Sayfa 1/3 123 SonSon
23 sonuçtan 1 ile 10 arası

Pehriz

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Pehriz

    Kaliforniya Universitetinin əməkdaşları belə bir nəticəyə gəliblər ki, pəhriz nəinki artıq çəkidən xilas olmağa kömək etmir, həm də səhhətə əlavə ziyan vurur.
    Axı bədən çəkisində tez-tez əhəmiyyətli dəyişmələr ürək-damar xəstəlikləri, insultun yaranması riskini artırır, həmçinin immuniteti azaldaraq orqanizmi təhlükəli virus infeksiyaları üçün daha zəif edir.
    Amerika alimləri eksperiment üçün bir neçə min iştirakçı seçiblər və bir neçə il onların səhhətini izləyiblər.

    Tədqiqatın nəticələri «American Psychologist» jurnalının aprel sayında dərc olunub.

    Məlum olub ki, təcrübədən keçirilənlərin üçdə ikisi pəhrizin köməyi ilə arıqlaya bilməyiblər. Özü də onların təqribən yarısının çəkisi daha da artıb.

    Tədqiqatın aparıcı müəllifi doktor Treysi Mann deyir ki, pəhrizlərin bütün formaları təqribən eyni cür işləyir: «Başlanğıcda istənilən pəhrizdə ola-ola siz həqiqətən də, çəkinin 5-10 faizini itirə bilərsiniz. Amma sonradan çəki yenidən qayıdır. Çəkinin sabit azaldılmasına yalnız kiçik azlıq nail ola bilir, əksəriyyət isə çəkidə artırır».

    Amerikalı alimlər belə nəticə çıxarıblar ki, «yaxşı olardı ki, iştirakçıların əksəriyyəti ümumiyyətlə, pəhrizlərlə eksperimentlərə başlamayaydılar – onların çəkisi eyni qalardı, orqanizm isə daim çəkinin itməsi və artmasından əldən düşməzdi
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Gün ərzində az hərəkət edir. Artıq uzun müddətdir ki, kalorili yeməklər yeməkdən imtina edib. Amma, buna baxmayaraq, artıq çəkidən yaxasını qurtara bilmir ki, bilmir.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda 40-55 yaş arasında hər dörd qadından biri Sevda xanım kimi piylənmədən əziyyət çəkir. Azərbaycanda kişilər arasında orta statistik çəkinin normal - 71 kq olmasına baxmayaraq onların arasında da bu problemlə üzləşənlər az deyil. Piylənməyə kalorili və yarımhazır yeməklər, oturaq həyat tərzi ilə yanaşı həm də, müxtəlif endokrin və psixi xəstəliklər də səbəb ola bilir.

    Orqanizmdə artıq çəkinin olması isə bir çox xəstəliklərə də yol açır. Məsələn, həkimlər piylənmənin şəkər diabeti, gipertaniya, ürək və sonsuzluq kimi xəstəliklərin əmələ gəlmə riskini artırdığını deyirlər. Bəs kökəlməyin, piylənmənin qarşısını almaq üçün nə etmək lazımdır? Endokrinoloq Könül İsmayılova fiziki işlə məşğul olmağı məsləhət görür: «Kökəlmənin, piylənmənin qarşısını almaq üçün ən effektiv üsul kalorili yeməkləri menyudan çıxarmaq və fiziki aktivliyi artırmaqdır. Hər gün ən azı yarım saat açıq havada yüksək templə gəzmək lazımdır. Daha çox meyvə tərəvəzə, süd məhsullarına üstünlük vermək məsləhətdir».

    Hazırda əksər apteklərdə arıqlamaq üçün müxtəlif növ preparatlar da satılır. Könül İsmayılova deyir ki, belə preparatları həkim məsləhəti olmadan qəbul etməyin ağır fəsadları ola bilər. Çünki, bu dərmanlar arasında mənbəyi, tərkibi bilinməyənlər də var ki, onlar orqanizmə daha çox mənfi təsir göstərirlər. O ki, qaldı artıq çəkinin, piylərin cərrahiyyə yolu ilə aradan qaldırılmasına, Könül İsmayılova bu üsulun ən son mərhələ olduğunu deyir: «Bu cür əməliyyatların effekti var. Bunlar arasında mədənin daraldılması daha çox effekt verir. Amma məsləhətlidir ki, əvvəlcə qidanı azaltmaqla, fiziki aktivliyi artırmaqla arıqlamağa cəhd göstərilsin. Çünki, nə qədər olmasa da əməliyyat cərrahi müdaxilədir və bunun müxtəlif fəsadları ola bilər».
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Hollivud ulduzları kimi görünmək istəyirsən? Axı onlar yemək yemirlər? Və ya nə yeyib, belə incə və cazibədar görünürlər? Aysel bu sirri oxucularına açmaq qərarına gəldi. Budur, Hollivud gözəllərinin rasionu ilə tanış olun.



