradan açıq һavada gəzintini 2 saata kimi artırmaq olar. Yayda uşaqla ancaq ağaclar altında gәzmәk faydalıdır, uşağın üzü һәmişә açıq qalmalıdır. Uşağı nә çox, nә dә az, һavanın temperaturundan asılı olaraq münasib geyindirmәk lazımdır.
    Xәstә uşağa qulluğu vә һәkimin göstәrişlәrini mәһz ana yerinә yetirir. һәr bir ana öz uşağının “ilk һәkimi” olur. Odur ki, ana xәstә uşağa qulluq etməyi dәrman vermәyi bacarmalıdır.
    Xәstәlәnmiş körpәnin davranışı o saat dәyişir o ağlayır, qucağa istәyir, yemәkdәn imtina edir, süst olur. Belә һalda uşağın temperaturunu ölçmәk vә onu yatağa uzadıb һәkim çağırmaq lazımdır.
    Әgәr uşaqda ishal vә qusma varsa, onu yedizdirmәk olmaz, ancaq qaynamış ,su vә çay vermək olar. Xәstә uşağı yedizdirәrkәn һәkimin göstәrişlərinә riayәt etmәk lazımdır. Uşağın neçә dәfә qarnı işlәdiyini və qusduğunu yazıb һәkimә göstәrmәk olar. Belә һal-larda uşağın iştaһası küsdüyündәn ona yemәyi az-az vermәk, döşә salarkәn tez-tez fasilə etmәk lazımdır. Yemәyi butulka ilә verdikdә isә yemәyә ara vermək vә yenidәn uşağa verәrkәn butulkanı isti suya salıb qız-dırmaq olar. Uşağı güclә yedirtmәk olmaz. Qusma vә ürәkbulanma ilә keçәn xәstәliklәrdә südü sağıb vermәk, arada qaynamış otaq temperaturlu su içirtmәk olar. Әgәr һәkimin mәslәһәt gördüyü yemәkdәn uşaq qusursa, onda yedizdirmәni kəsib һәkimin yeni göstә-rişlərini gözlәmәk, arada isә uşağa qaynamış su vermәk lazımdır.
    Gözlәrә qulluq. Uşağın gözlәri xәstәlәnmişsә onları 1 ya 2 faizli bor turşusu mәһlulu ilә yumaq lazımdır. Gözlәrin һәr birini ayrıca pambıq yumrusu ilә silirlәr ki, bir gözdәn mikrob o birisinә düşmәsin. Әgәr uşağın gözü irinlәyibsә onu xәstә göz olan tәrәfә böyrü üstә qoyur, başının altına isә tәmiz әski sәrirlər. Gözә dәrmanı pipetka ilә tökürlәr. Bunun üçün gözün aşağı qapağını eһmallıca irәli çәkir vә ora 1—2 damcı dәrman tökürlәr. Közә molһәmi xüsusi şüşә çöplәrlә 1sürtürlәr. Onu da һәr dәfә qay-nad.ır vә soyuyandan sonra mәlһәmi kötürüb ҝözün aşağı qapağını aralayaraq içinә sürtür vә bir az eһmallıca ovuşdururlar.
    Qulağa qulluq. Qulaqlar xəstәlәndikdә һәkimin tәyinatından asılı olaraq ya isti qoyur, ya qulağa dәrman tökür, ya da kompres qoyurlar. Qulağı isti ilә müalicә edәrkәn qulağın seyvanına pambıq qoyur vә tәnziflə sarıyırlar ya da qulaqları tutan papaq geydirirlәr.
    Qulağa dәrmanı pipetka ilә tökurlәr, ancaq әvvәlcə dərmanı mütlәq qızdırırlar. Onun istiliyi bәdәn temperaturu ilə uyğun gәlmәlidir. Onu qızdırmaq uçün dәrman butulkasını bir neçә dәqiqәliyә isti su olan qazana qoymaq kifayәtdir. Sonra uşağı böyrü üstә uza-dır, qulaq seyvanını arxa vә yuxarı dartıb qulağın içinә 3—5 damcı dәrman tökürlәr. Sonra qulağı silir vә onu balaca pambıq yumrusu ilә tıxayırlar.
