Gözətrafı qulluq çox əhəmiyyətlidir. Gözlərin küncündəki nazik xətlər, altındakı tünd halqalar yaşlanmanın ilk işartılarıdır. Gözlərinizdəki yorğunluğun, qızartıların qarşısını almaq üçün 1 fincan qaynanmış suya 1 qaşıq quru çobanyastığı atın və 20 dəqiqə dəmə qoyduqdan sonra süzün. Pambığı bu suya batırıb, 10 dəqiqə göz qapaqlarınızın üzərində saxlayın. Bir şeyi də deyək ki, hər kremi göz ətrafına vurmaq olmaz. Çünki “səhv bir addım” göz ətrafında erkən yaşlanmaya səbəb ola bilər. Ona görə də daha çox təbii kosmetikalara üstünlük verin.