    Qida məhsulları
    - Qızardılmış toyuq
    - Böyük hamburger
    - Çeşidlənmiş dilimli pendir
    - Çiyələkli çizkeyk
    - Fəsəli
    - Şokolad
    - Çiyələkli puddinq
    - Pepsi və Diet Pepsi


    Sevdiyi yemək: Çoban piroqu
    Sevdiyi ərzaq: Toyuqlu keri






    Qida məhsulları
    - Toyuq qızartması
    - Hamburger
    - Ət və pendirli sendviç
    - Şokoladlı peçenye
    - Şokoladlı-südlü şeyk


    Sevdiyi yemək: Toyuq qanadları
    Sevdiyi ərzaq: mal əti (xüsusilə tikə) və kartof



    Qida məhsulları
    - Tünd şokolad
    - Müxtəlif növ şirniyyat
    - Kofeinsiz içki
    - Yağlı-pendirli kökə
    - Yumşaq şokoladlı peçenye


    Sevdiyi yemək: düyü ilə toyuğun sinə əti və qara paxla
    Sevdiyi ərzaq: özü hazırladığı toyuq ətindən kotlet



    Qida məhsulları
    - Səhər yeməyi üçün sıyıq
    - Meyvəli piroq
    - Meyvəli sıyıq
    - Bir qab şokoladlı konfet
    - Müxtəlif təzə meyvələr
    - Meyvə şirəsi


    Sevdiyi yemək: toyuq sendviçi və çoxlu tərəvəz
    Sevdiyi ərzaq: üzəri dondurmalı peçenye
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Kim sevirsə idmanı


    Fitneslə düzgün məşğul olmağın yolları.
    Nə OLAR və nə OLMAZ?

    Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? ???Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan???, - məşqçi Aida Mehdiyeva deyir.

    Saatlarla məşq etmək OLMAZ
    Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər.

    Cəld, lakin gərgin hərəkətlər etmək OLAR
    ???Qısa, lakin cəld hərəkətlər etməyə çalış???, - Aida deyir. ???Adətən, biz 30 dəqiqə ərzində edə biləcəyimiz 80% hərəkətin 60%-ni bir saat ərzində edirik???. Bu yolla sən idman zalında vaxtını itirmədən eyni nəticəni əldə edə bilərsən.

    Sallağı oturmağa tənbəllik etmək OLMAZ
    ???Sallağı oturmaqla mədəni arıqlatmaq olmur???, - məşqçi Aida Mehdiyeva deyir. Bu hərəkətlər piyi əritmir, lakin əzələləri möhkəmləndirir.

    Piyi əritmək OLAR
    Sallağıoturmadan fərqli olaraq, qaçış, gəzinti, velosipedsürmə piyi əridir və çəkinizin azalmasına kömək edir. ???Xüsusilə də qaçış baldırların tonusunu qaldırmağa kömək edir???, - deyə mütəxəssis bildirir.

    Həddindən artıq yoqa hərəkətləri etmək OLMAZ
    ???Yoqanın bir çox vəziyyətlərini almaq üçün vaxt tələb olunur???, - yoqa təlimatçısı Oksana Əliyeva deyir. Əvvəlcə bədəniniz hərəkətlərə hazır olmalıdır. Əks halda, nəfəs daralacaq və əzələ sıxılacaq. Bu zaman ürək-damar sistemində problemlər yarana bilər.

    Diqqəti tənəffüsə yönəltmək OLAR
    Yoqa ilə məşğul olan zaman hərəkətlərdən çox nəfəsinə fikir ver. ???Dərindən tənəffüs böyük dəyişikliklərə gətirib çıxarır???, - deyə Oksana Əliyeva qeyd edir. ???Bu zaman həm əzələlər rahatlaşır, həm də gərginlik azalır; bu da öz növbəsində məşqləri daha rahat edir???.

    Dartılmadan məşqə başlamaq OLMAZ
    ???Üzmə cığırını bir neçə dəfə üzdükdən sonra tezlik zəifləyir. Bu cür ağır məşqlərə başlamazdan əvvəl zəif hərəkətlər et???, - deyə Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Akif İsayev vurğulayır.

    Fasilə etmək OLAR
    ???Hovuzdakı vaxtını azalt. Bir cığırı o baş-bu başa üzmək üçün iki cür üzmə stilindən istifadə et. Məsələn, brasla gedib, bel üzərində üzməklə qayıda bilərsən. Bu üsul əzələlərin müxtəlif qruplarını hərəkətə gətirir və universal treyninq effektinə malikdir???, - deyə İsayev bildirir.

