XALQ TƏBİBLƏRİNİN BƏZİ MƏSLƏHƏTLƏRİ
Xalq təbabətində çoxlu sayda faydalı və gündəlik həyatımızda gərəkli olan məsləhətlər vardır. Onlardan bəzilərini qeyd etməyi lazım bilirik. Elə adamlar var ki.- bəzi hallarda bərk sərxoş olur, onu ayıltmaq xeyli çətinlik törədir. Belə hallarda xalq həkimləri belə bir tədbir görməyi məsləhət bilirlər. I stəkan soyuq suya 5 — 6 damcı naşatır spirti töküb qarışdırmaq və sərxoşa içirtmək lazımdı. Əgər o, ölü kimidirsə , onda ağzını zorla olsa da. ayırıb həmin spirtli suyu ağzına tökmək lazımdır. Rus xalq təbabətçilərinnn bu üsulu dərhal sərxoşu ayıldır.
. ***

Məlumdur ki, axşam çox içmiş adamın səhər başı ağırlaşır və ağrıyır. Mədəsində xoşagəlməz hallar baş verir, Sərxoşu bu vəziyyətdən xilas etmək üçün rus xalq təbibləri belə edirlər 20 damcı nanə spirtini 1 stəkan soyuq suya çalıb dərhal sərxoşa içirirlər. 1—2 dəqiqədən sonar sərxoş ayılır vu onda ağrılardan əsər-əlamət də qalmır.

***

Kefli adamı ayıltmaq üçün ona moruq yedizdirin Əgər moruq yoxdursa, şirəsini (sokunu) və ya mürəbbəsini tünd dəmlənmiş çaya qarışdırıb verin. Bu ayılmanı təmin edəcəkdir.

***

Sərxoş olmağın qarşısını almaq üçün də üsul var .İçməzdən qabaq mərsini çay kimi dəmləyin və ondan 1 stəkan qəbul edin. Bu sizi sərxoş olmaqdan xilas edəcəkdir.

***


Keflənməyin qarşısını alan vasitələrdən biridə kələmdir. Kələmi qaynadıb suyundan bir stəkan için əgər bu, imkan daxilində deyilsə, onda toxumundan bir qədər çeynəyin. Bundan sonra için , əsla keflənməzsiniz.

***


Bəzən elə olur ki, peşəkar xanəndə sifariş üzrə toyda və ya başqa mərasimlərdə çıxış etməli olur Lakin axşam səsi batır və ya kallaşır.Bu əlbətdə xanəndə üçün xoşagəlməz haldır. Belə halda onlar cəmi bir gün ərzinda səslərini türkəçarə üsulla bərpa edirlər. Emallı qazana 1 stəkan su tökmək, üstünə yarım stəkan zirə toxumu əlavə edib 15 dəqiqə qaynatmaq lazımdır. Sonra toxumu çıxarıb qazana stəkanın , dörddə biri qədər bal və bir xörək qaşığı konyak töküb bir qədər də qaynatmaq gərəkdir. Hər yarım saatdan bir ondan bir xörək qaşığı ondan içmək lazımdır. Rus türkəçarəsinin bu üsulu səsin açılması üçün təsirlidir