Əgər gözlərinizin sağlamlığını, saçlarınızın və sümüklərinizin möhkəm olmasını istəyirsinizsə, A vitamini qəbul edin. Bu vitamin hüceyrələrin yenilənməsi baxımından da faydalıdır. Xüsusən də ana bətnində körpənin sağlam inkişafı üçün hamilə qadının A vitamini qəbul etməsi daha vacibdir. A vitamini xərçəng xəstəliyinə tutulma ehtimalını minimuma endirir, insanı infarkt olmaqdan qoruyur. Orqanizmdə A vitamini çatışmadıqda gözdə quruma, dəri xəstəliyi meydana çıxır, bədənin xəstəliklərə qarşı müqaviməti azalır, uşaqlarda dişlər eybəcər şəkildə inkişaf edir. A vitamininə həzm sarıdan çətinlik çəkənlərin, qaraciyərində narahatlıq olanların daha çox ehtiyacı var. Bu vitamindən ifrat dərəcədə istifadə etdikdə isə başağrısı, yorğunluq, ürək bulanması, qusma, qaşınma, ishal, oynaq və sümük ağrıları, dəri quruluğu və saç tökülməsi meydana çıxır.

Kartof, kök, manqo, süd və pendirdə A vitamini daha çoxdur.

C vitamini

Bir çox meyvə-tərəvəzdə olan və ən təsirli antioksidanlardan sayılan C vitamini sümük, oynaq və damar sağlamlığı üçün əhəmiyyət daşıyır. Xərçəngin bəzi növlərinin və ürək xəstəliklərinin qarşısını ala bilən C vitaminindən gündə 200-2000 milliqram qəbul edilməsi məsləhət görülür. Zaman