    Müqavimət göstərmək OLMAZ
    Yuxarıda qeyd etdiyimiz kimi, qaçış piylərin əridilməsinin effektiv yollarından biri hesab edilir. ???Lakin elə hallar olur ki, nəticələr özünü doğrultmur. Bu halda, idman hərəkətlərini daha da gərginləşdirmək lazımdır???, - deyə Akif müəllim qeyd edir. ???Əzələlərin çəkisi artdıqca, maddələr mübadiləsi yaxşılaşır və heç bir hərəkət etməsən belə, kalorilər tez bir zamanda azalır???. Nəticə!

    Məşqləri ağırlaşdırmaq OLAR
    Hər idman hərəkətini 20 dəfə təkrar etməklə, əvvəlcə yüngülçəkili ağırlıqlar qaldırın. ???Həftədə bir dəfə 40 dəqiqəlik idman səni güclü, davamlı edəcək və əzələlərinin tonusu qalxacaq???, - deyə akademiyanın müəllimi məsləhət görür.

    Gündə idman zalına getmək OLMAZ
    Həddindən artıq idman hərəkətləri zədəyə və müxtəlif xəstəliklərə gətirib çıxarır. Bu, cəzbedici səslənə bilər, lakin unutmamalısan ki, ağır hərəkətlər səni tez bir zamanda bezdirə və nəticədə idmandan əl çəkə bilərsən.

    İstirahət etmək OLAR
    İstirahət bədənin gücünü və əzələləri bərpa edir. Həftədə ən azı iki dəfə istirahət et. Çünki bu yolla sən bədəninin idman hərəkətlərinə yararlılığını artıracaqsan. Sadəcə olaraq, istirahəti şokolad yeməklə
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Gündə 800 kaloridən azad ol...



    Tədqiqatlar göstərib ki, insan gün ərzində 800 kaloridən az qida qəbul etməklə özünü tox hiss edə bilər. 800 kalori itirmək mümkün deyil? Bu, havasız qalmağa bənzəyir? Qəbul etdiyin qidaya bir balaca dəyişiklik etsən, onda bunun mümkün olduğunu görəcəksən. Tədqiqatçıların təqdim etdiyi bəzi qida dəyişiklikləri ilə tanış ol və 800 kaloridən azad ol.


    Yemək əvəzində... Çalış ye...

    Səhər yeməyi
    Pendirli omlet
    (3 ədəd yumurtadan hazırlanmış)
    393 kalori Yumurtanın ağından və yağsız pendirdən hazırlanmış omlet
    293 kalori
    Məsləhət: tərəvəzli omletdə kalori az olsa da,
    tərkibindəkifayət qədər zülal və yağ var. Bu sənin

    toxluğunu təmin edir.
    154 kalori itirəcəksən

    Qəlyanaltı
    2 dilim sosisli
    pizza; salat
    (3 xörəkqaşığı qarnir)
    741 kalori 2 dilim tərəvəzli pizza; salat (2 xörəkqaşığı qarnir)
    460 kalori
    Məsləhət: Pizzanın üstündən çörək yemə, çünki bu,
    əlavə 50 kalori artımına gətirib çıxarır.
    281 kalori itirəcəksən

    Yüngül qəlyanaltı
    Meyvəli yoğurt, 1 stəkan kişmiş
    372 kalori Meyvəli yoğurt; üzüm (1/2 stəkan)
    262 kalori
    Məsləhət: tərkibi şəkər və kalori ilə bol olan quru
    meyvələr əvəzinə, təbii meyvələrə üstünlük ver.
    110 kalori itirəcəksən

    Nahar yeməyi
    Bir tikə qızardılmış ət, kartof, 1 badə qırmızı şərab
    874 kalori 1 ədəd qızardılmış can əti, hisə verilmiş kartof və 1 badə qırmızı şərab
    640 kalori
    Məsləhət: Can ətinə üstünlük verməyə çalış.
    Kartofu yağla yemək əvəzinə isə müxtəlif

    ədviyyatlardan istifadə et.
    234 kalori itirəcəksən

    Desert
    Böyük şokoladlı
    peçenye
    196 kalori Bir ədəd böyükyulaflı peçenye; böyürtkən
    175 kalori
    Məsləhət: Yulaflı peçenye 80 kaloridən azad edir; giləmeyvələr isə liflərlə zəngindir.
    21 kalori itirəcəksən


    İtirilmiş kalori: 800!
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Çox yat... arıq ol


    Heç bir iş görmədən arıq qalmaq mümkündürmü? Bəli! Mütəxəssislərin fikrincə, kifayət qədər yatmaq orqanizmdə çəki artımının qarşısını alır. ???Tədqiqatçılar belə bir nəticə çıxarıblar ki, yuxusuzluq iştahanı artırır, bu da piylənməyə səbəb ola bilər???, dietoloq Hafizə Məlikova bildirir. Kaliforniyanın Stenford Universitetində aparılan müşahidələr, az yatan insanların çəkilərinin çox olduğunu göstərib. Nə üçün? Qısamüddətli yuxu iştahanı artıran qrelin və leptin hormonlarını oyadır və sən daha çox qida qəbul etməyə məcbur olursan. ???Yuxu zamanı orqanizm maddələr mübadiləsi və bir sıra hormonal dəyişikliklərdən keçir, kifayət qədər yuxu almadıqda isə bu proses pozulur???- deyə Hafizə Məlikova vurğulayır. Indi isə get yat - bədənin sənə minnətdar olacaq.

