Sayfa 1/6 123 ... SonSon
56 sonuçtan 1 ile 10 arası

Sağlamlıq Haqqında Bezi Meslehetler

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Sağlamlıq Haqqında Bezi Meslehetler

    Sağlamlıq Haqqında Bezi Meslehetler

    ƏHVALİ RUHİYYƏ
    Bala bir qədər zəncəfil əlavə edib möhkəm qarışdırır və qoz boyda həblər hazırlayırlar.Ondan gündə 2-3 dəfə yeməkdən əvvəl udurlar.Bu müalicə 2 həftəyədək davam etdirilir. Nəticədə adamın əhval-ruhiyyəsi yüksəlir.

    ***

    Andızın kökünü xırdalayıbdöyür30 qr.götürüb 1 stəkan qaynar suda dəmləyib və süzürlər. Ona 2 çay qaşığı bal qatıb və yarıya bölüb gündə 2 dəfə içirlər. Bunu uzun müddət davam etdirən adamın əhval-ruhiyyəsi yüksək olar.

    ***

    Qızılgülün ləçəklərinin üstünə su əlavə edib ləçəklər ağarana qədər gözləyir , sonra süzürlər. Bu gül suyundan gündə 4-5 dəfə, hər dəfədə yarım stəkan içmək əhval-ruhiyyəni yaxşılaşdırır.

    ***

    Qızılgülün ləçəklərini qurudub şüşə qabda qışa saxlamaq və eyni məqsəd üçün istifadə etmək olar. Qızılgülü Və eləcə də digər gülləri iyləmək də bu cəhətdən xeyirlidir.

    ***

    Bədrənc (limonotu) bitkisinin çiçəklərini iyləmək mə’yusluğu , qəmginliyi dəf edir, əhval-ruhiyyəni yüksəldir. Bədrəncin yarpağını xırdalayıb 30 qr. 1 stəkan suda qaynadır və süzürlər. Bu cövhərdən gündə 2 dəfə , hər dəfədə 1 stəkan 1 çay qaşığı balla içirlər. Bu da əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün məsləhət görülür.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ƏHVALİ RUHİYYƏ
    Bir litr üzüm şərabına 1 xörək qaşığı döyülmüş üzüm şərabına 1 xörək qaşığı döyülmüş üzərlik qatıb 3 gün saxlayırlar. Sonra ondan gündə 2 dəfə (günorta və axşam ) hər dəfədə yarım stəkan içirlər. Beləliklə , əhval-ruhiyyə yüksəlir . Əhval-ruhiyyənin yüksək olmasını tə’min etmək üçün mütəmadi olaraq darçından istifadə etmək məsləhətdir.

    ***

    Pambığın çiçəklərini yığıb döyür və eyni miqdar şəkərə qarışdırırlar. Sonra onu suya töküb vam odun üzərinə qoyurlar. Gözləmək lazımdır ki, qaynamasın. Bu ,şərbətdən gündə bir neçə dəfə, hər dəfədə yarım stəkan içmək əhval-ruhiyyəni yaxşılaşdırır.

    ***

    El həkimləri əhval-ruhiyyəni yüksəltmək üçün belə bir qarışıq hazırlayırlar: eyni miqdarda pişikotu kökünü və sümürgən çiçəyini qarışdırıb döyürlər. Ondan 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyir və bu dəmləmədən gündə bir neçə dəfə , hər dəfədə stəkanın dörddə biri qədər içirlər.

    ***

    Kələm əhval-ruhiyyənin yaxşılaşmasında mühüm rol oynayır. Onu çiy halda yemək , qaynadıb suyunu içmək, kələm xörəkləri yemək və salatda istifadə etmək məsləhət görülür. Dahi riyaziyyatçı və filosof Pifaqor yazıb ki, kələm yemək adama gümrahlıq , şən əhval-ruhiyyə gətirir.

    >>>
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ƏHVALİ RUHİYYƏ

    Xardalın toxumunu döyüb toz halına salır və ondan bir çimdik götürüb bir stəkan üzüm şərabına qatıb çalırlar. Bir-iki saat keçəndən sonra onu içirlər. Bu , əhval-ruhiyyənin müalicəsində xeyirlidir.

