Sayfa 6/6 İlkİlk ... 456
56 sonuçtan 51 ile 56 arası

Sağlamlıq Haqqında Bezi Meslehetler

  1. #51
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    DİŞLƏR
    Dişləri təmizləyəndə, diş tozuna ya pastasına bir az xörək sodası və 1-2 damcı limon şirəsi əlavə olunubsa, onların sarıltısını asanlıqla götürmək olar. Əgər dişləri mü təmadi olaraq limon qabığı ilə sürtürlər, dişlər ağ, onların kökü isə bərk olacaq. Suda əridilmiş bir damcı limon şirəsi ilə ağızı yaxalayaraq kariyesə düçar olmuş dişlərə müalicəvi təsir göstərmək olar. Məlumdur ki, bəzi hallarda bu vasitə ilə uzun muddət çəkən mütəmadi diş ağrıları kəsilirdi. Diş xestəliklərin müalicə təcrübəsi göstərir ki, dişlər səhər və axşam limon şirəsi ilə təmizlənsə, bu damağların və dişlərin hər bir xəstəlikdə qorumağına xidmət edir. Ağızdan gələn pis iyi aradan götürmək və iştahanı artırmaq üçün gündə bir çay qaşığı sürtülmüş quru limon qabığının şəkərlə ya bal ilə qəbul edirlər
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #52
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    İMMUNITET
    İynənin göz tərəfı ilə xəstənin dərisində xətt keçirin. Əgər dəri kapilyarların qısadılması əlaməti olan zərif qırmızı cızığın yerinə ağ cızıq əmələ gəlib itir, bu kapilyarların mənfı reaksiyasının aşkar-aydm işarəsidir..
    Bu da insanın həyati qüvvələrinin son dərəcədə tükənməsindən xəbər verir; və ona təcili və uzunmüddətli istirahət etmək məsləhətdir.
    İmmun sistemin düşkünlüyü çox zaman psixoqen amillərlə bağlıdır. Infeksiya xəstəliklərinə düçar olduqda insan orqanizminin sümük toxumasında olan kalsium azalır. Bu kalsium çatmamazlığı özünü siimük ağrıları ilə birüzə verir. Belə hallarda orqanizmə təcili yardım gərəkdir. Qələvi reaksiyadan əmələ gəlmiş maddələrdən istifadə etmək məsləhət edilir.


    HEPATIT
    Hepatit xəstəliyini və həmçinin ciyər sirrozunu və xolesistiti müalicə edən tanınmış üsullarından birisi belədir. 2 qabığı soyulmuş və iki qabığlı limonu ət maşınından keçirdirlər. Alınan maddəni 1 kq bal və 200 ml zeytun yağı ilə qarışdırırlar.
    Qəbul etmə üsulu: yeməkdən 30-40 dəqiqə qabaq 1 xörək qaşığı, gündə üç dəfə.
    Maddeni soyuducuda və bağlı qabda saxlamaq lazır dır.

    BAŞ AĞRISI
    Təzə limonunun qabığını ağ hissəsindən təmizləyin və nəm hissəsi ilə gickahınıza basın və bir qədər belə vəziyyətdə saxlayın. Az keçməmiş limon qabığın altmda olan dəri və qaşınma və isinmə hissi verəcək, baş ağnsı isə kəsiləcək
    QONOREYA
    Qadınlarda qonoreyanın kəskin və xronik formasında limon şirəsini çiləmək vasitəsi ilə keçirirlər. Eyni zamanda limon şirəsini aclıqla müşayiət edərək içmək də məsləhətdir
    GÖBƏLƏK
    Naringi şirəsini təkrar-təkrar sürtməklə göbələk xəstəliyinə düçar olmuş dərini sağaldır.Limon şirəsində yaşlanmış tampon ya kompress sürtmə yolu ilə göbələk xəstəliyinə düçar olmuş dərini və xalların müalicəsi üçün tətbiq olunur.

