Qida dəyəri və kalorisi yüksək olan noxud nişasta, azot, B vitamini, dəmir, kalsium, fosfat və fosfor kimi minerallarla zəngindir. 100 qram noxudda 360 kalori, təxminən 20 qram bitki mənşəli zülal, 5 qram yağ və 61 qram karbohidrat var. Həmçinin noxud bədəni qüvvətləndirir, zehni yorğunluğu aradan qaldırır, iştahanı açır, mədəni qüvvətləndirir, bağırsaqları yumşaldır, ana südünü artırır, damar tutulmalarının qarşısını alır, öskürəyi kəsir. Noxud orqanizmi xərçəng xəstəliyindən qoruyur.