Tərkibində yüksək miqdarda A vitamini olan razyana dəri üçün çox faydalıdır. Digər tərəfdən, razyana B və C vitaminləri, həmçinin kalsium, kükürd və dəmirlə də zəngindir.

20 qram razyana yarpağını 1 fincan suda qaynadıb süzün. Gözaltı üçün bu sudan yarım stəkan ayırdıqdan sonra qalan suya 1 ədəd yumurtanın sarısını və həmin yumurtanın başqa bir qabda çırpılmış ağını əlavə edib qarışdırın. Bu qarışığı üz və boynunuza çəkib 15 dəqiqə gözləyin. Sonra ilıq su ilə yuyub qurulayın.