3 sonuçtan 1 ile 3 arası

İçdiyimiz suyun içində nə var?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    İçdiyimiz suyun içində nə var?

    Bu yaxınlarda türkiyəli alimin su filtrlərindən keçən suyun insan orqanizmi üçün təhlükəli olması barədə dedikləri Azərbaycanda da suyun keyfiyyəti məsələsini yenidən aktuallaşdırdı. Məlumdur ki, Azərbaycanda da krantdan gələn suyun xlorlu və lilli olması səbəbindən su filtrlərindən istifadə olunur.

    Azərbaycan Su İstehsalçıları Birliyinin (ASİB) sədri Dövlət Məmmədovun məsələ ilə bağlı Anspress-ə verdiyi məlumata görə, ASİB sədri quruma su filtrləri ilə bağlı istehlakçılar tərəfindən şikayətlər də daxil olub.

    Filtr vasitəsilə təmizlənən su ölü su sayılır

    “Məsələ burasındadır ki, filtrlərdən istifadə etdikdən sonra bu qurğuda bakteriyalar yığılır, filtrlərin içi xüsusi avadanlıq vasitəsilə yuyulmadığına görə bura mikroorqanizmlərin mənbəyinə çevrilir. Bu da sonradan insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Respublikamıza gətirilən su filtrlərinin əksəriyyəti Çin istehsalıdır. Bu filtrlər demək olar ki, dünya və Avropa standartlarına cavab vermir. Filtrlər aşağı keyfiyyətli materialdan hazırlanıb. Həmin filtrlərin sertifikatında hansı materialdan hazırlanması haqda məlumat çox vaxt öz əksini tapmır. Ümumiyyətlə, filtrlərdən keçərək təmizlənən su insan orqanizminə zərərlidir. Belə ki, həmin filtr suyun tərkibində orqanizm üçün xeyirli olan mineral maddələri tutaraq saxlayır. Ümumiyyətlə, filtr vasitəsilə təmizlənən su ölü su sayılır. Xarici ölkələrdə filtr vasitəsilə təmizlənən sulara sonradan süni şəkildə mineral maddələr əlavə edildikdən sonra istifadəyə verilir. Onu da qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bəzi şirkətlər bulaq suyu adı altında krant suyunu filtrdən keçirərək qablaşdırıb əhaliyə təqdim edirlər. Demək olar ki, əhaliyə ölü suyu sonradan karbon qazı vuraraq təqdim edirlər”, - deyə ASİB sədri qeyd edib.

    Qeyd edək ki, bir çox ekspertlər isə bu tip xəbərlərin cəmiyyətə müəyyən dərəcədə təsir etmək və mineral su satışının artmasına istiqamətləndiyini düşünürlər. D. Məmmədov isə hesab edir ki, hazırda Azərbaycan mineral su tələbatını tam şəkildə ödəmək qabiliyyətindədir və hətta xarici ölkələrə də mineral su ixrac etmək iqtidarındadır.

    “Avropa ölkələrinə su ixrac etmək perspektivi artıb. Belə ki, Azərbaycan Su İstehsalçıları Birliyi Avropa Su Birliyinə üzv qəbul edilib. Bununla da Azərbaycanda istehsal olunan suları Avropa bazarına çıxarmaq üçün qapı açılmış olub”, - deyə Dövlət Məmmədov bildirib.

    Ekspert Azərbaycanda su sahəsində əsas problemin xaricdən ölkəmizə gətirilən sularla bağlı olduğunu deyir. Onun sözlərinə görə, Rusiya və Ukrayna bazarından satışdan çıxarılan sular əsasən ölkəmizə gətirilir. Bu suların isə demək olar ki, əksəriyyətinin tərkibi yoxlanılmır.