    Süstlüyə yox de!

    Süstlükdən əzab çəkməməyin ən yaxşı yolu hansıdır? Içki içməmək. Bəs ikinci ən yaxşı üsul? ???Qeyri-sağlam həyatda sağlam bələdçi??? kitabının müəllifi Devid Kleytonun təqdim etdiyi üsulları bir-bir yadda saxlamaq.
    Qonaqlığa getməzdən əvvəl...Iki stəkan su iç. Süstlüyün əsas səbəblərindən biri orqanizmdə susuzlaşmadır. Ona gürə də əvvəlcədən bədənini ona lazım olan maye ilə doldur. Qida qəbul et. Qonaqlıqdan əvvəl qəbul etdiyin qida mədəndə uzun müddət qalacaq və alkoqolu canına çəkməyə imkan verməyəcək.

    Içən zaman...Yüngül alkoqola müraciət et. Tünd içkilərin (brendi və ya viski) tərkibində daha çox toksin olur. Bu da növbəti gün başağrısına və ürəkbulanmasına gətrib çıxarır. Red Bul kim kofein qarışıqlarından çəkin. Kofein bədəndə susuzluğu daha da artıra bilər.

    Evə qayıdanda... Özünlə qəlyanaltı götür. Karbohidrat və tərəvəzlə zəngin olan qidalar qanda şəkərin aşağı düşməsinin qarşısını alır.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Aero Bikə



    gözəl bədənə sahib ol

    Artıq cərrahiyyə əməliyyatlarına müraciət etmədən arzuladığın bədən quruluşuna nail ola və sağlam həyat sürə bilərsən. Həftədə 3 dəfə 15 dəqiqə müddətinə məşq etməklə, əldə etdiyin nəticələr səni təəccübləndirəcək.


    PLAN:


    Sağlamlıq nəinki bir insanın, hətta bütün cəmiyyətin misilsiz dəyəridir. Aparılan müşahidələr göstərir ki, gigiyenik qaydalara düzgün riayət etməklə insan 100 yaşa kimi həyat sürə bilər. Idman sinir sisteminin, eyni zamanda, bütün orqanizmin yorğunluğunu aradan qaldırır, çalışqanlığı artırır və sağlamlığın möhkəmlənməsinə kömək olur. Yüngül gimnastika - özündə asan fiziki hərəkətləri birləşdirir, orqanizmin funksional vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Həmçinin, gimnastika ayrı-ayrı peşələrdə işləyən insanlarda spesifik əmək şəraitində yarana biləcək xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Uzun müddət oturaq yerdə vaxt keçirən adamın orqanizmində maddələr mübadiləsi, qamət, qan dövranı pisləşir, əzələlər zəifləyir. Idman hərəkətlərini açıq havada etdikdə orqanizm soyuqdəyməyə qarşı davamlı olur. Xanımlarımızın istəyini nəzərə alaraq, Aysel onlara ev şəraitində gözəl bədənə sahib olmağın yollarını öyrədir. Bu yolla siz həm qamətli, həm də pulunuza qənaət etmiş olursunuz.

    1. Ayaq hərəkətləri
    (Baldırların üst və alt əzələlərini tonuslaşdırır)

    Arxasıüstə uzan. Dabanları birləşdir və ayaqlarını elə qaldır ki, çiyinlərinə paralel olsun. Əllər başının arxasında olmalı və baş bir az qadırılmalıdır. Sonra ayağın birini olduğu kimi saxlayıb, daban yerə toxunmamaq şərti ilə digər ayağı aşağı sal. Eyni hərəkəti o biri ayaqla da et. Hərəkətlər hər ayaq üçün 20 dəfə edilməlidir.
    Bir həftədən sonra 25 dəfəyə keçmək olar. Nəticədə, baldırların üst və alt əzələləri möhkəmlənir, ayaqlarda qan dövranı yaxşılaşır.





    Nəfəsalma (qol və yan əzələlərini tonuslaşdırır) Dizləri qatlanmış şəkildə yerdə uzan. Ayaqlarını omba enində arala. Əllərini düz, ovuclarını isə bədəndən aralıda saxla. Sonra əllərini yerə sıxaraq, yanını bacardıqca yuxarı qaldırmağa çalış. Hərəkəti 20-25 dəfə təkrar et. Nəticədə, qollarda qan dövranı yaxşılaşır, yan əzələlər bərkiyir,
    tənəffüs tənzimlənir.

