Amerikalı alimlər sütdəki bir maddənin diabet riskini azaltdığını bildirib.
Harvard School of Public Health-in alimi Dariush Mozaffarian və qrupu 3736 nəfərin iştirak etdiyi və əslində qan damar sistemində olan problemləri müəyyən etmək üçün aparılan araşdırmanın nəticələrini açıqlayıb.
Alimlər bu araşdırmanın nəticələrindən istifadə edərək, iştirakçıların diabet riskini müəyyən etmək üçün qan şəkərini və insulinin miqdarını, həmçinin qandakı müxtəlif yağ turşularının faizlərini analiz ediblər. Analiz nəticəsində məlum olub ki, qandakı trans palmitoleik tuşusunun faizi yüsəldikcə xolestrol, infeksiya və xüsusilə diabet riski azalır.
Alimlər trans palmitoleik turşusunun orqanizm tərəfindən istehsal olunmadığını və sadəcə süd məhsullarıyla qəbul edildiyini vürğulayırlar.
Qrupun rəhbəri Mozaffarian, bu yağ turşusunun ikinci tip diabet riskini 60 faizə qədər azaltdığını qeyd edib.

Xezer TV