İdman hərəkətləri də əzələlərin formasını qorumaqla yanaşı, zehni baxımdan

inkişaf üçün də faydalıdır. Ümumiyyətlə, hərəkət yaddaşsızlığın qarşısını alır, beynin

qan dövranını bərpa edir, yaşlanma ilə bağlı beyin toxumaları itkisini azaldır.

1Yaddaşsızlıq problemindən son vaxtlar şikayətlənənlərin sayı çoxalıb. Əksər insanlar isə bu problemin kompyuterdən, internetdən, stress, əsəbilik, gərginlikdən qaynaqlandığını göstərirlər. Mütəxəssislər problemin qismən də olsa həlli yollarından birini sağlam yeməklərdə, balanslı şəkildə qidalanmada görürlər. Bu cür qidalanma rejimi təkcə orqanizm üçün deyil, beyin və yaddaş üçün də əhəmiyyətlidir.

Araşdırmaların nəticələrinə görə, çiyələk, portağal, ispanaq, kök, pomidor kimi antioksidan baxımından zəngin olan meyvə-tərəvəzlər iflicolma ehtimalını 11 faiz azaldır. Başqa bir araşdırmada isə üzümdəki antioksidan və polifenolların beyin hüceyrələrini inkişaf etdirdiyi bildirilir.

İdman hərəkətləri də əzələlərin formasını qorumaqla yanaşı, zehni baxımdan inkişaf üçün də faydalıdır. Ümumiyyətlə, hərəkət yaddaşsızlığın qarşısını alır, beynin qan dövranını bərpa edir, yaşlanma ilə bağlı beyin toxumaları itkisini azaldır.

Məlumdur ki, beynin hər iki yarımkürəsi boz maddə ilə əhatə olunub. Həmin maddə korteks adlanır. Korteks davranışa nəzarəti, öyrənməni, xatırlamanı, düşünmə qabiliyyətini tənzimləyir.

Beyni məşq etdirmək, diqqətsizliyi aradan qaldırmaq üçün şahmat oynamaq, kitab oxumaq, dil öyrənmək faydalıdır. Zaman