    ***

    yerkökünün mürəbbəsi (balla bişirilmiş mürəbbəsi daha faydalıdır) , əhval-ruhiyyənin yaxşılaşmasında tə’sirli vasitələrdəndir.

    ***

    Əhval-ruhiyyəni bərpa etmək üçün saqqız ağacının meyvəsi kara gəlir. Onu yeyir və ya dəmləyib suyunu içirlər .

    ***

    Sitrus bitkilərindən olan turuncun qabığını soyur , lətini əzib şirəsini çıxarır və gündə bir neçə dəfə stəkanın üçdə biri qədər içirlər. Bu , əhval-ruhiyyənin müalicəsində xeyirlidir.

    ***

    Xurma doşabına bir qədər zəfəran qatıb gündə bir neçə dəfə içmək əhval-ruhiyyəni yaxşılaşdırır.

    ***


    Hər səhər qızılgüldən çəkilmiş gulabı üzünüzə çiləyin və iyləyin. Bu , əhval-ruhiyyənin müalicəsində xeyirlidir
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ÇAY BİR ÇOX DƏRDLƏRİN DƏRMANIDIR
    Bizə gəlib çatan yazılı məlumatlara əsasən insanlar eramızdan əvvəl üçüncü əsrdən bəriçaydan bir içki kimi istifadə edirlər.Qiymətli texniki bitkilər içində çay faydalı vitaminlər anbarı hesab edilir. Onun tərkibində 130-a yaxın nadir və qiymətli maddələr var. Çay insanı sağlamlaşdırır, ürək döyüntülərini nizama salır, Əhval ruhiyyəni yüksəldir. Bu qədim dövrün xalq təbabətçilərin fikridir və bu indi də təsdiq olunur.Çay çiçəyi , yarpağı , toxumu və cavan zoğlarından xalq təbabətində və eləcə də elmi təbabətdə geniş istifadə olunur.
    İlk dəfə çay Lənkəran , Astara , Şəki- Zaqatala zonalarında 1931-ci ildə əkilib becərilməyə başlanmışdır. Mö’cüzəli tərkibə malik olan çayın yarpağından yaşıl çay kimi istifadə edilirdi. Çünki belə halda çay dəyərli keyfiyyətlərini nisbətən az itirir.Məsələn , yaşıl çay qanlı ishal xəstəliyinin müalicəsində ən tə’sirli vasitələrdəndir.Gün ərzində hər dəfə təzə dəmləməklə 5-6 stəkan yaşıl çay içmək kifayyətdir. Müalicə müddəti xəstəliyin vəziyyətindən asılıdır. Yaşıl çay içmək mə’də bağırsaq sistemində baş verən qanaxmanın qarşısını alır. Revmatizm və xroniki hepatit xəstəliyi olanlar yaşıl çay içməklə özlərini müalicə edə bilərlər. O ateroskleroz və hipertoniya xəstəliyinin müalicə edilməsində mühüm rol oynayır. Yaşıl çay içməklə qan təzyiqini ən geci bir həftəyə normal vəziyyətə gətirmək olar. Yaşıl çayın belə bir sehrli ə’laməti onun tərkibində C vitamininin çoxluğu ilə əlaqədardır. Onun tərkibində olan C vitamini , limon , portağal şirəsində olduğundan 3-4 dəfə çoxdur. Tərkibində zənginliyinə görə yalnız itburnu yaşıl çaydan üstün hesab edilir.
    Çay sidik kisəsində, böyrəklərdə daş əmələ gəlməsinin qarşısını alır. Çinlilər çayı çox içdikləri üçün(həm də düzgün dəmləmə bacarığına malik olduqlarından ) onlar sidik kisəsində də böyrəkdə daşın nə olduğunu bilmirlər.
    Çaydan sinqa və avtaminoz xəstəliklərinin müalicəsində istifadə edirlər. O , nefrit, qızılca , göy öskürək , qızılca , qrip, günvurma zamanı çox yaxşı təsir göstərən vasitələrdən biridir. Çay həmçinin bədəndə duz mübadiləsinin qaydaya salır, xarici tənəffüsün normallığına xeyli tə’sir göstərir. Çaydan düzgün istifadə etdikdə qan damarlarının spazması asanlıqla aradan qalxır və damarların elastikliyi artır. Çay şua xəstəliyinin müalicəsində də kara gəlir. Belə ki , çay şualanmanı neytrallaşdırır və bu şuaları tədricən bədəndən çıxarır.
    Çayın tərkibində olan ortor maddəsi dişləri xəstəliklərdən qoruyur. O bədənin hərarətini 1-2 dərəcə aşağı salmağa qadirdir. Bunun üçün çayı az-az , lakin tez-tez içmək lazımdır.Çay həm də tərlədici vasitədir. Ondan soyuqdəymə , qrip zamanı istifadə etmək məsləhətdir. Çay bütün pəhriz zamanı icazə verilən yeganə içkidir. Onu yemək zamanı içirlər, çünki iştahanı artırır., həzmetməni yaxşılaşdırır. Ən yaxşı cəhət odur ki, insanın kökəlməsinə səbəb olmur.
    Çay dərinin elastikliyini artırır , onun rəngini yaxşılaşdırır. Yadda saxlamaq lazımdır ki, çayın tamı və müalicə qabiliyyəti yalnız təzə və düzgün dəmləməklə özünü göstərir. Çay ustası kimi tanınan çinlilər qaynar su ilə (100 dərəcə) çay dəmləməyin əleyhinədirlər. Çünki çayın üzərinə tökülən qaynar su onun tərkibini parçalayır. Odur ki, çayı istiliyi 80 dərəcə olan qaynar su ilə dəmləmək lazımdır. Çin təbiblərinin fikrincə çayı dəm alan kimi içmək məsləhətdir, onu uzun müddət saxlamaq olmaz , bu hətta zərərlidir. Çin təbabəti axşam yeməyindən sonra çay içməyi məsləhət görmür.Onlar hipertoniya ürək və ciyər xəstəlikləri keçirən adamlara , çayı yalnız açıq və az miqdarda içməyi tövsiyyə edirlər.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ƏTİRLİ İYLƏRLƏ MÜALİCƏ

