Qadınlar yağ və kalori faizi yüksək olduğu üçün fındıqdan uzaq durur. Amma fındıq, həm ürək sağlamlığı üçün faydalıdır, həm də tərkibindıki liflər səbəbilə həzm sistemini yaxşılaşdırır, bağırsaq xərçəngi riskini azaltır.
İspaniyalı mütəxəssislər qadınların fındıq yeməkdən qorxmamalarını, bu çərəzin əslində kökəlməni əngəllədiyini isbatlayıb. Aralıq dənizi ölkələrində yaşayan 9000 qadın və kişi üzərində aparılan tədqiqqatda 1 ay ərzində, həftədə ən az 2 dəfə fındıq yeyənlərin daha az kilo aldıqları müşahidə edilib. Fındıq yeyənlər digərləri ilə müqayisədə 31% daha az kilo alıb. Köklük və orqanizmdə yağların yığılması ilə fındıq yemək arasında heç bir əlaqə aşkarlanmayıb. Fındıq sağlam qıdalanan və pəhriz edənlər üçün ideal bir qidadır. Xəzər TV