    NƏFƏS ORQANLARININ XƏSTƏLIKLƏRI
    BRONXIT
    Bronxların silikli qişasında əmələ gələn iltihablanma prosesinə bronxit deyilir. Bu xəstəlik adətən öskürək ilə müşayiət olunur.
    Xəstəlik başlananda, Öskürək quru və hürücüdür. Xəstəliyin sonunda isə yaşlı və balğamlı olur. Bronxit 2 cürə olur - xroniki və kəskin. Xroniki bronxit bir neçə səbəb üzündən əmələ gələ bilər. Məsələn, o ətraf mühitin pis ekoloji vəziyyəti ilə bağlı ola bilər. tstehsalatda bronxlara daimi zəhərli qazların təsirindən ya da tutün çəkmeyin üzündən də bu bronxitlə xəstələnmək olar. '
    İnfeksiya ilə bağlı və orqanizmin həddindən artıq soyutmasından əmələ gələn bronxitə kəskin bronxit deyirlər. Xalq təbabətinə məlum və bu xəstəliyin hər iki formasını müalicə edən bəzi vasitələri bunlardır.
    1. İki baş sarımsaq və 5 limonu sürtgəcdə sürtürlər
    üstünü 1 l qaynadılmış su ilə atırlar. Sonra 5 gün ərzində
    bağlı qabda sərin və işıqsız yerdə saxlayıb, süzürlər
    sıxırlar.
    Qəbul üsulu: yeməkdən 20 dəq. qabaq, 1 xörək qaşığı miqdarında, gündə 2 dəfə
    2. Qabığı ilə birlikdə 5 limonu sürtgəcdə sürtüb sıyıq hala salırlar və 4 baş sarımsağdan düzəldilmiş sıyıqla qarışdırırlar. Qarışığı 1 l qaynadılmış və ilıq suda yayırlar beş gün ərzində sərin və işıqsız yerdə bağlı qabda mütəmadi olaraq sirkələyərək saxlayırlar. Sonra həlimi süzürlər. Bu vasıtə yaxşı çəkmə qabiliyyətinə malikdir
    Qəbul üsulu: gündə yeməkdən 20 dəq. qabaq 1 xörək
    qaşığı miqdarında 3 dəfə.
    ASTMA
    Bronxial astmadan əzab çəkənlərə belə müalicəvi vasitə məsləhət görülür. 3 limonun şirəsini 100 q sürtülmüş qıtığ otunun kökü ilə qanşdırırlar. Bu dərmanı qəbul edəndən sonra yarım saat nə yemək, nə içmək olar
    Qəbul üsulu: gündə 2 dəfə (səhər və günortadan sonra 1 çay qaşığı miqdannda.
    QRIP
    Qripin profilaktikası üçün aşağıdakı qarışığdan istifadə edirlər: 2 limonu və 2 sarımsaq dişini sürtgəcdə sürtürlər. Alınan maddəni qarışdırıb 1l qaynanmış və soyudulmuş suda yayırlar. Alınmış məhlulu qaranlıq yerdə otaq temperaturunda 3 gün saxlayıb, süzürlər.
    Qəbul üslubu: ac qarnına gündə 1 xorək qaşığı. Məhlulu soyuducuda saxlamağı unutmayın.
    Qriplə xəstələnəndə öz vəziyyətinizi aşağıdakı üsulla yüngülləşdirə bilərsiniz. Bunun üçün qaynayan suya limoıı şirəsi, bir az duz, evkalipt yarpaqları ya evkalipt yağı atırlar. Stəkana töküb, qarışığı çənənizin səviyyəsindən bir az aşağı tutaraq və burun deşikləri növbə ilə tutub-dəyişərək dərin nəfəs alın. Əgər burun deşiyi bağ-lıdır, ona uyğun olan böyrünüzə uzanın. Çox keçmədən deşik açılacaq.
    Yatmazdan əvvəl isə bir çay qaşığı bal və limon şirəsindən için.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #53
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    VƏZILƏR
    TÜPÜRCƏK VƏZILƏRININ XƏSTƏLIKLƏRI
    1 çay qaşığı limon şirəsindən 1 stəkan qaynanmış sərin suya atıb qarışdırırlar. Qarışığı ağıza alıb və isinənə qədər saxlayırlar. Sonra tüpürüb, ağızı boşaldırlar. Bu tədbiri gündə 4-5 dəfə təkrar edirlər. İki-üç gündən sonra vəzilər işləməyə başlayacaqlar. Çox adamların ikilənmiş çənəsi olur. Bu da mədə-bağırsağ yolunun xəstə və çirklənmiş hala düşməsinin işarəsidir. Çünki leykositlər orqanizmin təmizləmə işlərində maneə ilə qarşılaşır və zərərli maddələri vaxtında xaric etməkdə ləngiyirlər. Bu həmən səbəbdir ki, çənənin altında olan iki vəzinin gözə çarpan şəkildə böyüməsinə gətirir.
    DƏRİNİN TƏRLƏMƏSİ
    Limon şirəsi, xüsusilə ayağların barmağarası dərinin üfunətli tərləməsini də aradan götürür. Bu məqsədlə yatmazdan əvvəl ayağ barmağlarını ilıq su ilə bir-bir yuyub, limon kəsikləri ilə sürtürlər və quruyana qədər gözləyirlər. Gündüz isə barmaqların arasında nazik tibbi pambıq parçalan gəzdirirlər. Bir həftə ərzində müsbət nəticənin şahidi olacağsız.

