Su insan həyatında böyük rol oynayır,insan hüceyrələrinin 80%-i sudan ibarətdir və ona görə də su idman növləri əhəmiyyətlidir.Üzgücülük insanın aktivliyini artırır.Tənəffüs sistemi üçün faydaları:suyun təzyiqi nəfəsalmanı çətinləşdirir,nəfəsvermədə tənəffüs əzələlərinə yük çox düşür və nəticədə tənəffüs avtomatizmi yaranır ,tənəffüs sikli qısalır,tənəffüs tezliyi və həcmi artır.Ağciyərlərin həyat tutumu və ventilyasiyası yaxşılaşır.Bu zaman tənəffüz əzələri yaxşı inkişaf edir.

Üzməyə insan çox enerji sərf edir,orqanizmdə xüsusi tənəffüs avtomatizmi,ayrı-ayrı əzələ qruplarının üzmədə aktiv işləməsi, bütün əzələlərin gücünün artmasına səbəb oiur,ürək əzələsinin işini rahatladır.

Üzgüçülük qanın elementlərinin:leykosit,eritrosit,hemoqlabini normaya gətirə bilir.1-2 saatdan sonra qanın tərkibi normaya düşə bilər.Amerika mütəxəssisi Kennet Kuperin fikrincə bədənin bütün əzələlərini işə cəlb edən aerob yüklənmədir.

Amerika Su fitnesi assosiasiyasına görə üzməyin əhəmiyyəti :

Üzmək - Bədənin müqavimətini artırır

Üzmək - Bədən qamətini dik və qəşəng edir

Üzmək - Qan dövranını aktivləşdirir,ürək optimal işləyir,durğunluğu aradan qaldırır

Üzmək - Əzələ və oynaq travmalarında bərpaedici müalicə kimi

Üzmək - Bədəni optimal şəkidə saxlayır

Üzmək - Sinir gərginliyini azaldır

Üzmək - İş qabiliyyətini artırır,ruh yüksəkliyi verir.

Beynəlxalq həvəskar üzgüçlər federasiyası 1971-ci ildə südəmər uşaqlarin möhkəmləndirilməsində üzgüçülüyün rolunu böyük sayıb və onu sağlamlaşdırma vasitəsi kimi məsləhət görüb.