Sayfa 2/3 İlkİlk 123 SonSon
23 sonuçtan 11 ile 20 arası

Pehriz

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    İdman növləri orqanizmə və yaşa uyğun seçilməlidir.
    İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir. Həm də elə etmək lazımdır ki, idman dərslə üst-üstə düşməsin. Bir də idman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. Bu da, şübhəsiz ki, həkimin məsləhəti ilə mümkündür. Uşaq idmanla məşğul olmazdan əvvəl tibbi müayinədən keçməlidir və bununla da onun məşğul olacağı idman növü müəyyənləşdirilməlidir. Sümük və boy baxımından zəif olanlar travmatik idmanlara başlayarlarsa, həm fiziki, həm də psixoloji problemlərlə üzləşə bilərlər.
    İdmanla məşğul olan uşaqlar ildə iki dəfə sümüklərin düzgün inkişafı və boy artımına görə müayinə olunmalıdırlar. Xüsusilə, üzmə ilə 5, gimnastika, tennis, konkisürmə, atminmə kimi idman növləri ilə 7-8 yaş arasında olan uşaqların məşğul olmaları məsləhət görülür. Futbol, basketbol, voleybol, həndbol kimi ağır və travmatik idman növləri ilə inkişafı normal olan 9-11 yaş arasında uşaqların məşğul olmaları məqsədəuyğundur.
    İdmana başlamazdan əvvəl daha nələr nəzərə alınmalıdır: - əzələ-skelet sistemi;
    - nəfəs yolları (ağciyərin funksiyası testləri ilə);
    - görmə və eşitmə orqanları (görmə tənbəlliyinə, eşitmə zəifliyinə diqqət yetirilməlidir);
    - biokimyəvi dəyərləndirmə (qandakı kalsiumun, fosforun, yodun, maqneziumun, xlorun və s. miqdarı, oksigenin normallığı);
    - psixoloji vəziyyəti, bədən kütləsi və s.
    İdman mütəxəssisləri yuxarıda sadalananların nəticəsinə əsasən, aşağıdakıları nəzərə almalıdırlar:
    - bədənin müqavimətini;
    - məşqetmə qabiliyyətini;
    - reaksiya qabiliyyətini;
    - qüvvə və diqqəti...
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Balıq və ət məhsullarını uzun müddət saxlamaq istəyirsinizsə, alüminium folqaya bükə və soyuducunun buz yerinə qoya bilərsiniz.
    * Buzunu açdığınız qidanı bir daha dondurmayın.
    * Bişmiş sousluq ətləri soyuducunun buz yerində saxlayın.
    * Soyuducunu çox doldurmayın. Çünki çox dolu soyuducuda hava normal dövr etmədiyi üçün qidaları yaxşı soyuda bilmir.
    * Meyvə-tərəvəzlərin rənglərini itirməməsi üçün soyuducunun meyvə-tərəvəz hissəsinə yerləşdirin.
    * Cəfəri və şüyüd kimi göyərtiləri doğrayarkən taxtanı islatmağı unutmayın, çünki quru taxta göyərtilərin suyunu özünə çəkir.
    * Şüyüdün toz halına gətirilən toxumları kekslərdə, biskvitlərdə və bəzi kremlərdə istifadə edilir.
    * Cəfəri və buna bənzər göyərtilər saralarsa, əvvəlcə, təmizləyin, sonra su ilə dolu stəkana saplaq tərəfindən yerləşdirib, soyuducuya qoyun.
    * Cəfərini soyuq suda deyil, isti suda yusanız, daha yaxşı doğranar.
    * Bıçaqdakı soğan qoxusunu nanə yarpağı ilə ovaraq apara bilərsiniz.