    Bir çox tədqiqatçılar təsdiq edirlər ki, iy qoxu ibtidai insanların həyatında mühüm rol oynamışdır.Qədim insanlar iydən tonusu yüksəltmək üçün istifadə etmişlər.Zaman keçdikcə xalq təbabətçiləri ətirli bitkilərin və çiçəklərin iylərinin orqanizmə tə’sirini öyrənmiş və onlardan müalicə vasitəsi kimi istifadə etməyə başlamışlar. Bütün xalqların özlərinə məxsus xüsusi ətirli maddələri vardır ki, onunla dərilərini , saçlarını yuyurmuşlar. Lap qədim dövrlərdə Ukraynada , Çində və s. Ölkələrdə əhali kafur ağacının yarpaqlarını yığıb kiçik torbacıqlara doldurub boğazlarından asarmışlar. Belə hesab edirmişlər ki, onun iyi ilə nəfəs almaq ciyəri , əsəb sistemini möhkəmləndirir, beyini təmizləyir.

    ***

    Deyirlər ətriyyatın vətəni qədim Misirdir. Burada mə’bədlərə gedən əhaliyə daha çox tə’sir göstərsin deyə , onlara xoş iyli maddələrdən , məlhəmlərdən , ətirlərdən istifadə edirmişlər.

    ***

    Ellada idmançıları yarış zamanı orqanizmə oyadıcı tə’sir göstərən ətirli maddələrdən , ətirlərdən istifadə edirmişlər. Deməli xoş ətirli iy gücü bərpa etməyə qadirdir.


    ***

    Belə qədim xalq təbabəti ən’ənələri indi də davam etdirilir. Tədqiqatlar nəticəsində ətirli bitkilərin sirri açıldıqca onlardan müalicə vasitəsi kimi daha geniş istifadə edilir. Artıq çoxdan təsdiq edilmişdir ki , iy-qoxu dərmandır.