    Dartılma (Yan, baldır, omba, qarın əzələlərini tonuslaşdırır)
    Arxasıüstə uzan. Sonra ayağının birini 90 dərəcəli bucaq altında qaldırıb saxla və bədəninin yuxarı hissəsini qaldıraraq əllərinlə ayağını tut. Bu hərəkəti hər ayaq üçün 20-25 dəfə etmək
    lazımdır. Bir həftədən sonra hərəkətləri 30 dəfəyə qaldırmaq olar. Nəticədə ayaqlar dartılır,
    qarnın yuxarı və aşağı əzələləri hərəkətə gəlməklə bərkiyir, omba və yan hissələr tonuslaşır.

    Avarçəkmə (çiyinləri, qolları, baldırın üst və alt hissəsini tonuslaşdırır)
    A. Belini düz tut və ayaqlarını gərginləşdirərək yerdə otur. Dabanlarını V hərfi şəklində birləşdir və ayaq barmaqlarını bir az aralı saxla. Əllərinlə yumruq et, dirsəklərini arala, yumruqları sinə tərəfə yönəldib birləşdir. Sonra arxaya əyil (bel axıra kimi arxaya əyilməməlidir). Bu zaman qarın, qol, baldırın üst və alt əzələlərinin necə gərginləşdiyini hiss edəcəksən.
    B. Həmin vəziyyətdə qollarını aç və arxaya doğru yönəlt. Ovucun tavana paralel olmalıdır. Nəfəsini burax və qolların arxada olmaqla dizlərinə tərəf irəli əyil. Baş dizlərə
    toxunmalıdır. Ayaqlar isə düz olmalıdır. Həmin vəziyyətdə qalaraq, qollarını irəli çəkib ayaq barmaqlarına toxundur. Çalış, çiyinlərin qulaqlarına dəyməsin. Sonra əvvəlki vəziyyətə qayıt. Bu hərəkəti 10 dəfə təkrarlamaq lazımdır.

    Mişar (çiyin, qol və qarın əzələlərini tonuslaşdırır)
    Belini düz tutub otur. Ayaqlarını bir az arala. Sonra, sol qol arxada uzadılmış şəkildə olmaq şərti ilə, sağ qolu uzadıb sol ayaq tərəfə yönəlt. Bu zaman qarın özünə çəkilməlidir. Elə bir hiss yaranmalıdır ki, sanki belini kəndirlə bağlayıblar. Dörd saniyə bu halda qal. Sonra
    əvvəlki vəziyyətə qayıdıb, eyni hərəkəti digər qolla təkrar et.
    Hərəkəti hər qol üçün 5 dəfə etmək lazımdır.

    Uzunadartılma (çiyin, qol, baldırın üst, döş əzələlərini tonuslaşdırır)
    Iki əl və iki ayaq üstə dayan. Əllər çiynin altında olmalıdır. Sonra dabanlarını yerdən ayıraraq, barmaqlarının ucunda dayan. Elə et ki, bədənin əyilməsin. Yenidən əvvəlki
    vəziyyətə qayıt. Bir neçə saniyədən sonra hərəkəti təkrar et. Hərəkət əvvəlcə 5, sonra 10 dəfə edilməlidir.

    Sinənin genişlənməsi (kürək, çiyin və qol əzələlərini tonuslaşdırır və qaməti
    mükəmməlləşdirir)

    A. Dizüstə otur (dizlər çiyinlə eyni səviyyədə olmalıdır). Qol əzələlərini sıxaraq, onları sinə səviyyəsində irəliyə çək. Ovuc döşəməyə tərəf olmalıdır (şəkildə göstərildiyi kimi). Sonra qolları astaca aşağı salmaq lazımdır.
    B. Nəfəsini saxla, başını astaca sağa çevir, sonra əvvəlki vəziyyətə qaytar; eyni hərəkəti sol tərəflə et. Qollar düz, arxada olmalıdır. Hərəkəti 15-20 dəfə et.

    Su pərisi (qol və bel əzələlərini möhkəmləndirir)
    A. Yan tərəfində otur, ayaqlarını bədəninə tərəf yığ; topuğunu sol əllə saxla. Sağ qolunu başın üzərindən keçirərək sol qulağına toxundur (şəkildəki kimi).
    B. Əvvəlki vəziyyətə qayıtdıqdan sonra, sağ əlini döşəməyə qoy; sol əlini isə başının üzərindən sağa döğru yönəlt (bu zaman əl qulağa dəyməməlidir). Hərəkəti 5-10 dəfə et.