    İsidici kompres qoymaq istәdikdә bir parça ağ əski götürüyr, onu 3—4 qat qatlayır vә ortasından qulaq seyvanı üçün deşik açırlar. Bunu qulağın üstünә elə qoyurlar ki, ancaq onun әtrafını tutur. Parçanı ilıq suda isladır vә qulağın әtrafına qoyurlar, üstündən parçadan bir az böyük olan vә qulaq üçün deşik açılmış nazik müşәnmә, yaxud su keçirmәyәn kağız, onu üstündәn qulağın üstünü vә ətraflarını tutan qalın pambıq qatı qoyurlar. Uşağın başını sarıyıb kompresi 3—4 saat saxlayırlar.
    Buruna qulluq. Uşağın burnu axanda onu bir parça, əski, yaxud tәnziflә silirlәr. Belә parçalar çox olmalıdır ki, һәr dәfә tәzәsindәn istifadә etmәk mümkün olsun. Burun tutulanda onu piltә ilә tәmizləyirlәr. Piltәni fırlada-fırlada burunun bir deşiyinə salır vә dәrһal çıxarırlar. Digәr piltә ilә o biri deşiiyi tәmizlәyirlәr. İki deşiyi dә eyni vaxtda təmizlәmәk olmaz.
    Buruna dәrmanı tökmәzdәn әvvәl onu azca isidirlər. Burunu tәmizlәyir vә uşağı başı arxaya әyilmiş һalda dizlәrin üstә oturdub pipetka ilә buruna damızdırırlar,
    Ağıza qulluq. Xәstә uşağın qızdırması yüksәk olduqda ağzı quruyur. İsһal vә qusma nәticәsindә da orqanizm susuzlaşır. Odur ki, körpәyә tez-tez, lakin az (1/4 çay qaşığına qәdәr) su vermәk lazımdır, çox versәniz qusa bilәr. Uşağa suyu әmziklә verdikdə onu ağıza azca salmaq lazımdır ki, uşağı qusdurmasın. İçmәk üçün qaynadılmış su, kәmşirin çay, yaxud həkimin tәyin etdiyi natrium-xlorun izotonik mәһlulunu, ya da Ringer-Lokk mәһlulunu verirlәr.
    Mә'dә-bağırsaq pozğunluğu olan uşaqlara qulluq Suyun çox itirilmәsi vә intoksikasiya (bakteriyaların zәһərlәri ilә zәһərlәnmә) nәticəsindә uşağın orqa nizmi çox zәiflәyir. һәtta onun әskilәrinin tez-tez dәyişdirilmәsi dә uşağı üzür. Odur ki, bu işi görmәk üçün һәr şeyi әvvәlcәdәn һazırlamaq lazımdır. İsһal olan uşaq çox maye itirdiyinә görә onun yerini doldurmaq üçun tez-tez su verilmәlidir. Lakin bunu 15 dәqiqәdәn bir etmәk olar. Әgәr uşaq yatıbsa onu oyatmır, ancaq duranda suyu bir qәdәr çox verirlər "һәr dәfә 'bayra çıxandan sonra altını yuyur və anusun әtraf dәrisinә vazelin yağı çәkirlәr.
    Uşağa dәrmanın verilmәsi. Dәrmanı һәkim dediyi vaxtda vermәk lazımdır. Onlar sәrin, qaranlıq yerdə saxlanmalıdır. Uşağa dәrmanı vermәmişdәn əvvəl üstündәki yazını oxumaq lazımdır ki, başqası iləsәһv düşməsin. Duru dәrmanları qaşıqla verirlәr. Әgәr dәrman soyuq yerdә saxlanmışdısa, onda qaşığı әvvәlcәdәn qızdırmaq lazımdır (bunun üçün qaşığı qaynar suya salıb dәrһal çıxarırlar).
    Toz vә һəblәri suda әridib uşağa verirlәr.
    Qarının masajı. Çox vaxt uşaqların qarnı köpür VƏ bu onlara әziyyәt verir. Bu vaxt onlara masaj kömək edә bilәr. Masajı sağ әllә uşağın qarnını saat әqrәbi istiqamәtindә sığallamaqla asta-asta edir, sonra tәzyiqi artırır vә qarının әzәlәlәrini ovuşdururlar, Әllәr bu vaxt tәmiz olmalıdır. Onlara һәr һansı bir krem çәkmәk olar. Masajı dairәvi һәrәkәtlәrlə bitirirlər. Bu prosedura 2—3 dәqiqәdәn artıq çәkmәmәlidir.