    * Soğanları nazik-nazik doğrayın və bir neçə saat limon suyunda və ya zeytun yağında saxlayın, sonra süzərək çıxarın. Belə etsəniz, həmin soğanlardan istifadə etdikdə yeməklər daha ləzzətli olar.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    İnanın ki, faydalarını saymaqla qurtaran deyil. Əsasən də soyuq aylarda bu bitkinin süfrələrdə yeri daha çox görünür. Yulaf orqanizmi saflaşdırır, gümrahlıq yaradır, orqanizmdəki yaşlı hüceyrələrin təzələnməsinə kömək edir. Eyni zamanda, hamilə qadınlar, soyuq havada daha çox üşüyənlər, xəstəliyə qarşı həssas olan azyaşlılar, yeniyetmələr, idmançılar üçün zəngin enerji qaynağıdır.
    Yulaf çox dərdin dərmanıdır. Protein, lif, mineral duzlar, vitaminlərlə zəngin olan bu məhsul həm də orqanizmdəki zəhərli maddələrin xaric edilməsinə kömək göstərir.
    Səhərlər süddə bişmiş yulaf əzməsi yesəniz, bu, sizin gün ərzində enerjili olmağınıza kömək edər.
    Bu bitki kosmetik baxımdan da yararlıdır. Belə ki, ondan hazırlanmış unla dəriniz üçün yağlı krem hazırlaya bilərsiniz.
    Yulaf həmçinin kalorisi yüksək olan taxıl növüdür - 100 qramında 390 kalori var. Yulaf mineral baxımından da çox zəngindir - 100 qramında 53 mq kalsium, 405 mq fosfor, 4,5 mq dəmir və 268 mq kalium var. Eyni zamanda maqnezium ehtiyatına malikdir. Orqanizmdə xolesterolun yüksəlməsinin, qandakı yağlanmanın qarşısını alır, zehni yorğunluğu aradan qaldırır.
    Yulaf iltihablı xəstəliklərin dərmanıdır. İstər isti südə əlavə edib içmək, istərsə də xəşil halında (1 stəkan yulaf ununu 2 stəkan suda əridib vam odda bişirin. İlıq halda iltihablı hissəyə vurub, üzərini xovlu dəsmalla örtün) hazırlayıb, xəstə olan hissəyə qoyun. Laringit və faringit kimi boğaz ağrıları, nəfəs yolu xəstəlikləri, həmçinin bronxit zamanı faydalıdır. Bu bitki mədənin dərmanı olmaqla yanaşı, bəlğəmgətirici, öskürəkkəsici xassəyə də malikdir. Yulaf çayı hazırlamaq üçün bir çimdik yulaf dənəsini bir fincan qaynar suya əlavə edib, 20 dəqiqə saxladıqdan sonra süzüb, bal qataraq için.
    Qısası, sağlamlığınızı qoruyub saxlamaq istəyirsinizsə, yulafdan istifadə edin.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #14
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Qocalıq prosesini tamamilə saxlamaq mümkürı deyil. Ancaq bu prosesi müxtəlif yollarla müəyyən müddət saxlamaq mümkündür.
    Sağlam həyat tərzi sürmək, alkoqoldan və siqaretdən imtina etmək, dəniz kənarında yaşamaq, torpaqda işləmək (bağçılıqla, bostançılıqia məşğul olmaq) cavan qalmağın yollanndan biridir. Çox zaman insanlar işə və istirahətə düzgün vaxt ayırmırlar. İş və istirahət vaxtı qətiyyətli şəkildə müəyyən edilməlidir. Fiziki hərəkətlər edilməli, cinsi sağlamlıq qorunmalıdır. Vacib amillərdən biri də normal yuxunun olmasıdır. Normaya görə, gecə saat 10-dan gec olmayaraq yatmaq lazımdır. İnsan yaşlandıqca müxtəlif şərtlər altında yaşamalıdır. Belə ki, həyat tərzinə xiisusi diqqət vermək lazımdır. Hər şeyi qəbul etmək arzuolunmazdır. Bəzi hallarda insanlar düşünür ki, sərhədsiz istirahət etmək faydalıdır. Ancaq bu, belə deyil. Bəzi hallarda uzunmüddətli