    ***

    Deyirlər ki , güldən (iyli güllərdən) balaca yastıq düzəldib başınız altına qoysanız başağrısı və zəiflik hissi keçib gedər. Daha yaxşı olar ki, gülü elə kolun üstündə iyləyəsiniz, çünki dərilməmiş gül daha ətirli olur.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ƏTİRLİ İYLƏRLƏ MÜALİCƏ

    Yaxşı yatmaq , əsəblərinizin gərginliyini azaltmaq , ürək döyüntüsünün qarşısını almaq , baş ağrısını yox etmək, iş qabiliyyətinin bərpa olunmasını istəyirsinizsə bu üsulu əməl edin : limon kökü ( 1 çay qaşığı) gül ləçəyi , evkalipt yarpağı , ardıc ağacının körpə budağı (hərəsindən iki çay qaşığı) götürürlər. Onları ayrı-ayrılıqda xırda-xırda doğrayır və bu qarışığı termosa töküb üzərinə 1 litr qaynar su əlavə edirlər. 6 saat keçəndən sonra süzürlər. Bu məhlulu puliverizator vasitəsilə otağa çiləyirlər. Əgər qarışığı uzun müddət saxlamaq istəyirsinizsə ona (1:1 nisbətində) 40 faizli spirt qatıb çalxalayın.

    ***



    3 hissə ayıdöşəyi , 2 hissə mayotu, 2 hissə dəfnə yarpağı , 1 hissə kafur bitkisini xırdalayıb balaca yastıq düzəldin. Bu bitkiləri əldə edib qurudub qışa saxlamaq da olar . Qışda yuxarıda göstərilən qayda üzrə yastıq düzəldib istilik batareyalarının üstünə qoysanız yastıq rütübət çəkərək xoş iyini otağa yayacaqdır. Yuxusuzluq aradan qaldırılar və rahat yatarsınız.

    ***



    Əzələləri tezliklə yumşaltmaq , boşaltmaq və yuxusuzluğu dəf edib rahat rahat yatmaq istəyirsinizsə belə bir vanna qəbul edin: tərkibində daha çox ətirli efir yağı olan kalendula , nanə və qaraqınıq çiçəklərinin hərəsindən 50 qr. Götürüb 3 litr qaynar suda dəmləyin. İstiliyi 35 dərəcə olan vannadakı suya qarışdırın, 10 dəqiqə vanna qəbul edin. Belə vannanı həftədə 3 dəfə qəbul edin. Vannanın ətirliyi sizə kömək edəcəkdir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ƏTİRLİ İYLƏRLƏ MÜALİCƏ

    Rahat yatmaq istəyirsinizsə bu üsulu təcrübədən keçirin. Eyni miqdarda dəfnə yarpağı və ayıdöşəyindən balaca yastıq düzəldib yatanda başınızın altına qoyun.

    ***

    Digər yastıq üçün 1 hissə dəfnə yarpağı ,2 hissə ayıdöşəyi və 3 hissə mayotu götürmək lazımdır.

    ***

    Evkalipt bədəni möhkəmləndirir, ağ ciyəri soyuqdəymədən qoruyur.

    ***

    Dəfnə yarpağının ətri əqli fəaliyyət nəticəsində beyində əmələ gələn yorğunluq zamanı xeyirlidir.

    ***

    nanəni və yaxud cirəni iyləmək iş prosesində beynin qan dövranını yaxşılaşdırır, əmək məhsuldarlığını yüksəldir. Və immuniteti artırır.

    ***

    Halsızlıq , keylik zamanı ayıdöşəyindən və güldən alınan efir yağını iyləmək lazımdır.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    ƏTİRLİ İYLƏRLƏ MÜALİCƏ

    Yaddaşın və zehnin stimullaşdırılmasında qərənfildən və yaxud reyhandan alınan ətirli yağ mühüm rol oynayır.

    ***

    Ibn-Sina deyir ki, əgər təzə çobanyastığı çiçəyini iyləsəniz sizi yatırdar.

    ***

    Ukraynada bu məqsədlə kəklikotunu döşəyin və yastığın altına qoyurlar.

    ***

    Ürək fəaliyyətini gücləndirmək üçün heyva iyləmək xeyirlidir.

    ***

    Buruna gulab çəkmək ürəyi qüvvətləndirir.

    ***

    İtburnu gülünü iyləmək ürəyə qüvvət gətirir.