    “Xarici suların üzərinə istifadə müddəti kimi 2 il göstərilir. Ölkəmizdə istehsal olunan suların üzərində isə saxlama müddəti 1 il göstrərilib. İndi mən sizə sual verirəm əgər xaricdən gətirilən su keyfiyyətlidirsə onun istifadə müddəti nəyə görə 2 il olmalıdır? Biz xarici suları istifadə edirik, ölkəmizin saf və təmiz suları isə axaraq çaylara gedir. Ancaq bununla yanaşı qeyd etmək lazımdır ki, son 2 ildə Azərbaycanda su istehsalı artmağa başlayıb. İqtisadi İnkişaf Nazirliyi bu sahəyə diqqət yetirdikdən sonra regionlarda su zavodlarının tikintisinə başlanılıb”, - deyə Dövlət Məmmədov bildirib.

    Dövlət Məmmədovun sözlərinə görə, Bakıda hazırda krantdan gələn su ilə qablaşdırılan su ilə Lerikdən, Qaxdan və digər rayonlardan doldurulan suların arasında qiymət fərqi olmalıdır.

    “Nədənsə Bakıda doldurulan və regionlarda qablaşdırılan suların qiyməti eynidir. Əslində regionlarda qablaşdırılan suların qiyməti baha olmalıdır. Bu ilk növbədə yol xərci ilə bağlıdır”, - deyə Dövlət Məmmədov qeyd edib. ASİB sədrinin sözlərinə görə, həmçinin xaricdən gətirilən və ölkəmizdə qablaşdırılan suların üzərində bu məhsulların mənşəyi etiketin üzərində göstərilmir. ASİB sədrinin sözlərinə görə, dünya standartlarına əsasən əgər su krantdan doldurularsa, bu, etiketin üzərində göstərilməlidir.

    "Suların qablara haradan doldurulmasına heç kim nəzarət etmir"

    “Ölkəmizdə hazırda 5, 10, 19 litrlik qablarda sular satılır ki, bunlar krant suyu ilə qablaşdırılır. Belə suların üzərində isə suların regionlarda doldurulması ilə bağlı məlumat öz əksini tapır. Guya bu sular Şahdağdan, Gədəbəydən və Lerikdən gətirilib. Əslində bu sulara heç bir təşkilat nəzərət etmir. Səhiyyə Nazirliyi yalnız bu sulara sertifikat verəndə onları analiz edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi suların standarta uyğun olması haqda məlumat verir. İqtisadi İnkişaf Nazirliyi isə belə suların saxlama müddətinin başa çatıb-çatmaması ilə bağlı yoxlamalar aparır. Heç kim mağazada satılan suyun üzərində yazılanlarla onun tərkibinin eyni olmasını yoxlamır”, - deyə Dövlət Məmmədov qeyd edib.

    ASİB sədrinin sözlərinə görə, bu gün ölkəmizə xaricdən gətirilən "Nabeqlavi", "Borjomi", və "Yessuntuki" kimi sular demək olar ki, heç kim tərəfindən yoxlanılmır.

    "Əsl bulaq suyu bulağın mənbəyində qablaşdırılmalıdır"

    “Bizim qurumlar nədənsə belə hesab edirlər ki, əgər bu sular dövlət standartından keçibsə, dövlətlərarası müqavilə mövcuddursa onda bu məhsulları yoxlamağa ehtiyac yoxdur. Dünya standartına görə isə mağazadakı sular 2 və 6 aydan sonra yoxlanılmalıdır. Bu suların tərkibi ilə üzərində qeyd olunan məlumatlar tutuşdurulmalıdır. Sakinlərimiz su alarkən onun üzərində yazılanlarla maraqlanmalıdırlar. Əgər suyun qabı üzərində onun Bakıda doldurulması ilə bağlı məlumat varsa, deməli, bu su birmənalı krant suyudur. Əgər su regionlardan gətirilib Bakıda qablaşdırılırsa, o zaman bu su da krant suyuna bərabər sayılır. Əsl bulaq suyu bulağın mənbəyində qablaşdırılmalıdır. Əgər bulaq suyu maşına doldurularaq Bakıya gətirilir və oradan çənlərə yerləşdirilirsə, o zaman bu su keyfiyyətini itirmiş olur”, - deyə Dövlət Məmmədov bildirib.

