Gün ərzində ayaqqabıdan fasiləsiz istifadə etdikdə ayaqlarımızda aşağıdakı fəsadlar baş qaldırır. Məsələn, ayaq pəncəsində ağrılar; dırnağın alt hissəsində qanama, rəng dəyişikliyi; dırnaqların qırılması; dırnağın ətdən qopması, yəni yatağından ayrılması; dırnaq uclarının aşağıya doğru uzanması; çox tərləyən ayaqlarda dırnaqların yumşalması və s.

Rejimsiz qidalanma, sink, dəmir, kalsium, A, B, C, D vitaminlərinin azlığı, bəzi dərmanlardan istifadə də dırnaqların formasını pozur.

Ayaq dırnaqlarında ən çox rast gəlinən göbələk xəstəliyidir. Bu xəstəlik daha çox şərikli geyilən başmaqlar, corablar, dəsmallar vasitəsilə yoluxur. Göbələk xəstəliyinin müalicəsi üçün həkimə müraciət etmək lazımdır. Zaman