1. Nikotin əvəzinə nikotin- nikotin tərkibli tabletlər,plastırlar, saqqızlar, şirnilər(ledençı)- siqaret tərgitməkdə ən effeqtli üsulardan biridir. Siqaret tüstüsunun tərkibində 100-lərlə zərərli maddələr olmasına baxmayaraq, asılılıq yaradan təkcə nikotindir! Nikotin tərkibli ən məşhur preparat nikorette- dir. Bu preparatın sizə uyğun olan formasını seçməklə, istifadə edə bilərsiniz. Çox effeklidir, əgər insan həqiqətən də siqareti atmağı qarşısına məqsəd qoymusunuzsa!

2. Kompromiss- bu tədricən çəkilən siqaretlərin azaldılmasıdır. Məsələn, əgər siz günə bir qutu papiros çəkirsinizsə, özünüzə bu sxemi tərtib edə bilərsiniz: 1-ci 3 gün ərzində hər gün 1 papiros azaldın. Belə ki, 3 gündən sonra 17 siqaretə çatırsız. Növbəti 3 gün hər günə 2 papiros azaldın. Yəni, siqareti atmağa başladığınız 6-cı gün 11 siqaretdən çox çəkməməlisiz! Növbəti 3 gün 10 papiros çəkin. Sonra hər gün 1 papiros azaltmaqla, 1-2 papirosa qədər azaldın. Sonra ümumiyyətlə, çəkməməyə cəhd edin, dözülməz həddə (hərçənd burda dözülməz bir şey yoxdur).

3. Əvəzləmə - axrıncı papirosu çəkib, bir daha əlinə siqaret götürməyəcəyinə söz verib, fikrini yayındırmaq üçün müxtəli şirniyyat (sorma) növlərindən, saqqızlardan istifadə etmək olar. Həqiqətən də bu bir çox insanlara kömək edir.

4. Siqaret çəkənlərdən mümkün qədər uzaq olun! Siqareti atma mərhələsində bu çox vacibdir. Siqaret çəkən dostlarınıza da siqareti atmağı təklif edərək, özünüzün bu işi başladığınızı deyin, və xahiş edin ki, sizin yanınızada siqaret çəkməsin.

5. Mükafat - Bir aylıq siqaretə xərcəliyiniz pulları toplayaraq ayın sonunda özünüzə söz verdiyiniz mükafatı ala bilərsiniz.

6. Elektron siqaret - bəzi insanlarda fiziki asılılığı ardan qaldırmaq üçün bu üsul da köməkçi ola bilər.

7. Təcrübədən istifadə - ətrafınızda tanışlardan siqareti tərgidənlər varsa, onların təcrübəsindən də yararlana bilərsiniz. Bu həm, mənəvi dəstək, həm də insan da özünə inam da yaratmış olur.

Uğurlar sizlərə ... kimlərəsə köməyimiz dəysə, özümüzü xoşbəxt hiss edərik.


Müəllif: Arif Nuri