    İsitqaç. Uşağı isitmәk lazım gәlәrsә, rezin isit-qaçlardan istifadә olunur. Onun temperaturu 50— 60sS-dәn yuksәk olmamalıdır. İsitqacın qapağını bağlamamışdan əvvәl sıxıb içindәki һavanı burax-maq lazımdır. Qapağını kip bağladıqdan sonra isitqacı ağzıaşağı çevirib suyun axıb-axmamasını yoxlayırlar. Sonra isitqacı әskiyә büküb uşağın adyalı altına, daһa yaxşısı, onun ayaqlarına qoyurlar.
    İsidiçi kompres. Tәmiz tәnzifi, ya da bir parça әskini bir neçә qat qatlayıb ilıq suda isladır, sıxıb xәstә yerә qoyurlar. Üstündәn ya kompres kağızı, ya da müşәnbәni elә qoyurlar ki, tәnzifl tamam örtüb bir az qıraqlara çıxsın, onun da üstündәn pambıq qatı, ya flanel qoyub sarıyırlar. Kompresi götürəndәn sonra pambığı, ya da flaneli qoyurlar һәmin yerdә qalır. Kompres qoyulan vaxt vә ondan bir qәdәr sonra eһtiyatlı olmaq lazımdır ki, uşağa soyuq dәymәsin.
    Xardal yaxması. İki çay qaşığı xardal tozunu sıyıq әmәlә gәlincә su ilә qarışdırır vә bunu 2 saat isti yerdә saxlayırlar. Sonra buna 2 çay qaşığı un əlavә edib diqqәtlә qarışdırır vә nazik qatla su keçirməyәn kağızın üzәrinә yaxırlar. Xardalın üstündәn nazik әski ilә örtür vә һəmin tәrәfi uşağın bәdəninə qoyurlar. Xardal yaxmasını 3—5 dәqiqә (dәri qızarana qәdәr) saxlayırlar. Sonra onu götürür, qızarmış dәrini təmiz əski ilә silir vә vazelin, yaxud yağ çəkirlәr,
    Ayaqlara xardal vannası. Vedrәyә 37°S-;yә qәdәr qız-dırılmış su tökülür vә içinә 1 xörәk qaşığı xardal əlavә edilir. Ayaqları vedrәyә qoyur vә uşağı һər tərəfdәn adyala bükürlәr, Vamnanı 10—15 dәqiqә edirlər. Su soyumasın deyә ona az-az isti su әlavә edirlәr. Vannanı edәndәn sonra uşağın ayağına tәmiz su gәzirir vә qurulayırlar. Sonra corab geydirib yatağa uzadırlar. Bundan sonra ayaqlara istiqac qoymaq olar.
    Marqans vannaları edәrkәn marqansı әvvәlcәdәn ayrıca suda һazırlamaq lazımdır, cünki kristallar öz lәri dәridә yanğı törәdә bilər. Marqans vannası edәr kәn su açığ-çәһrayı rәnkdә olmalıdır.
    Təmizləyici imalә. Tәmizlәyici imalәni qaynadılmış 28—30°S-dә su ilә edirlәr. Çağalara bir dәfәyə 1/4 stәkan, 6 aylıq uşağa 1/2 stәkan, 1 yaşlı uşağa 3/4 stәkan su yeritmәk olar. İmalә etmәmişdәn əvvəl rezin balonu ,ya qaynadır, ya da qaynar su ilə bir neçə dəfə yuyub qaynamış ilıq suyu yığır vә altından sıxıb һavanı çıxarandan sonra ucuna vazelin çәkirlәr. Uşağı sol böyrü üxtә әksi ilә örtülmüş müşәmbәnin üzәrinә uzadırlar. Sol әllә dizdәn azca qatlanmış ayaqları tutur vә sağ әllә ballonu anusa 3—4 sm dәrinliyə salıb suyu buraxırlar. Ballondakı su qurtarandan sonra onu çıxarır, sağrıları sıxıb uşağı bir müddәt belә saxlayırlar.
