Kökəlməyə səbəb yeməyin içindəki yağlar, souslar, qıyma və yağlı pendir kimi əlavələrdi.
Makaronu qaynatarkən içərisinə biraz zeytun yağı əlavə etsəz yapışmaz. Makaronu sudan çıxarmadan öncə ya da başlanğıcda 1 çay qaşığı duz əlavə edin.
Qaynatdıqdan sonra üzərinə soyuq su əlavə etmək düzgün deyil. Çünki makaronun tırkibində B vitamini var və makaron suda nə qədər qalsa bu vitaminlərin miqdrı o qədər azalır.
Az qaynatılmış makaronu süzün və 1-2 dəqiqə dincəlməyə qoyun ki, suyu tam süzülsün. Daha sonra yenidən bişirildiyi qaba alaraq az miqdarda zeytun yağı əlavə edin və taxta qaşıqla qarışdıraraq təzə tərəvəzlərlə servis edin.
Yaxşı həzm olunması üçün yeməkdən sonra 1 fincan rəzyana çayı və ya yaşıl çay için. Makaronda kökəlməyə səbəb olan, daha çox ona qatılan yağlar, souslar, qiymalar və yağlı pendir kimi əlavələrdi. Az yağlı pendir, göbələk və mangalda bişirilmiş ətlə yedikdə makaron kökəltmir. Unutmayın ki, makaron pəhrizlərdə istifadə olunan ən başlıca qidalardan biridir.

Xezer TV