Meduzanın hüceyrəsi xərçəng şişlərini aşkarlamağa imkan verir
İşıldayan rəngləriylə görənləri hayrətə gətirən meduza, xərçəng xəstələrinə ümid mənbəyi olub.
İngiltərə alimləri tərəfindən aparılan bir araşdırmada meduzanın xərçəng xəstəliklərinin ilk mərhələdəcə anlaşılmasına kömək etdiyi məlum olub.
Meduzadakı parıldayan hüceyrələr insanda xərçəng hüceyrələrinin olduğu yerlərə yeridilir. Fosforlu hüceyrələrin işıqlandırılması sayəsində xüsusi kameralar şişin harada olduğunu ortaya çıxarır.
York Universiteti tədqiqatçılarının bu layihəsi, meduzalardan floresanlı hüceyrələr ala bilən bir metodu kəşf etdiyi üçün 2008-ci ildə Nobel Mükafatı alan Dr Rocır Tsienin elmi işlərinin davamı xarakterindədir.
Bədənin fərqli yerlərinə çox kiçik miqdarlarda yayılmış olan xərçəngli hüceyrələr, ənənəvi darama üsullarıyla erkən mərhələlərdə fərqinə varılmadığı üçün gözdən yayına bilir. Ancaq meduzanın hüceyrəsi imkan verir ki, xərcəngli hüceyrələr vaxtında aşkar edilsin.