Bu bitkilərdən təzə-təzə, həmçinin, qurudulmuş halda ayrı-ayrılıqda çay kimi dəmləyib içmək olar, yaxud qara və ya yaşıl çaya qatıb dəmləmək olar. Onların tərkibi vitaminlərlə, mineral maddələrlə zəngindir. Əhvalı yaxşılaşdırır, gümrahlıq gətirir, imunniteti möhkəmləndirir.

1. Alma (hər növ) çiçəyi, yarpağı

2.Ağcaqovaq tumurcuğu

3.Cavan ağ şam ağacının yarpağı

4.Cökə çiçəyi, yarpağı

5.Çaytikanı yarpağı, çiçəyi, meyvəsi

6.Gavalı çiçəyi

7.Gilasın cavan budaqları və yarpağı

8.Gilənarın cavan budaqları və yarpağı

9.Xəndəkotu

10.Qaytarma otunun çiçəyi, 3-7 sm uzunluqda kökün yerüstü hissəsi

11.Qara şam (qara ağac) ağacının yarpağı

12.Qara qovaq tumurcuğu

13.Qaragilə çiçəyi, yarpağı, meyvəsi

14.Qarağat (qara, qırmızı) yarpağı, çiçəyi, meyvəsi

15.Quşüzümü (qara, qırmızı) çiçəyi, yarpağı, meyvəsi

16.Peyğəmbər çiçəyinin kənar ləçəkləri

17.Şam tumurcuqları

18.Şam ağacının yumşaq və yaşıl may qozları

19.Şimal moruğunun, eləcə də, adi moruğun təzə yarpaqları, çiçəyi, kökü

20.Tozağacı tumurcuqları və yarpağı, şirəsi

21.Tozağacı göbələyi

22.Tozağacı tozu və çiçəyi

23.Yemişan çiçəyi, meyvəsi

24.Zirinc (zərinc, zirişk), kökü, çiçəyi, yarpağı, meyvəsi

Bitki xammalı, ondan hazırlanan dəmləmələr

Bitkilərdən və onların yığımlarından (qarışıq) çay, həlim, şirə, cövhər hazırlanır. Hazırlanma qaydaları və vaxtı bitkilərdən asılı olaraq müxtəlif ola bilər. Əsas diqqət ona yönəldilməlidir ki, tanıdığınız bitki olsun, zəhərli bitkilər olmasın, dəmləyəcəyiniz bitki və ya yığımın tərkibində kənar bitkilər olmasın. Dəmləmə zamanı bitkinin və üzərinə töküləcək mayenin miqdarı düzgün olsun.

Yığım – dərman bitkilərinin çiçək, tumurcuq, yarpaq, bitkinin yerüstü hissəsi, meyvə, toxum, kökümsov (kökün yerüstü hissəsi), kök, qabığı: təzə və ya qurudulmuşu. Yığıma daxil olan hər bir bitki ayrıca çəkilməli, doğranmalı və qarışdırılmalıdır. Çiçəkləri, tumurcuqları doğramaq vacib deyil, balaca yarpaqları və meyvələri həvəngdəstədə xırdalamaq lazımdır. Bundan sonra hazırlanmış xammal enli məsaməli tənzifdən keçirilir (narın ovuntulardan təmizlənir) və hamısı qarışdırılır. Alınan yığımdan dəmləmələr hazırlanır. Əgər qatqıya bitkinin yumşaq və bərk hissələri daxil edilirsə, bitkinin yumşaq hissələri 5 mm-ə qədər, toxum və meyvələri 0.5 mm, budaqları, kökü və s. 1 mm-ə qədər doğranılır.

Dəmləmə, əsasən, ağzı bağlı şirli qabda, saxsı çaynikdə, termosda və ya paslanmayan metaldan olan qablarda aparılır. Dəmləmə müxtəlif üsullarla olur: soyuq suda dəmləmə, qaynar su töküb dəmləmə, su hamamında dəmləmə və odda dəmləmə. Qaynadaraq dəmləmənin təsiri daha uzun müddətlidir. Bütün dəmləmələr soyuq yerdə saxlanılmalıdır.

1.Soyuq suda dəmləmə - otaq temperaturunda lazım olan miqdarda bitki və ya qatqı üzərinətələb olunan miqdarda qaynamış su tökülür, 4 saat saxlanılır. Dəmləmə yaxşı alınsın deyə onu taxta qaşıqla tez-tez qarışdırmaq lazımdır. Bu dəmləmədə yalnız suda asan həll olan maddələr olacaqdır. Mənfi cəhəti odur ki, dərman gec hazırlanır, fəal təsir edən maddələrin bir hissəsi parçalanmış olur.

2.Qaynar su töküb dəmləmədə bitkinin və ya yığımın üzərinə qaynayan su tökülür, yun parçaya bükülür və 5-10 dəq. saxlanılır, süzülür, bitki yığımı sıxılıb dəmə əlavə olunur və istifadə olunur. Bu üsulun mənfi cəhəti ondadır ki, bitkinin üzərinə qaynar su tökəndə bitkidəki zülallar qatılaşır, su bitkinin hüceyrələrinə çətin daxil olur, eləcə də,bitkidən bioloji fəal maddələr suda çətin həll olur və dəmləmənin keyfiyyəti aşağı düşür.