İstirahətlər orqanizmdə bir çox xəstəliklərin meydana çıxmasına səbəb olur. Yaşlandıqca qida rasionunda dəyişikliklər etmək lazımdır. Daha çox bitki yağlarında südlü qidalardan istifadə etmək, ət və iç yağlanm qida rasionundan çıxarmaq lazımdır. Həftədə bir dəfə imalə etmək məsləhət görülür. O cümlədən nanə və çobanyastıcı çaylanndan istifadə faydalıdır. Ayaqları sağlam saxlamaq üçün xanınıalara məsləhət görülür ki, hündürdaban ayaqqabıdan, gözəl olan neylon və ipək corablanndan istifadə etməsinlər. Sağlam və rahat olmaq üçün pambıq corablardan istifadə etmək məsləhət görülür. Əgər siz yorğunsunuzsa, ayaqları 10 dəqiqə dəniz duzu ilə vanna edərək ayaqların altına bir neçə bahş qoyaraq uzanmaq orqanizmin və ayaqların yorğunluğunu götürür. Əgər ayaqlarda ağrı varsa, bir stəkan zeytun yağına 1 çay qaşığı duz əlavə edərək məhlul halına gətirilir və ağrı olan sahəlor bu məhlulla silinir. Sizə təqdim ctdiyimİz resept cavanlaşma üçün en ideal vasitədir. Bu metod orqanizmi yağlardan azad edir, məlum pozuntuların qarşısmı alır, maddələr mübadiləsini yaxşılaşdınr. İnfarkt, stenokardiya, skleroz, iflic, şişlərin əmələ gəlməsinin, başda küyün qarşısını alır, görməni yaxşılaşdırır və beİəliklə, orqanizmi cavaniaşdırır. 350 qram sarımsaq təmizlənərək saxsı qabda əzilir, sonra 200 qram spirt əlavə olunaraq qarışdınlır. Məhlul saxsı qabda ağzı möhkəm bağlanılaraq qaranlıq yerdə on gün saxlanılır. Sonra tənzifden iki-üç dəfə ardıcıl süzülür. Hər gün 50 qram soyuq südə dəyişən miqdarda qatışdırılaraq qəbul edilir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Çikaqoda yerləşən Dad və Qoxu Tədqiqat Fondunun direktoru nevropatoloq və psixiatr Alan Hirş hesab edir ki, insanların həddən artıq çəki yığması qidanın televizoru seyr edərkən qəbulunun nəticəsidir.
    Həkim bildirir ki, proqramın hansı tipə mənsub olmasından da çox şey asılıdır. Belə ki, proqramın əyləncə dərəcəsinin artması ilə qəbul edilən yeməyin çəkisi də çoxalır. Belə qənaətə Hirş 45 könüllü üzərində apardığı eksperimentlərin nəticəsini əldə etdikdən sonra gəlib. Əsas məqsəd televizora baxarkən insanların dad və qoxuya nə dərəcədə həssas olmalarını üzə çıxarmaq, həmçinin qidaya nisbətdə onların davranışını müəyyənləşdirməkdən ibarət idi. Maraqlıdır, televizora baxan şəxslər adi halda qəbul etdiklərindən təqribən 40-45 faiz artıq yeyirlər. Bu isə belə qənaətə gəlməyə əsas verir: yalnız yeməklə məşğul olan şəxs dad və qoxulara, həmçinin orqanizminin tələblərinə daha diqqətli olur. Artıq çəkidən azad olmaq istəyənlərə Hirş süfrə arxasında əyləşərkən dad və qoxulara ciddi fikir verməyi məsləhət görür.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Fast food»-kökəlməyin səbəbi
    Gün ərzində normal nahar etməyənlərin sonradan köklükdən şikayətlənməsi qəribə görünə bilər.
    Amma, sən demə bunun da öz səbəbləri var. İngilislərin sözü ilə desək, bunun səbəblərindən biri də məhz «fast food»lar, yəni ayaqüstü yeyilən yeməklərdir.

