Yeməklərdə istifadə edilən zəncəfil kosmetik baxımdan da faydalıdır. Parlaq, təravətli, qırışıqsız dəriyə sahib olmaq üçün zəncəfil təbii vasitələrdən biri sayılır. Zəncəfil çayı ilə üzünüzü silin və sonra nəmləndirici sürtün. Dəriniz parlaq və sağlam olacaq. Zəncəfil çayını içdikdə də dəri təravətli və qırışıqsız olur.

Gümrah görünmək, yaddaşınızı möhkəmləndirmək istəyirsinizsə, zəncəfildən istifadə edin. Bu bitki bronxial astma, dəri və allergik xəstəliklər üçün də yaxşı vasitədir. Zəncəfil çayına limon və bal əlavə etdikdə isə öskürəyi kəsir.

Zəncəfil çayını dəmləmək üçün 1 stəkan qaynar suya 1 çay qaşığı zəncəfil tozu atmaq və dəmləmək kifayətdir. Zəncəfil çayı fiziki və zehni yorğunluqla yanaşı, stresi də aradan qaldırır.