    ***

    Bu deyilənlərin həqiqət olmasına inanmaq istəyirsinizsə , Vaxtilə fəaliyyət göstərən Bakı Mərkəzi Sağlamlıq Zonasınıyadınıza salın. Ətirli iylərlə müalicənin ən görkəmli nümayəndələrindən biri professor Ş. M. Həsənov olmuşdur.Onun təşəbbüsü ilə açılan və rəhbərliyi ilə işləyən Bakı Mərkəzi Sağlamlıq Zonasına bir neçə ildə on minlərlə xəstə müraciət etmişdir. Bu mərkəzin gül- çiçəklə müalicə üsulu dünya miqyasında şöhrət qazanmışdır.Dünyanın 50-dən çox ölkəsinin mütəxəssisləri bu mərkəzə gələrək ətirli iylərlə müalicənin üsullarını öyrənmişlər.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    RƏNGLƏR

    İsti rənglər(qırmızı , narıncı və sarı) fəallığı az olan , laqeyd adamlara çox enerji verir. Mavi , tünd sürməyi, bənövşəyi isəfəal adamların rəngidir. Gündəlik həyatımız üçün rənglərin tə’siri barədə bə’zi şeyləri bilmək xeyirlidir. ***


    Əsəb sistemi üçün ən əlverişli açıq, yumşaq, mavi , gümüşü , boz rənglərdir. Qızılı sarı, yaşılı mavi, gümüşü boz rənglər rahatlıq və harmoniya hissiyatı yaradır. Parlaq rənglər fəallığı artırır.Qırmızı , bənövşəyi , əsəb sistemini qıcıqlandırır , görməni zəiflədir.

    ***


    İş , nahar və istirahət otaqlarını müxtəlif rənglərlə ayırmaq məsləhətdir. İş otağı üçün boğuq rəngli üzlük və ya pərdə seçmək daha münasibdir. Arıqlama fikrinə düşsəniz pəhrizə və digər müalicəyə ehtiyac yoxdur. Bunun üçün mətbəxi sadəcə olaraq mavi rənglə boyamaq kifayətdir. Söhbət otağın müxtəlif rəngli üzlüklərlə bəzəmək məsləhət deyil. Bu , gözləri sonra isə bütün bədəni yoracaq, pis əhval-ruhiyyə yaradacaqdır. Belə halın baş verməməsi üçün həmin otağı mavi və yaxud gümüşü yaşıl rənglə rəngləmək və ya üzlük çəkmək münasibdir. Arxasında oturub işlədiyiniz stolun üstünə qərənfil, qızılgül və hər hansı bir parlaq gül qoysanız, dərhal enerjinizin artdığını, beyninizin necə fəal işlədiyini hiss edəcəksiniz.

    ***


    Rəngli işıqlara da diqqət yetirmək lazımdır. Yaşıl və ya digər rəngdə şüşəsi olan lampa iş üçün münasib deyil. Ən münasibi işıqlı və parlaq lampalardır.Müxtəlif işıqlanma zamanı (təbii və sun’i)otağın necə görünməsi nəzərə alınmalıdır. Çünki interyer, onun çalarları, rəngi əhval –ruhiyyəyə , iş qabiliyyətinə və səhhətə tə’sir göstərir.