    SAÇ XƏSTƏLIKLƏRI
    Saçların düşməsi adətən dəridə yaşayan bakteriyaların fəaliyyəti ilə bağlıdır. Limon şirəsinin bu xəstəliyə qarşı təsiri gözə çarpır. Baş kəpəyini xaric etmək və saçların tökülməsini aradan götürmək üçün baş dərisini limonun kəsikləri ilə sürtmək lazımdır. Baş qaşınrnasını isə kəsmək üçün bunu bir neçə dəfə etmək kifayətdir.
    Daha bir üsul. Gündə birdəfə 1 litr ihq suya 2 çay qaşığı limon şjrəsi qatıb saçları bir neçə dəfə yuyurlar.


    LIMON VƏ KOSMETIKA
    ƏLLƏR
    İlin soyuq vaxtlarında tez-tez əl dərisinin çatlanması baş verir. Burada yenə də limonun müalicəvi keyfiyyətləri köməyə gəlir. O, dərini yumşaldır, dırnaqlara isə xüsusi bir parıltı verir. Aşkar olunub ki, əgər kimsə limon şirəsindən daxili müalicəvi vasitə kimi istifadə edib və onun müalicəyə qədər dərisində ya üzündə çil var idi, müalicənin sonunda həmin çillər yox olurdu.
    Həmçinin, çilləri yox etmək üçün limon şirəsini xarici vasitə kimi də işlətmək mümkündür. Keçmiş zamanlardan məlumdur ki, limon cəfərin kökündən düzəldilmiş qatı həlimə əlavə olunmuş limon şirəsi dərini ağartmağa qabildir. Qabarların və ziyillərin limonla müalicəsi eynidir. Yamazdan əvvəl, bir limon dilimini qabarın ya ziyilin üstünə qoyurlar və bir temiz əskiylə Örtüb, rezin sapıyla yerində bərkidirlər. Səhərə qədər o, o qədər yumşalacaq ki, qabarı ya ziyili heç bir əziyyət çəkmədən yox etmək olar.
    DIRNAQLAR
    Zəif və tez qırılan dırnaqları möhkəmləşdirmək üsul belədir. Nəlbəkiyə ya başqa bir kiçik qaba bir az isidilmiş bitki yağından tökürlər. Ona 3 damcı limon şirəsindən əlavə edib qarışdırırlar. Sonra dırnaqları içinə salırlar və 5 dəqiqə saxlayıb, çıxardırlar və salfet kağızı ilə silirlər. Bunu edib bir neçə saat ərzində əlləri vurmaqdan çəkinmək lazımdır.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #54
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    QADINLARA BƏZİ MƏSLƏHƏTLƏR


    Yüz illər boyu hər eldə-obada hamilə qadının doğuşuna kömək edən və bir sıra qadın xəstəliklərinin müalicə edilməsilə məşğul olan xalq təbabətinin bir çox sirlərini bilən «mamaça qadın»lar fəaliyyət göstərmişlərlər. Dəfələrlə sınaqdan çıxarılmış və necə deyərlər həyat vəsiqəsi almış müalicə üsullarının əksəriyyəti bu gün də öz əhəmiyyətini itirməmişdir. Bunu faydalı hesab edərək bir çox qadın xəstəliklərinin təbii vasitələrlə müalicə üsullarını nəzərinizə çatdırırıq.
    ***

