Uşaqlarınız soyuq havada təhlükə altında qala bilər
Qarşıdan infeksiyaların və virusların ən çox yayıldığı qış mövsümü gəlir.
Soyuq havalarda görünməyən xəstəliklər uşaqlara da yaxalaya bilər. Ancaq vaxtında aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşaqlar bu xəstəliklərə yoluxmursa, deməli peyvəndlər işə yarayıb.
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır.
Peyvəndsiz keçinmək yaxşı fikir deyil. Belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Peyvəndlər uşaqlarda aşağı temperaturda qızdırma, qızartı və şişkinlik kimi təsirlər yaradarsa, valideynlərin həkimə müraciət etməsi məsləhətdir. Çünki peyvənddən sonra əmələ gələn qızartı ve şişkinlik orqanizmdə hər hansı xəstəliyin olduğunu göstərən əlamətdir.
Allergiyaya meylli uşağa peyvənd vurmaq olmaz. Peyvənd aparılmazdan əvvəl uşaq ciddi yoxlanmalı, bədən temperaturu ölçülməli, həkim uşaq haqqında ətraflı məlumat almalıdır. Xəstələnmiş uşağa peyvənd vurmaq ciddi fəsadlara səbəb ola bilər.