    ***


    R’ngin daha bir xüsusiyyətini bilmək xeyirlidir. Bu sizə çox şeyi aydınlaşdırıb izah edə bilər. Məsələn: səma rənginə biganə adam hər şeyə qadir olmaq təssüratı yaratmaq istəyir. Həqiqətdə isə o inamsızlıq nümunəsidir. Göy rəng təmizliyi, xeyixahlığı, nisbətən qəmgin təbiəti, sevməyə ehtiyacı , inamlılıq hissini cəmləşdirən adamın rəngidir Boz rəngi quru təbiətli, inamsız , ağır düşüncəli adamlar üstün tuturlar. Qırmızı rəng ehtiraslı , cür’ətli , iradəli , ünsiyyətli, tez coşan , lakin xeyirxah adamlarn rəngidir.Narıncı rəng intuisiyaya güclü meyilli , xəyalpərəst adamları fərqləndirir. Qəhvəyi rəng möhkəm dayanan , ailəsini sevən adət və ən’ənələrə hörmətlə yanaşan adamlar üçün xarakterikdir. Bu rəng xudpəsəndlərdə igrah hissi doğurur. Sarı rəngi təmkinli , sakit təbiyətli, intellektual adamlar sevirlər. Belə adamlar şəraitə asanlıqla uyğunlaşır, diqqəti özünə cəlb etməyi bacarır.
    Cəhrayı rəng həyat rəmzidir. Sevgi və xeyirxahlığı, hər şeyə sevinmək bacarığını təsdiq edir.
    Rəng terapeyasına uyğun olaraq tibb mütəxəssisləri müalicəvi təsirə malik olan eynəklər yaratmışlar.Onlardan istifadə etmək tamamilə fərdi xarakter daşıyır.Çünki müxtəlif rəngli şüşələrin gözün qlafanına və onun vasitəsilə beyin yarımkürəsinətəsiri olduqca fərdidir. Məsələn : tonusu , əhval-ruhiyyəni qaldırmaq ötrü bəziləri cəhrayı eynəkdən istifadə etməlidir. Başqa birinə isə göy , yaxud yaşıl eynək lazımdır.
    Rənglərin “ dilini” bilmək necə deyərlər , onlarla danışmağı bacarmaq səhhətinizə və gündəlik həyat tərzimizə yüngüllük gətirir, bizə rahatlıq bəxş edir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    KOSMETİKA
    Xalq təbabətinin müəyyən bir hissəsini kosmetika təşkil edir. El təbibləri bu sahədə də özlərini sınağa şəkmiş və xalq üçün bir sıra faydalı məsləhətlər hazırlamışlar. Onlardan bəziləri barədə məlumat verməyi də münasib sayırıq. Zanbağı döyürlər, tənzifin arasına yığıb sıxırlar və suyunu çıxarırlar. Bu suyu üzə sürtdükdə ləkələri təmizləyir, sifət açılır və gözəlləşir.

    ***


    Bir xörək qaşığı cirəni dəm çaynikinə tökün və üstünə bir litr su alın, vam odda qaynadın və süzün. Ondan bir stəkan süzün və 2 xörək qaşığı şəkər qarışdırıb gündə bir neçə dəfə için. Bu, üzə gözəllik gətirir rəngi açır, təravət verir.

    ***

    Zirənin bir qaşığını bir litr suya töküb onunla üzünüzü yuyun, bu sifətə gözəllik verən vasitələrdən biridir.

    ***

    Əgər üzünüzdə ləkə varsa, noxudu suya töküb qaynadın və onu üzə çəkib barmaqlarınızın ucu ilə masaj edin. Bir neçə dəfə belə etsəniz, üzünüzün ləkəsi yox olacaq.

    ***

    Tozağacının tumurcuqlarını bir qaba töküb, şişmək üçün üstünə qaynar su əlavə edin, soyuyandan sonra surtkəçdən keçirin və balla qarışdırın. Onu 2—3 saat mətbəx plitəsinin isitmə kamerasında (çox isti ol-masın) saxlayın, sonra çıxardıb soyudun və təmiz araq-la qarışdırın. Bu qarışığı süzkəçdən keçirin. Alınan pastanı üzünüzə çəkin, 25—30 dəqiqə gözləyin, üzü-nüzü ilıq su ilə yuyun və yumşaq dəsmalla qurulayın. Sonra üzünüzə qaymaq, olmasa xama çəkin. Bu müalicəni 8—10 gün qəbul etsəniz sifətinizdəki qırışlar gedəcək, dəriniz yumşalacaq və təravətli olacaqdır.

    ***

    Xalq təbibləri deyirlər ki, əgər buğdanı yandırıb külünü mumla qarışdırıb üzə sürtdükdə dəri cilalanır və şəfəqlənir.

    ***

    Turkəçarəçilər sifətin rənginin dəyişib gözəlləşməsi üçün bu üsulu son dərəcə təsirli hesab edirlər. Bir xörək qaşığı mollabaşı çiçəyinin döyülmüşünə bir stəkan qaynar su töküb 10 dəqiqə dəmdə saxlayın. Sonra süzüb 1 çay qaşığı bal əlavə edin, səhər acqarına çay kimi qurtum-qurtum için.

    ***

    Tozağacının nazik çubuqlarını ( budağın üç hissələrini ) xırda-xırda doğrayıb döyün və onu sirkə ilə qarışdırın . Bu pastadan yanağınıza sürtsəniz gözəl qızartı alınacaqdır. Bu vasitənin üstün cəhəti ondan ibarətdir ki , üz tərləyəndə və ya üzü yuyanda qızartı getmir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Sayfa 1/6 123 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.