    İki xörək qaşığı miqdarında evkalipt yarpağını qurudub xırda-xırda doğrayın, sonra emallı qazana töküb üzərinə 1 stəkan qaynar su əlavə edərək su hamamında 15 dəqiqə qızdırın. Otaq şəraitində 45 dəqiqə saxlayın. İki qat tənzifdən süzün. Qadın cinsi orqanında soyuqdəymə və iltihab varsa bu dəmləmə ilə cinsi orqanı yumaq, yaxud tampon qoymaqla xəstəliyi yox etmək olar.
    ***

    Yumurtalığın iltihabı zamanı xəstə mümkün qədər çiy və bişmiş halda çoxlu -boranı (balqabaq) yeməli dir. Boranını xırdalayıb, döyüb, sıxıb şirəsini çıxarmaq və bacardıqca çox içmək xüsusilə faydalıdır. Əgər iltihab nəticəsində küclü qanaxma varsa onda quşəppəyi bitkisindən istifadə edilməlidir. Bir qaşıq xırda doğranmış quşəppəyini bir sləkan qaynar suda dəmləyib isti halda birdən içmək lazımdır. Müalicə dövründə cinsi əlaqəyə girmək olmaz.

    ***

    Bəzi səbəblərdən qadının uşaqlığında qaşınma əmələ gəlir. Bu xəstəliyi aradan qaldırmaq üçün belə bir qarışıq hazırlamaq tövsiyyə olunur. Nanənin yar paqlarından, narın qabığından və döyülmüş mərci dən eyni miqdarda götürün, emallı qaba tökün, üzərinə meyvə şərabı əlavə edin və vam odda bişirin, sonra tənzifdən keçirin. Alınan qarışıqda pambıq və ya təmiz tənzifi yaxşıca isladın və cinsi orqana tampon qoyun
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  5. #55
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Qaşınma zamanı belə bir müalicə xeyirlidir. Eyni miqdarda limon və naringi tumunu götürün, onu qı zmar dəmir parçasının üstünə tökün. Tumlar yananda həmin dəmir parçasının üstünə çömbəlin, cinsi orqanı həmin tüstüyə verin. Bir neçə dəfə belə edin qaşınma dəf olunacaqdır.

    ***

    Bəzi qadınların uşaqlığından yumurta ağına bənzər ağ maye gəlir. Bu müxtəlif səbəblərdən əmalə gələ bilər, Bu halı aradan qaldırmaq üçün qadınlar 1 xö rək qaşığı zəyi 1 stəkan suda həll edib, şırınqa ilə özlərini yumalıdırlar. Bundan əlavə boymadərən çi çəyi və çöl çiçəyinin kökünü (xırdalanmış halda) bə rabər miqdarda götürüb qarışdırmalı, I xörək qaşığını I stəkan qaynar suda dəmləməli və gündə 3 stəkan içməlidirlər.

    ***

    Daha bir üsul, şam ağacının iynələrindən alınan həlimlə vanna qəbul etməkdir, Şam ağacının iynələ rini döyüb, ondan yarım kq. götürüb 2 litr suda yarım saat qaynadırlar, qazanı ağzı bağlı halda 15 dəqiqə saxlayıb sonra tənzif torbadan süzürlər. Həlimi isti su ilə doldurulmuş vannaya töküb qarışdırır xılt olan tənzif torbanı isə vannaya atırlar. Bundan sonra 15—20 dəqiqə vanna qəbul edirlər.

    ***

    Palıd ağacının xırda köklərini qaynar suda dəmə qoyub sonra süzüb və alınan həlimlə gündə 2 dəfə cinsi orqanı yumaq da xeyirlidir. Müalicə müddətində əlaqə dayandırılmalıdır.

    ***
    Çətin doğuşdan sonra bəzi hallarda qadınların ayaq damarları partlayır. Gücə düşmə nəticəsində damarların partlaması onlara əziyyət verir. Bu halı aradan qaldırmaq üçün çaytikanı şirəsindən istifadə edilməlidir. Çaytikanı meyvələrini təmiz yuyub ət ma-şınından keçirməli, tənzifin arasına yığıb, sıxıb şirəsi çıxarılmalıdır. Həmin şirə damarlar partlayan nahiyəyə sürtülməli və tənziflə sarınmalıdır.