    Top (qarın əzələlərini möhkəmləndirir)
    Döşəmədə oturub ayaqlarını sinənə doğru yığ; əllərinlə topuğundan tut və ayaqlarını döşəmədən arala. Çənəni sinənə yapışdır (şəkildə göstərildiyi kimi). Sonra əllərini buraxıb ayaqlarını düz et və havada bir neçə saniyə bu vəziyyətdə dayan. Yenidən əvvəlki vəziyyətə qayıt və hərəkəti təkrar et. Bu hərəkət 8-10 dəfə edilməlidir.







    Ayaqüstədurma (yan və baldır əzələlərini tonuslaşdırır)
    Ayaqlarını birləşdirib dayan. Elə dayan ki, dabanlar bitişik, barmaqlar isə bir az aralı olsun; sol qolu, dirsəyi bir az əyib özünə tərəf yönəlt, belini düz saxla. Tarazlığı saxlamaq üçün əlini dayağa dirəyə bilərsən. Sonra sol ayağını bir addım arxaya verib, bir az yuxarı qaldır. Bu vəziyyətdə bir neçə saniyə dayanıb, əvvəlki vəziyyətə qayıt. Eyni hərəkəti sağ ayaqla da təkrar et. Hərəkət hər ayaq üçün 10-15 dəfə edilməlidir.


    Oturaq işdə çalışan xanımlar üçün idman


    Bu hərəkətləri etmək üçün idman zalına getməyə ehtiyac yoxdur. Onları elə oturduğun otaqda edə bilərsən.
    Stulda otur və əllərinlə ona söykən. Dartılaraq pəncəüstünə qalx, əllərini yuxarı qaldır və nəfəs al. Əvvəlki vəziyyətə qayıdaraq nəfəsini ver.
    Hərəkəti 3-4 dəfə təkrar et.
    Əllərini stulun belinə söykəyərək yanında dayan. Bir ayağını arxaya uzat və əllərini qırağa çəkib nəfəs al, əvvəlki vəziyyətə qayıtdıqda nəfəsini ver.
    Hərəkəti 3-4 dəfə təkrar et.
    Stulun belindən tutaraq sallağı oturub nəfəs al. Əvvəlki vəziyyətə qayıdaraq nəfəsini ver.
    Hərəkəti 4-5 dəfə təkrar et.
    Oturaq vəziyyətdə stuldan tutaraq, ayaqlarını bir az yuxarı qaldır. Sonra isə ayaqlarını aşağı istiqamətdə hərəkət etdir. Tənəffüs sərbəstdir.
    Hərəkəti 6-8 dəfə təkrar et.
    Oturaq vəziyyətdə stuldan tutaraq, ayaqlarını irəli uzat. Sonra əllərini yana və yuxarı qaldırıb nəfəs al. Əvvəlki vəziyyətə qayıtdıqda nəfəsini ver.
    Hərəkəti 3-4 dəfə təkrar et.
    Stulun yanında dayan. Sol əlinlə stulun belindən tut. Sağ ayağını yana dartaraq, sağ əlini irəli qaldır və nəfəs al. Əvvəlki vəziyyətə qayıtdıqda, nəfəsi ver. Eyni hərəkəti sol ayaq və əllə təkrar et. Hərəkətlər hər tərəf üçün 5-6 dəfə edilməlidir.
    Unutma: hərəkətləri hər gün təkrar et.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Yeyərsən ətdən, işlərsən bərkdən



    Bəli, artıq hamburgerdən kökəlmək qorxusu yoxdur.
    Səhv: Dünən bir neçə ədəd siqaret çəkmisən
    Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, siqaretin tüstüsü ağ ciyərlərə və ürəyə ziyan vura bilər. Arteriyanı daraltmağa və qan təzyiqini yüksəltməyə bir ədəd siqaret kifayətdir. Norveçdə aparılan tədqiqatlar göstərib ki, gündə dörd ədəd siqaret çəkməklə asanlıqla ürək və ağ ciyər xəstəliklərinə tutulmaq olar.
    Həlli: Bu adəti tərgitməlisən - orqanizmin buna layiqdir. Arabir vitamin C qəbul et. Kaliforniya Sağlamlıq Universitetində aparılan tədqiqatlar göstərib ki, giləmeyvələrdə və tərəvəzdə olan vitaminlər (gündə 500 milliqram) ürək-damar xəstəliklərinin tamamilə qarşısını almağa qadirdir. Vitamin C siqaret tüstüsünün vurduğu ziyanı tam şəkildə aradan qaldıra bilmir. Lakin müxtəlif antioksidantlarla zəngin olan meyvə və tərəvəz qəbulu orqanizmə ziyanın qarşısını almağa qadirdir.

