Bir çox xəstəliklərin əlaməti kimi tanınan allergiya tozdan, xalça-palazdan, mebellərin üzərində gözlə görünməyən böcəklərdən, köhnə, çirkli pul, kağız qoxusu və bir sıra səbəblər üzündən törəyir, burun axması, asqırma, qaşınma, bədəndə dəyişiklik və astmaya səbəb olur. Yuxarıda da deyildiyi kimi, allergiyanı daha çox gözlə görünməyən həşəratlar, mikroskopik böcəklər əmələ gətirir. Bu canlılar rütubət olan yerdə böyüyüb çoxalır və insan dərisindən tökülən ölü hüceyrələrlə qidalanırlar. Onların kökünü tozsoranla və bir də aşağıdakı üsullarla kəsmək olar:

- Yataq dəstlərini ən azı 60 dərəcə temperaturda yumaq, mikroskopik böcəklərin ifraz etdiyi tullantıları özünə çəkdiyindən xalça və kilimləri yataq otağından kənarda tozsoranla təmizləmək lazımdır.

- Tüklü oyuncaqlardan mümkün qədər uzaq olun, çünki həmin oyuncaqlar da mikrob və həşəratları özünə daha çox çəkir. Otağın ventilyasiya səviyyəsini artırıb, nəmi azaltmaqla böcəklərin sayını minimuma endirmək olar. Bunun üçün pəncərəni bir neçə saat açıq saxlayın.

- Həşəratları öldürmək üçün spreylərdən də istifadə olunur. Lakin sprey otağın hər tərəfinə çatmadığından çox vaxt təsir göstərə bilmir. Zaman