    Soyuq qoyulması. Bәzәn һәkim xәstә uşağa soyuq qoymağı mәslәһәt görür. Bunu iki cür edirlәr: ya әskini soyuq suda isladır vә sıxıb lazımi yerə qoyur, ya da
    Isitqaçın içinə buz yığıb əskiyə bükülmüş halda ağrıyan yerə qoyurlar
    һәm buzu, һәm dә soyuğu fasilәlərlә qoymaq lazımdır. Yarım saat buz qoyur, yarım saatlığa götürürlәr.
    Bunlar uşağa qulluğun vacib proseduralarıdır.-Sağlam uşaq böyütmәk istəyәn һәr bir ana bunlara asanlıqla yiyәlәnә bilәr.
    Gəzinti, açıq һava, çimdirmә uşağı möһkәmlәndirir vә onun sağlamlığına müsbət tәsir göstәrir. Uşağı tәnәffüs yollarının kәskin xəstәliklәrindәn (zökəm, öskürәk) qorumaq üçün onu xәstәlәrin yanına qoymaq olmaz. Әgәr ana xәstәdirsә, o uşağı әmizdirərkәn ağız vә burnunu tәnzif maska ilә tutmalıdır. Uşaq xәstәləndikdә tәcili olaraq uşaq poliklinikasının һәkimini çağırmaq vә onun bütün göstәrişlәrinə әmәl etmәk lazımdır. Axı, һәm valideynlәrin, *һәm dә һәkimlәrin mәqsәdi sağlam nәsil böyütmәkdir.-
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    SÜDƏMƏR UŞAQLARIN QIDALANMASI

    Giriş
    Nə üçün döşlə əmizdirmə belə vacibdir?
    Uşaq süd qarışıqları keyfiyyətinə görə ana südü ilə eynidirmi?
    Nə üçün uşaq süd qarışıqları keyfiyyətcə pisdirlər?
    Hər bir qadın döşlə əmizdirmək qabiliyyətinə malikdirmi?
    Döşlə əmizdirmə belə mühüm olduğu halda , nə üçün mütəxəssislər bütün bunları bizə demirlər?
    Südəmər uşaqlara çay və su lazımdırmı?
    Nə vaxt uşaqlara yalnız döş südü azlıq edir?
    Demək xəstə uşaqlar döş əmməni davam etməlidir?
    Döşlə əmizdirilən uşaqlar azmı xəstələnirlər?
    Lakin mənim rəfiqələrimin uşaqları döşlə əmizdirilməsinə baxmayaraq xəstələnirlər?
    Demək döş südü dərmana bərabərdir?
    İnsanlar deyir ki, stress döş südünün əmələ gəlməsini dayandırır, bəs onda belə çətin , çoxlu streslərlə zəngin olduğu zamanda biz necə döşlə əmizdirmə barəsində danışa bilərik?
    Öz çəkilərinin çoxunu itirmiş qadınlar barəsində nə demək olar? Onlarda laktasiya baş verə bilərlərmi?
    Bizə döşlə əmizdirmə üçün xüsusi bir qida lazımdırmı?
    Qanı az olan qadınlar nə etməli? Döşlə əmizdirmə onları sonuncu qüvvələrindən məhrum etmirmi?
    Kim isə mənə deyib ki, döşlə əmizdirmə hamilə olmaqdan qoruyur, bəlkə bu fikir düz deyil?
    Döşlə əmizdirmə necə baş verir?
    Döşləri kiçik olan və döş gilələri yastı olan qadın haqqında nədemək olar?
    Siz dediniz ki, uşağın da rolu əsasdır, axı o nə edə bilər?
    Nə üçün uşağın əmməsi belə vacibdir?
    Uşaq südün əmələ gəlməsini necə stimulə edir?
    Niyə döşə qoyulma uşaqda təbii olaraq həmişə alınmır?
    Nə üçün uşaqda bu həmişə düzgün alınmır?
    Siz əvvəlcə dediniz ki, əmizdirmə zamanı südün tərkibi dəyişir. Bunu aydınlaşdırmaq olmazmı?
    Mən elə fikirləşirdim ki , uşağı hər iki döşlə əmizdirmək lazımdır?
    Siz əvvəllər deyirdiniz ki , özünə inam çox vacibdir, ancaq bu inam hamıda yoxdur. Biz nə edə bilərik?
