Sağlamlıq Haqqında Bezi Meslehetler
Sağlamlıq Haqqında Bezi Meslehetler
ƏHVALİ RUHİYYƏ
Bala bir qədər zəncəfil əlavə edib möhkəm qarışdırır və qoz boyda həblər hazırlayırlar.Ondan gündə 2-3 dəfə yeməkdən əvvəl udurlar.Bu müalicə 2 həftəyədək davam etdirilir. Nəticədə adamın əhval-ruhiyyəsi yüksəlir.
***
Andızın kökünü xırdalayıbdöyür30 qr.götürüb 1 stəkan qaynar suda dəmləyib və süzürlər. Ona 2 çay qaşığı bal qatıb və yarıya bölüb gündə 2 dəfə içirlər. Bunu uzun müddət davam etdirən adamın əhval-ruhiyyəsi yüksək olar.
***
Qızılgülün ləçəklərinin üstünə su əlavə edib ləçəklər ağarana qədər gözləyir , sonra süzürlər. Bu gül suyundan gündə 4-5 dəfə, hər dəfədə yarım stəkan içmək əhval-ruhiyyəni yaxşılaşdırır.
***
Qızılgülün ləçəklərini qurudub şüşə qabda qışa saxlamaq və eyni məqsəd üçün istifadə etmək olar. Qızılgülü Və eləcə də digər gülləri iyləmək də bu cəhətdən xeyirlidir.
***
Bədrənc (limonotu) bitkisinin çiçəklərini iyləmək mə’yusluğu , qəmginliyi dəf edir, əhval-ruhiyyəni yüksəldir. Bədrəncin yarpağını xırdalayıb 30 qr. 1 stəkan suda qaynadır və süzürlər. Bu cövhərdən gündə 2 dəfə , hər dəfədə 1 stəkan 1 çay qaşığı balla içirlər. Bu da əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün məsləhət görülür.