    "Hər kəs istədiyi suyun tərkibini yoxlada bilər"

    Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə deyir ki, qurum yay mövsümü ilə əlaqədar suların yoxlanılmasına başlayacaq. Bundan başqa Z.Kazmovun bildirir ki, içdiyi suyun tərkibi ilə maraqlanan hər bir sakin su nümunəsini Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə verərək yoxlatdırmaq imkanına malikdir.

    “Sakinlər rəsmi şəkildə ərizə ilə müraciət edərək müvafiq su nümunəsini təqdim edib bizim mərkəzin laboratoriyasında analizdən keçirə bilərlər. Bakterioloji müayinəyə görə 3 günə, kimyəvi müayinəyə görə isə bir gün, yarım iki gündən sonra sakinlərimizə cavab veriləcək”, - deyə Ziyəddin Kazımov bildirib.

    RGEM şöbə müdiri ölkəyə gətirilən su filtrlərinin keyfiyyəti ilə bağlı məsələyə də aydınlıq gətirdi. “Bilirsiniz, belə filtrlər ölkəmizə gətirilirsə, deməli onun mütləq müşayiətedici sənədləri var. Elə deyilmi? Bunlar ilk növbədə həmin filtrlərin sertifikatı və uyğunluq sertifikatıdır. Bu filtrlər ölkəyə Sanitar Karantin Müfəttişliyi və Dövlət Gömrük Komitəsindən keçərək gəlir. Mən belə hesab edirəm ki, əgər bu filtrlər ziyanlıdırsa onlar ölkəmizə gəlib çıxmazlar. Əgər sakinlərimizdə bu filtrlərlə bağlı nə isə narahatedici məqam varsa həmin orqanlara müraciət edərək bu məhsulların müşayiətedici sənədlərini alaraq baxa bilərlər”, - deyə Ziyəddin Kazımov bildirib.

    Belə görünür ki, ölkəmizin su bazarında vəziyyət heç də birmənalı deyil. İlk növbədə bunu nəzərə alaraq ölkədə su qablaşdırılması və satışını həyata keçirən bir neçə şirkətlə əlaqə saxladıq. Əlaqə saxladığımız şirkətlər isə onların qablaşdırdıqları suyun saf və təmiz olduğunu iddia etdilər. Bu suların harada qablaşdırılaraq gətirilməsi ilə bağlı suallarımıza isə əlaqə saxladığımız şirkətlər min bir bəhanə gətirərək konkret cavab verməkdən çəkindilər. Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlərin nümayəndələri də suallarımızı cavablandırmaqda elə də həvəsli görünmədilər. Bu şirkətlərin nümayəndələri suallarımıza cavab vermək məsuliyyətini bir-birlərinin üzərlərinə atmaqla vəzifələrini bitmiş saydılar. Ümid edirik ki, şirkətlərin bu laqeydliyi heç də onların əhaliyə keyfiyyətsiz su təklif etmələrindən doğmur.

    Sonda isə onu bildirək ki, bütün bu deyilənlərdən belə məlum olur ki, bazarlarda hər çeşiddə, keyfiyyətdə su satışa çıxarılır. Bu sulardan ən saf və keyfiyyətlisini tapıb almaq isə sakinlərimizin üzərinə düşən bir işdir. Düzgün seçim etmək üçün isə bir qədər maariflənərək hüquqlarımızı bilmək kifayətdir.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2011
    Mesajlar
    210

    Re: İçdiyimiz suyun içində nə var?

    Tesekkurler melumat ucun.Men dag sudan basqa su ice bilmirem.

  3. #3
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: İçdiyimiz suyun içində nə var?


    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.