    Mən döşlə əmizdirmə ilə bağlı problemləri olan qadınlar tanıyıram. Bu problemlərin öhdəsindən gəlmək olarmı?
    Döş gilələrinin iltihabına garşı məlhəmlər barədə nə demək olar?Onları fövqəladə vəziyyət zamanı necə tapmaq olar?
    Uşağın tələbatına uyğun əmizdirmək üçün mən öz şəxsi gigiyenama necə əməl edim və döşümün gilələrini necə yuyum?
    Deməli mən uşağı döşə düzgün tutaramsa məndə heç vaxt döşün iltihabı olmayacaq?
    Siz dediniz ki, döşlə əmizdirmə heç bir ağrı törətməməlidir. Bəs doğuşdan bir neçə gün sonradöşdə əmələ gələn bərkimə ilə nə etməli?
    Siz döş axarlarının tutulmasını , irinləməni və mastiti xatırladınız. Bu xəstəliklər nə qədər yayılmışdır və onları necə müalicə etməli?
    Bütün bu hadisələr in hamısı döşlə əmizdirmənin çox çətin olması haqqında təsəvvür yaradır?
    Əvvəllər deyirdiniz ki , döşlə əmizdirməni tam kəsdikdən sonra onu yenidən bərpa etmək olar. Bunu necə etmək olar?
    Ərzaq ilə təchizat qeyri stabil və etibarsız olur . Yaşı 6 aydan çox olan və tək döş südü yox, başqa bir qidaya ehtiyacı olan uşaqlarla nə etməli?
    Yarımçıq doğulmuş və az çəkili uşaqlar barədə nə demək olar?
    Mən başa düşürəm ki, niyə yarımçıq və az çəkili doğulmuş uşaqlara sağılmış süd lazımdır, lakin qadınların hamısı südü sağmağa öyrənməlidirmi?
    Mən südü necə sağmalıyam?
    Uşağı süni , lakin butulkasız qidalandırmaq olarmı?
    Uşağı fincandan necə yedizdirmək lazımdır?
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    UŞAQLARDA DIARREYA XƏSTƏLIKLƏRININ
    TƏDRIS KURSU
    Giriş
    Diarreyanın müalicə sxemi
    Kəskin diareyaların etiologiyası və epidemiologiyası
    2. Yoluxma mexanizmi və risk faktorları.
    İnfeksiyanın fekal –oral yoluxması yolu.
    3. Diarreya xəstəliklərində fəslilik.
    4. Epidemiya və pandemiyalar.
    Virus diarreyaları
    Diarreyaların bakterial törədiciləri.Parazitlər ( parasites ).
    Diarreyalı xəstələrin klinik müşahidəsinin prinsipləri
    Oral rehidratasion terapiyanın fizioloji əsasları
    Standart tərkibli ord məhlulların məqsədəuyğunluğunun əsaslandırılması
    ORT-nın az effektliyi və ya ona əksgöstərişlər
    Susuzlaşmanın qarşısını alan ev şəraitində hazırlanan mayelər.
    Diarreya zamanı və sonra xəstələrin qidalanması.
    Antibakterial və digər preparatlar
    Əlavə dərman preparatlarının diarreya zamanı təyini
    Diarreyanın profilaktikası.
    Susuzlaşmanın klinikası və diaqnostikası
    1. Həkimlərə və digər tibb işçilərinə diarreyanın düzgün müalicəsini öyrətmək
    Sizi tibb müəssisəsində xəstə aparmaq keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş işə hazırlama
    Diarreyalı xəstənin müalicəsi
    Kəskin və persistəedici diarreya
    Diarreya nə ilə qorxuludur ?
    Diarreya susuzlaşmanı necə törədir?
    Diarreyanın müalicəsi
    Susuzlaşmanın profilaktikası
    Susuzlaşmanın müalicəsi
    Qidalanma
    Digər müalicə
    1.0 Ailə üzvlərinə ev şəraitində diarreyanın profilaktika və müalicəüsullarını öyrədin.
    Diarreyanın profilaktikası haqqında əsas məlumat.
    Ev şəraitində diarreyanın müalicəsinin üç üsulu.
    2.0 Dehidratasiya dərəcəsini qiymətləndirin.
    3.0 Digər problemlərin olub –olmadığını müəyyən edin.
    Qızdırma haqda soruşun və temperaturu ölçün
    4.0 Uşağı sususzlaşma dərəcəsinə uyğun olaraq müalicə edin.
    Ord məhlulunu hazırlama mərhələləri.