3.Su hamamında dəmləmə - xammal ağzı bağlanan qaba tökülür, üzərinə qaynamış soyuq su tökülür və həmin qab başqa bir qaynayan su hamamına yerləşdirilir. Su hamamından qaba su tökülıməməlidir. 15 dəq. qaynayan su hamamında saxanılır. Sonra su hamamından çıxarılır, bitkidən asılı olaraq 10-45dəq. otaq temperaturunda saxlanılır. İki qat tənzif və ya qalın parçadan süzülür, bitkinin qalığı sıxılır və qalıq atılır. Alınan dəmləməyə ilkin həcmə qədər qaynamış su əlavə olunur. Alınan dəmləməyə zərurət olduqda bal, qənd, duz və ya meyvə şirələri əlavə etmək olar. Əgər vaxt imkan vermirsə, dəmləməni su hamamında 25 dəq. qaynadıb, tez soyudub istifadə etmək olar.

4.Həlim (su hamamında qaynadaraq dəmləmə) - bu halda dəmləmdə bitkidən çətin ayrılan bioloji fəal maddələr alınır. Bu dəmləmədə, əsasən, bitkinin daha bərk hissələrindən istifadə olunur (qabıqşəkilli yarpaqlar, kök, kökümsov qabıq, toxum, meyvə vəs.). Bu dəmləmədə qətran, zülali, dubil maddələri petkin, mineral duzlar və s. olur. Onun təsiri digər dəmləmələrdən fərqlidir. Odda dəmləmə hazırlanarkən qabıqvari yarpaqlar 1 mm ölçüdə, kök, kökümsov hissələr 3 mm ölçüdə doğranılıb qaba yığılır, üzərinə otaq temperaturunda su tökülür. Qatqı ilə su 1:10 nisbətində ( dərman xammalı güclü təsirə malik olmadıqda), yaxud 1:400 nisbətində (dərman xammalı güclü təsirə malik olduqda) olmalıdır. Qabın ağzını bağlayıb qaynayan su hamamına qoyulur, 30 dəq. qızdırılır, sonra götürülür, 10 dəq. saxlanılır, soyudulur, süzülür, yığım sıxılır, üzərinə ilkin həcmə çatana qədər qaynar su tökülür.

5.Spirtli dəmləmə – dərman bitkilərinin xammalından spirt (araq) vasitəsilə hazırlanan şəffaf, tünd rəngli mayedir. Cövhəri adətən 40-70 faizli spirtlə hazırlayrlar. Doğranmış bitki xammalı tələb olunan miqdarda şüşə qaba (yaxşı olar ki rəngli) yığılır, üzərinə spirt tökülür, ağzı bağlanır, otaq temperaturunda (15-200 S), qaranlıq yerdə, adətən, 7gün müddətinə saxlanılır ( saxlama müddəti təyinatından asılı olaraq müxtəlif ola bilər: 6; 9; 10; 12; 21; 30, hətta, 2 ilədək). 8-ci gün süzülür, bitki xammalı sıxılıb ona əlavə olunur, filtrdən keçirilir, tünd rəngli qablarda bir neçə il saxlanılır. Dəmləmələr ilə su 1:10 nisbətində ( dərman xammalı zəif təsirə malik olduqda), yaxud 1:5 nisbətində (dərman xammalı güclü təsirə malik olduqda) olmalıdır.

6. Şirə - bitkilərdən şirə almaq müxtəlif üsulla aparılır. Məsələn, tərkibində təbii yod olan pıtrağın yarpaqları və gövdəsinin yumşaq hissələri yığılır, ilıq suda yuyulur, yarpaqların suyu gedənə qədər qurudulur, ətçəkəndən keçirilir. Alınmış məhlul üçqat tənzifə yığılaraq sıxılıb şirəsi çıxarılır. Soyuducuda saxlanılır, təyinatı ilə istifadə olunur.

Bilirsinizmi ?!

Quşəppəyi bitkisi insan orqanizmində mühüm rol oynayan amin turşularından olan tiraminlə zəngindir. Tiramin hamar əzələlərə müsbət təsir göstərir.

Quru və isti ərazilərdə yayılmış dərman bitkilərində efir yağları daha çox olur. Onları təzə-tər dərib istifadə etdikdə daha effekli olur.

Qaragilə və mərcangilə bitkiləri büzücü və ittihab əleyhinə istifadə olunan tanin maddələri ilə zəngindir.

Şəkər birləşmələrindən alfa-riboza yalnız taxıl bitkilərində aşkar olunmuşdur. Qeyd edək ki, inulin fruktozadan əmələ gəlir.

D vitaminlər qrupu orqanizmdə kalsium və fosfat mübadiləsini tənzim edir.

Orqamizndə yod mübadiləsinə yerkökü, kələm və vələmir yaxşı kömək edir.

bitki-health.net