    Uşaqlıq qanaxmaları ara vermirsə qırxbuğumdan istifadə etmək məsləhətdir. Onun qurudulmuş yerüstü hissəsindən 20 qr. götürüb bir stəkan qaynar suda 15 dəqiqə dəmləyib süzün, gün ərzində bir neçə dəfə yarım stəkan miqdarında için.

    ***

    Quşəppəyi də bu cəhətdən xeyirlidir. Onun tərkibində «K» vitamini vardır. Buna görə də o qankəsici təsirə malikdir. Xalq təbabətində quşəppəyinin qurudulmuş yerüstü hissəsindən həlim hazırlanır qan kəsici kimi tətbiq edilir.



    ***

    Bağayarpağı da uşaqlıq qanaxmalarında mühüm rol oynayır. Bunun üçün böyük bağayarpağının yerüstü hissəsindən (təzə halda) 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyib içmək və həmin dəmləmədən uşaqlığa yeritmək lazımdır.
    Böyük bağayarpağı həmçinin xroniki qanaxmalarda xeyirlidir. Onu çay kimi dəmləyib gündə bir neçə dəfə içmək faydalıdır. Bu çəhətdən böyük bağayarpağı həlimini ( bərabər miqdarda) sirkə ilə, qarışdırmaq içmək də məsləhət görülür.


    ***

    Bəzi hallarda aybaşı zamanı qan çox axır. Mamaçalar bu vəziyyəti aradan qaldırmaq üçün düyünü qovurub üyütməyi və turş ayranla içməyi qadınlara tövsiyyə edirlər.

    ***

    Güclü aybaşı zamanı bir qədər cəfəri kökünü doğrayıb cövhərini çəkib 2 stəkan isti halda bir-birinin ardınca (su içən kimi) içmək lazımdır.
    Ləng gedən aybaşını normallaşdırmaq üçün xardal (bir vannaya 100 qr. quru xardal töküb qarışdırmalı) vannası qəbul etmək məsləhət görülür.
    ***

    Aybaşından sonra qanaxma halları da baş verə bilər. Bu zaman mamaçalar belə bir müalicəni sınaqdan çıxarıblar. Bir parça dəmiri qızarana qədər qızdırıb qabın içinə bir qədər süd tökərək qızarmış dəmiri südün içinə salmışlar (yəni dağlamışlar). Dovşandodağı bitkisinin quru çiçəklərindən dəmləmə hazırlayaraq həmin dəmləmə ilə darlanmış südün 100 qr. Içməyi məsləhət bilmişlər.


    ***


    Bu cəhətdən eyni miqdarda limon və naringi şirə-sini vam odda qatılaşanadək qaynadıb, gündə bir neçə dəfə içmək də yaxşı nəticə verir.


    ***


    Eyni miqdarda sumax, heyva dilimləri və tumu çı~ xarılmış ərəb xurmasının qarışığından həlim də aybaşından sonrakı qanaxmaya xeyirlidir. Gün ərzin-də 4—5 dəfə içmək lazımdır
    Əziyyət verən düzgün keçməyən aybaşı zamanı rus turkəçarəçiləri belə mualicədən istifadə edirlər. Bir xörək qaşığı qatırquyruğunu çaynikdə dəmləməli. Güclü qanaxma zamanı ondan hər 2 saatdan bir xörək qaşığı ilə içməli, əgər qanaxma nisbətən azalsa, onda həmin dəmləmədən gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı qəbul etmək lazımdır.


    ***



    Bəzi qızlar bakirəliyini itirəndə güclü ağrılara və halsızlığa məruz qalırlar. Mamaçalar belə halda iri ləyənə yaxud kiçik vannaya zeytun yağı ilə şərabın qarışığını töküb, ağrıdan əzab çəkənə kömək edirlər.


    ***



    Qadınların bəziləri müvəqqəti olaraq uşağa qalmaq istəmir. Əgər o 3 -qr. zəfəran yesə 6-7 ay hamiləlikdən xilas olar.


    ***



    Muxtəlif səbəblər üzündən bəzi qadınlar bətnindəki uşağı saldırmaq istəyir. Buna nail olmaq üçün qadın 2,5 qr. Çörək otu qəbul etməlidir. Bununla da o çox asanlıqla hamiləlikdən (istər uşaq diri olsun, istərsə də ölü) xilas olar
    Uşağın salınmasında təsirli vasitələrdən biri buxurməryəm ( novruz gülü ) bitkisidir.Bu çiçəyin şirəsini çəkib iri bir parçaya hopdurub qadının qarnına bağlayırlar. Bununla bərabər bir parça pambığı həmin şirədə isladıb qadının cinsiyyət orqanına salırlar.