    4.2 Uyğun gələn müalicə planından istifadə edin.
    3. Buraxılanları qeyd edin:
    5.0 Digər xəstəliklərin –problemlərin müalicəsi
    Bazunun diametrini ölçməklə qidalanma pozğunluğunun təyini.
    Ağır susuzlaşması olan xəstələrin venadaxili terapiyası.
    Ağır susuzlaşması olan xəstələrdə venadaxili terapiyanın aparılması.
    Etioloji faktorlar və antibiotiklərə həssaslıq
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  7. #17
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Kiçik yaşli uşaqlarda kpi-nin ambulator müalicəsi”
    Dinləyicilər üçün vəsait
    KIÇIK YAŞLI UŞAQLARDA KPİ-NIN AMBULATOR MÜALICƏSI
    Giriş
    Kiçik yaşlı uşaqlarda KPİ-nin müalicəsi
    Xəstənin vəziyyətinin qiymətləndirilməsi
    KPİ-nin təsnifatı
    2 aydan 5 yaşa qədər uşaqlarda xəstəliyin təsnifatı
    Südəmər körpələrdə xəstəliyin təsnifatı
    Müalicəyə dair tövsiyyələr
    Uşaqlarda qulaq xəstəliklərinin müalicəsi
    Analarla söhbət
    KPİ-yə dair konkret misallar
    Hospitalizasiyaya dair tövsiyələr
    Əlavələr
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  8. #18
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Mütəxəssislər hamilə qadınlara orqanizmin müqaviməti zəiflədiyi və infeksiyalara yoluxma ehtimalı artdığı üçün çoxlu C vitamini qəbul etməyi tövsiyə edirlər.
    Mütəxəssislər hamilə qadınlara orqanizmin müqaviməti zəiflədiyi və infeksiyalara yoluxma ehtimalı artdığı üçün çoxlu C vitamini qəbul etməyi tövsiyə edirlər. Bunun üçün göyərti və meyvədən daha çox istifadə etmək lazımdır. Adi halda insanlarda gündəlik C vitamini ehtiyacı 60 mq, hamilə qadınlarda isə 80-85 mq təşkil edir. C vitamini kividə 100 mq, mandarində 31 mq, ispanaqda 51 mq, portağalda 50 mq, vəzəridə 87 mq, qreypfrutda isə 38 mq-dir. Ona görə də bu məhsullardan daha çox istifadə etmək məsləhətdir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  9. #19
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Hamiləlik zamanı qadının bədəni ikiqat təsirə məruz qaldıÄ?ı üçün onun şəxsi gigiyenası böyük əhəmiyyət kəsb edir.
    Â? gündə 1-2 dəfə duş qəbul etmək, əgər belə imkan yoxdursa, bədəni ev temperaturunda olan suda isladılmış dəsmalla silmək;
    Â? gündə iki dəfə xarici cinsiyyət üzvlərini ilıq su və sabunla yumaq; (şırınqa etmədən!)
    Â? hər gün 20-22 ºC temperaturda 5-10 dəqiqədən başlayaraq, 20-30 dəqiqəyə qədər catdırmaqla hava vannaları qəbul etmək. Yayda gün vannaları, qışda və payızda isə ultrabənövşəyi şüalanma çox xeyirlidir;
    Â? döş vəzləri üçün alt paltarı rahat, düzgün ölçülü və təbii parçadan olmalıdır;
    Â? geyim rahat olmalı, döş qəfəsinə, qarna və ayaqlara təzyiq göstərməməlidir;
    Â? ayaqqabının dabanı enli və alçaq olmalıdır;
    Â? 7 aydan sonra dərinin həddən artıq dartılmanın qarşısını almaq üçün xüsusi bandac taxmaq lazımdır;
    Â? havası təmiz otaqda gündə 8-9 saat yatmaq;
    Â? aÄ?ırlıq qaldırmaq, kəskin hərəkətlər etmək olmaz;
    Â? emosional streslərə yol verməyin;
    Â? siqaret çəkilən otaqda olmayın, özünüz də siqaretdən imtina edin. Yaddan çıxarmayın ki, siqaret çəkən anaların körpələri az çəkili, zəif olur və onlarda süd yarnma pozulur;
    Â? alkohollu içkilər qəbul etməyin;
    Â? gündə 2 saatdan az olmayarq təmiz havada olmaq, çox hərəkət etmək;
    Â? ilk 3 ay və son 2 ay ərzində cinsi əlaqədə olmayın. Bu cinsi yolla keçən infeksiyalara yoluxmanın, düşüklərin və vaxtından əvəl doÄ?uşların qarşısını ala bilər;
    Â? hamiləlik dövrünə uyÄ?un idman hərəkətlərini yerinə yetirmək
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  10. #20
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Hamiləlik zamanı əsas diqqəti qarın cəlb. Uşaq gün-gündən böyüyür və get-gedə rahatlıq üçün ona daha çox ərazi tələb olunur. Lakin onun üçün rahat beşik hesab olunan qarın anaya bir çox naraharlıqlar yaradır.