    «Fast food»lar ayaq üstə - hərəkətdə yeyilməsinə baxmayaraq, yenə də o öz işini görür və nəticədə artıq çəki problemi yaranır. Buna görə də təəccüblü deyil ki, dünyanın ən çox şişman adamları da, «fast food»ların vətənindən - yəni Qərb ölkələrindədir.

    Bakıda həmsöhbət olduğum sakinlərin əksəriyyəti isə, Qərbdən gəlmiş «tez-bazar» yeməklərə o qədər də meyl göstərmirlər: «Hərdən-bir dönər yeyirəm. Amma, elə yerlər var ki, yaxşıdır, eləsi də var pis», «Bir dəfə yemişəm, 2-3 il bundan qabaq. Məncə o mikrob mənbəyidir», «Ətin sanitar qaydalara cavab verib-verməməsi barədə şübhəm var. Ona görə də almıram».

    Həkim Zeyqəm Süleymanov isə deyir ki, hazır yeməklər-«fast food»lar insan orqanizminə bir o qədər də ziyan deyil. Əsas odur ki, gündəlik qidalanma onların üzərində qurulmasın. Həkimin fikrincə, əsas narahatçılıq məhz bundan sonra başlayır.

    «Əgər həftədə 2-3 dəfə yeyilərsə heç bir zərər verməz. Əgər qida rejimi onun üzərində qurularsa, gündə bir neçə dəfə istifadə olunarsa, bu şişmanlığa gətirir. Çünki onlar ədviyyatdan çox istifadə etdiklərinə görə, adamda bir vərdiş yaranır».

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə «fast food»ların bütün dünyada istehlakçıların hüquqlarını pozduğunu deyir: «Fast food» sistemində birmənalı olaraq genetik dəyişilmiş mallar satılır. Ketçuplar, kartof qızartmaları və bir sıra yeməklər modifikasiya olunmuş ərzaqlar hesab olunur».

    Bakının dönər dükanlarının birindən isə bildirdilər ki, onların gün ərzində 300-dən çox müştərisi olur. Alıcılar bir qayda olaraq, mal ətindən hazırlanan dönərlərə üstünlük verirlər.

    Amerikanın «Forbes» jurnalı keçən il 194 ölkə arasında artıq çəkililəri araşdırarkən müəyyən edib ki, Azərbaycan əhalisinin təqribən 57 faizindən çoxunda çəki normadan artıqdır.

    Ekspertlərin fikrincə, isə buna səbəb az fiziki hərəkət və stressli işlə yanaşı, həm də «fast food»-lar imiş.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  7. #17
    Senior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    Sensizliğin sokağından...
    Mesajlar
    657
    Kok olmaq pis seydiii..mend ehergun idman edirem bir oglan olaraq...Qizlarda idman etmeli....

  8. #18
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Mesajlar
    756
    MENCEDE İDMAN ELEMELIYIZ VE AZ AZ YEMELIYIZ,AXŞAM 6 DAN SONRADA YEMEMELIYİZ
    [

  9. #19
    Senior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    Sensizliğin sokağından...
    Mesajlar
    657
    Alıntı leila Nickli Üyeden Alıntı
    MENCEDE İDMAN ELEMELIYIZ VE AZ AZ YEMELIYIZ,AXŞAM 6 DAN SONRADA YEMEMELIYİZ
    axsam yemek olmasa nece olar bes Leila Sagligimiz ucun zereli olar sonra 6 dan sonra yemek yememek

  10. #20
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Alıntı leila Nickli Üyeden Alıntı
    MENCEDE İDMAN ELEMELIYIZ VE AZ AZ YEMELIYIZ,AXŞAM 6 DAN SONRADA YEMEMELIYİZ
    Axşam 6'dan sonra yemek yemesem ben ölürüm
    [
    Ya da
    [

Sayfa 2/3 İlkİlk 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.