Bu yağ orqanizmin immunitet sistemini gücləndirir, ana südünü artırır, dərini nəmləndirir.

Çörəkotunun toxumunda həm uçucu, həm də sabit yağ var. Sabit yağ nisbəti 28-35 %-dir.

Çörəkotu yağ turşuları, selenium, sink, dəmir, mis və kalsium mineralları ilə zəngindir. Tərkibində omeqa-3, omeqa-6 doymuş yağ turşuları var.

Çörəkotu yağı qidalandırıcı xüsusiyyətə malikdir, iştahanı açır. Bu yağ kosmetik baxımdan da əhəmiyyətlidir. Həssas, zərif dərini nəmləndirir, saç tökülməsinin qarşısını alır, ağarmış saçların təkrarən öz rəngində bitməsini təmin edir. Kəpəyin qarşısını almaq üçün çörəkotu yağı quru dərini nəmləndirmək və saç diblərinin masajında effektli vasitə kimi istifadə edilir.

Zaman