Çiyələkotu- Bu ot suda qaynadılıb içilərsə,bədənin ağrıları sakitləşər. Qanı saflaşdırır, ürəyin işini gücləndirir. Suyu qaynadılıb içildikdə ağız və boğaz xəstəliklərində, burada törənmiş yaralara müalicəvi təsir göstərir.

Heyva-Heyva ürəyə qüvvət verir, ürək sıxıntılarnı aradan qaldırır, ağız qoxusunu yox edir. Heyva şirəsi mədə fəaliyyətini qüvvətləndirir,qidanın həzm olunmasını sürətləndirir, qusmağı və ishalı dayandırır.

Çörəkotu-Çörəkotu və balla hazırlanmış məcun desert qaşığı ilə yeyildikdə bəlğəmi təmizləyir, öskürək , tənginəfəslik və revmatizmə müalicəvi təsiri olur. Bu otun balla şərbəti içildikdə böyrək və sidik kisəsindəki daşları əridir.