    Səhv: İkimərtəbəli çizburger və çox böyük həcmdə qızardılmış kartof yemisən
    Baxmayaraq ki ilk görüntüdən bu növ qidalar tutumlu görünür, əslində, onlar insan orqanizminin zəifləməsinə gətirib çıxarır. Aparılan son tədqiqatlar göstərib ki, yüksək yağlılığa malik olan qidalar arteriyaya ziyan vuran piyin 81% artmasına imkan yaradır; nəticədə bir neçə saatdan sonra orqanizmdə piylənmə prosesi başlayır.
    Həlli: Qidanı qəbul etdikdən bir neçə saat sonra ya qaçışla, ya da idman zalında idmanla məşğul ol. İdman hərəkətləri damarları yüngülləşdirir, qan dövranını yaxşılaşdırır və ürəyin sağlamlığını artırır. Müntəzəm məşqlər qan təzyiqinin, xolesterolun və triqliseridin (piy) səviyyəsini aşağı salır və arteriyadan lazımsız piyləri aradan qaldıran faydalı xolesterolu artırır.


    Səhv: Səhər qaçışlarını təxirə salmalı oldun
    Bir neçə gün idmanla məşğul olmamaq bədənini tənbəlləşdirə bilər, lakin ən pisi özünü
    günahkar hiss etməkdir.
    Həlli: Özünü çox qınamağa dəyməz. İdman hərəkətlərinə qısa fasilə vermək ziyana səbəb ola bilməz. Üstəlik, bu səni fiziki və əqli cəhətdən yenidən bərpa edir. Sadəcə olaraq, hiss etdikdə ki əzələlərin boşalır və tənbəllik hissi yaranmağa başlayır, onda yenidən idman hərəkətlərinə qayıt. Bununla da sən 10 gün ərzində əvvəlki formana qayıda bilərsən.

    Səhv: Qoruyucudan istifadə etmədin
    Diqqətli ol. Bu, planlanşdırılmamış hamiləliyə, eyni zamanda, qan vasitəsilə yoluxa biləcək arzuolunmaz xəstəliklərə gətirib çıxara bilər.
    Həlli: Böhran vəziyyəti üçün nəzərdə tutulmuş dərmanlardan istifadə et. Bu cür qorunma vasitələri qoruyucusuz sekslə məşğul olduğun zaman 24 saat ərzində 94%, 72 saat ərzində isə 89% effektiv olur. Lakin bu dərmanlarıın orqanizmdə harmonal dəyişiklik yarada biləcəyini unutmaq olmaz. Ona görə də hər hansı bir qoruyucu dərmanı qəbul etməmişdən öncə, şəxsi həkiminlə məsləhətləş. Verilən təlimatlara əməl etdikdən sonra, ginekoloquna baş çək.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Miami diyeti
    09 Mrt,2007


    Ses ver :
    diet qidalanma


    Bildiyiniz kimi bir neçe cür diyet növü var.Amma diyetler hamıya eyni cür tesir etmir ve ya diyete hamı eyni cür emele etmir.
    Diyetin de qaydaları var.Diyet tutan qadın heç vaxt ac qalmamalıdır.Ac qalaraq arıqlayan qadınlar ne qeder tez arıqlayırlarsa o qeder tez de kökelirler.Çünki beden siz ac olduğunuz zaman beden ele fikirleşir ki, yemeye heç ne yoxdur.Bununla beden yediyiniz her şeyi yağa çevirib yığmaya çalışır.Siz yemek yemirsiniz ve arıqlayırsınız ve birgün diyeti qurtarıb yemeye başladığınız zaman birden kökelmeye başlayırsınız.Ona göre de en yaxşı diyet enerji miqdarını hesablayaraq olan diyetdir.Bir insana günde 2500 kaloriya lazımdır.Bu miqdarı 1500 kaloriye qeder azaldıb davam eden diyet en yaxşı diyetdir.

    Diyetde idman en vacib şeydir.Çünki ezeleler de zeifleyir bunu düzeltmek üçün idmanla meşğul olmaq lazımdır.

    Bes en yaxşı diyet hansıdır? İndi en meşhur diyet Miami diyetidir.Bu diyetde şeker yoxdur.Yeni şeker olan erzaqlar yeyilmir.Meselen çörek,kartof,makaron,şiriniyyatlar ve şirin olan her şey.Bedende şeker olmadığı zaman beden şeker axtarır.Bioloğiyadan da yaxşı bilirik ki, yağ ve zülallara şeker lazım olduğu zaman bunları şekere çevirerek istifade edir.Bu diyetde de bedende artıq olan yağlar ve zülallar azalmağa başlayır.Bu o demek deyil ki, diger erzaqlar da azadılmayacaq.Onların miqdarı da azaldılacaq.Çünki artıq yediyiniz bu erzaqlar bedeninizde olan zülalları ve yağları azaltmaq evezine sizin yediyiniz erzaqda olan zülalları ve yağları istifade eder.

    Bu diyetden Hollywood ulduzlarının yeni debidir.Bu diyetle Demi Moore,Bruce Wills,Christina Aquilera ve Madonna kimi ulduzlar istifade edir.