    Qarın nahiyyəsinin dərisində yaranan dartılmalar və ya striyalar köndələn və qırmızı rəngdə olur. Bir qayda olaraq, onlar hamiləliyin son aylarında yaranır. DoÄ?uşdan sonra onlar aÄ?-gümüşü rəngə çalır və bir qədər qısalır.
    Deyilənə görə bu striyaların qarşısını almaq üçün bir sıra metodlar mövcuddur. Lakin onların heç biri yüz faiz müsbət nəticə vermir. Bir sıra krem və losyonların tətbiqi də kömək eləmir, çünki, bu striyaların yaranması da hormonal dəyişikliklərlə əlaqədardır və onların yaranması genetik hesab olunur. Odur ki, bəzi adamlarda striyalar tez bir zamanda sürətlə artır, digərlərində isə çox az hiss olunur.
    Bəzi həkimlər öz təcrübələrinə arxalanaraq, bədən çəkisini azaltmaqla striyaların əmələ gəlməsinin qarşısını almaq mümkün olduÄ?unu iddia edirlər. Həmçinin tərkibində meyvə turşuları olan qidalandırıcı kremlərdən istifadə qadınlarda striyalar yaransa da, dəri doÄ?uşdan sonra daha tez bərpa olunur. Belə kremləri göbəkətrafı, qasıq və bədənin yan tərəflərinə sürtmək lazındır. Yüngül massac edərək dəriyə yeritdiyiniz krem, buynuzlaşmış hüceyrələrin kənar edilməsinə, yeni hüceyrələrin daha tez yaranmasına kömək edir. Kremlər dəriyə təsir edərək, onun turqorunu yüksəldir, dərinin oksigenlə təchizatını yaxşılaşdırır, qan dövranını gücləndirir. Belə massac hər gün 5-10 dəqiqə müddətində, xüsusi ilə son aylarda aprılmalıdır.
    Çox vaxt hamiləlik zamanı dəridə piqment ləkələri yaranır, çalışın günün altında olmayın, dərinizi xiyar və cəfəri losyonu ilə silin.
    Əgər qarın nahiyyəsində tük örtüyü artmışdırsa, qoy bu Sizi qorxutmasın. Bu ancaq Sizin körpənizin böyüməsini göstərən bir əlamətdir: onun böyrəküstü vəziləri androgenlər Â? kişi cinsi hormonları ifraz etməyə başlamışdır. Bu tükləri kənar etmək üçün elektrodepilyasiya və mumla depilyasiya tətbiq etməyin, çünki, bu qarında aÄ?rı və vəziyyətin aÄ?ırlaşmasına səbəb ola bilər. Krem-depilyatorlardan, 3%-li hidrogen Â? peroksiddən istifadə edə bilərsiniz.
    Yaddan çıxarmayın ki, geyindiyiniz paltarlar rahat olmalıdır. Indi xüsusi dükanlarda bütün tələblərə cavab verən xüsusi geyimlər ala bilərsiniz.
    Çalışın kəmər taxmayın, yubka və şalvarınız çəkməli olsun, sarafan və kombinezonlar da Sizin üçün rahat olacaq. Xüsusi corablar geyinin, korset və qrasiyalardan imtina edin, 4-5 ayından başlayarq isə, bandacdan istifadə etməyə başlayın.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Sayfa 2/3 İlkİlk 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.