    ***



    Çin darçınını boyaq otu ilə qarışdırıb (bərabər miqdarda) şirəsini çəkirlər, Həmin şirə ilə tampon hazırlayıb qadının cinsi orqanına qoyurlar. Bu da hamilə qadının uşaq salmasına səbəb olur.


    ***

    Acı yovşandan həlim hazırlasan həmin həlimi hamilə qadının cinsi orqanına töksən uşaq salar.


    ***

    Bir qədər gənəgerçək yağını ardıc qozaları ilə
    (döyülmüş halda) qarışdırıb alınan məlhəmi qadının cinsi orqanına yeritsən bətnindəki uşaq düşər.


    ***



    Vaxtından əvvəl uşaq salmanın qarşısını almaq üçün hamilə qadın bir müddət hər gün bir dəfə sarımsaq qatıqla kərə yağda qovrulmuş pencər sıxması yeməlidir
    Zəngin təcrübəyə malik olan mamaçalar müəyyən əla-mətlərlə ananın bətnindəki uşağın oğlan və ya qızlığını müəyyən edirlərmiş. Məsələn, hamilə qadının qarnının şişkinliyi yanlara yayılırsa deməli uşaq qızdır, əkər şişkinlik irəli (qabağa) doğru meyillidirsə oğlandır.

    ***


    Əgər qadın hamilə olanda cinsi əlaqəyə girməyə çox meyl göstərirsə bu o deməkdir ki, bətnindəki qız uşağıdır, az meyllidirsə onda oğlan uşağıdır.

    ***


    Mamaçalar hamilə qadının döşündən bir az süd sağıb onu boşqabın içindəki suya tökürlərmiş. Əgər süd qabın dibinə çökərsə deməli qıza hamilədir. ,Yox əgər süd suyun üstündə qalsa bətnindəki oğlandır.


    ***

    Hamilə qadın qarnının ağarlığını sağ tərəfdə hiss edərsə bu o deməkdir ki, oğlan doğacaq. Çünki oğlan uşağı əsasən sağ tərəfdə yerləşməyə meyllidir.


    ***


    Oğlana hamilə olan ananın sol döşünə nisbətən əvvəlcə sağ döşü böyüməyə, şişməyə başlayır.


    ***


    Bətnində rüşeym olan qadınların qız və ya oğlan doğacaqlarını nəbz vurğuları ilə də müəyyən etmək olar. Əgər hamilə qadının nəbzi sağ tərəfdə (sola nisbətən) tez-tez vurursa deməli oğlan doğacaqdır.


    ***


    Əgər hamilə qadının ayaqlarında tez-tez şiş əmələ gəlirsə bu onun əlamətidir ki, bətnindəki qızdır.



    ***


    Qadın hamiləlik vaxtını düzgün bilirsə o bətnindəkinin oğlanlığı və ya qızlığını özü müəyyənləşdirə bilər . Çünki oğlan ana bətnində 3 aydan sonra, qız isə 4 aydan sonra tərpənməyə başlayır.


    ***


    Əgər hamilə qadın bir şey götürmək istəyəndə sağ əlini uzadırsa yaxud bir qədər ayaq üstə dayanandan sonra hərəkət etməyə başlayanda əvvəlcə sağ ayağını atarsa bu əlamətlər ona dəlalət eləyir ki , ananın oğlu olacaqdır.


    ***



    Hamilə qadınlar cirəni bişirib şəkərlə yesələr üzləri yaxşılaşar.


    ***

    Xalq təbibləri buyururlar ki, dazı otundan çəkilən yağ doğuşdan sonra qadınların döşündə əmələ gələn vəz şişlərini aradan qaldırmaq gücünə malikdir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  6. #56
    Junior Member Qadir - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Mar 2018
    Yer
    Bakı
    Mesajlar
    13
    Sağlamlıq haqqında çox gözel meslehetler paylaşıbsınız. Çox sağolun! Sağlamlıq hamımız üçün çox önemlidi.

Sayfa 6/6 İlkİlk ... 456

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.