    Diyetle 2 heftede en az 4 kg azaltmaq olar.Unutmayın ki, bu diyetle keyfiyyetli arıqlayırsınız.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Gecənin bir aləmində acmaq mütəmadi hal alıb. Hər gecə mətbəxdə soyuducunun qarşısında diz çökərək yeməli bir şey axtarırsan.
    Qarınqululuğun səni utandırır. Bir yandan da kökəlməkdən qorxursan. Az yeyərək mədəni aldatmağa çalışırsan. Lakin doyma siqnalının mədəyə çatması hələ uzaq görünür. Səhərisi, bütün günü hərəkətdə olursan ki, gecə bədənə ötürdüyün kaloriləri yandırasan. Narahatçılığa ehtiyac yoxdur. Rahat nəfəs al və məsləhətlərimizə qulaq as.

    Həzm prosesi ilə bağlı maraqlı bir faktı nəzərinə çatdıraq. Əslində, insan orqanizmi gecə yatarkən də fəaliyyətini davam etdirir. Ürək döyünür, qan dövran edir, ciyərlər nəfəs alır, beyin isə daha çox işləyir. Günün müəyyən vaxtından asılı olaraq tükənmiş kalorinin bədəndə yığılıb qalması fikri səni qorxutmasın. Məsələn, eyni qidanın 6-da, ya da 8-də tükənməsi heç nəyi dəyişməyəcək. Çünki yeməyin kalorisi eyni olaraq qalır. Önəmli olan hər saat deyil, həftə, ay, ya da uzun müddət ərzində sərf etdiyin eneryinin miqdarına nəzarət etməkdir. Yığılıb qalmış kalorilər gecə ya da gündüz alınmasından asılı olmayaraq, müəyyən vaxtdan sonra artıq çəkiyə çevrilir.

    Səbəbi?
    Gəl aydınlaşdıraq. Bunun əsasən bir neçə səbəbi var. Adətən, buna reyimsiz qida qəbulu səbəb olur. Məsələn, bütöv gün ərzində yeməyi vaxtlı-vaxtında yemirsən və yeyəndə də qidanın həcminə baxmadan necə gəldi, nə gəldi mədənə ötürürsən. Növbəti dəfə belə etdikdə, çalış ayaqüstü qəlyanaltıların heç də sağlam seçim olmadığını xatırlayasan. Unutma ki, belə reyimsiz qida qəbulu həzm prosesinin pozulmasına və gənc yaşda qastrit probleminin yaranmasına səbəb ola bilər. Belə halda yağsız və karbohidratsız qida qəbul etməyə və yediyinin miqdarına nəzarət etməyə çalış. Digər problemin səbəbi isə sözün əsl mənasında qarınqululuğun ola bilər. Çalış öz nəfsini tərbiyə et, çünki artıq və tox qarına yeyilmiş çips, şirniyyat, dondurma və ya pizza çəki artımına yol aça bilər.
    Diqqətli ol, vaxtlı-vaxtında və tutumlu yeməyinə baxmayaraq, mədəndə sıyrılma halları tez-tez baş verirsə, deməli, nasazlıq var. Yaxşısı budur, ən yaxın zamanda həkimə müraciət et. Yoxsa köklükdən və həzm problemlərindən qaça bilməzsən.

    Məsləhət
    Bədəninin sağlam olmasını istəyirsənsə, yediyin qida bədənini qane edəcək qədər zəngin olmalıdır. Qida rasionuna bol vitaminlər, minerallarlar, karbohidratlar və zülallarla yanaşı, müəyyən miqdar bitki yağları daxil edilməlidir. Soğan,pomidor, sarmısaq,yerkökü, lobya, sitrus bitkiləri, meyvə və tərəvəzlərdə olan fitokimyəvi elementləri unutmaq olmaz. Sağlam və möhkəm bədənə sahib olmağın əsas şərti budur: sağlam qidalanmaq və gün ərzində yediyiləndən çox eneryi sərf etmək. Bədən və orqanların normal fəaliyyəti üçün gərəkli maddələr:

    Karbohidratlar
    Dənli bitkilərdə, meyvə və tərəvəzlərdə mövcuddur. Baş və onurğa beyinin fəaliyyəti üçün önəmli yanacaqdır.

    Zülallar
    Süd, ət məhsullarında və yumurtada mövcuddur. Orqanizmin inkişafı və özünübərpa prosesləri üçün vacibdir. Hormon və enzimlərin yaranmasında iştirak edir, əzələ qatını bərpa edir və saç və dırnaqların möhkəmlənməsinə səbəb olur.

    Yağlar
    Süd, ət və bitki məhsullarında bol olur. A, D, E, və K vitaminlərinin sorulmasında iştirak edir. Hormonların sintezində, hüceyrələrin bərpasında rol oynayır. Vitaminlər və minerallar Müxtəlif kimyəvi reaksiyalarda iştirak edirlər.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Sayfa 1/3 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.