Üzümün ən bol olduğu dövrdəyik... Meyvə olaraq istehlak etdiyiniz üzümün, tək başına bir əczaxana kimi olduğunu bilirsinizmi?

A, B1, B2, C vitamini ilə yanaşı tərkibində kalium, maqnezium ehtiva edən üzümün insan sağlamlığı baxımından tək başına bir əczaxana olduğu araşdırmalarla da sübut edildi... Üzümün faydalarının sayıla bilməyəcək qədər çox olduğunu dilə gətirən araşdırmaçılar, xüsusilə baş ağrısı və xərçəngə qarşı üzümün qoruyucu təsiri olduğunu da ifadə edirlər...

Üzümün faydaları saymaqla bitməz...

* Üzüm immunitet sistemini qüvvətləndirər...

* Böyrək və qaraciyərin funksiyasını artırar, qaraciyər xəstəlikləri və qansızlığın müalicəsində təsirlidir. Qanın təmizlənməsinə, bədəndə yağların əriməsinə köməkçi olar...

* Bədəndə yığılan zərərli maddələrin çölə atılmasını təmin edər...

* Yağlı birləşmələrin yığılmasına maneə törədərək və qanı sulandıraraq ürək-damar sisteminin nizamlı işinə köməkçi olar... Ehtiva etdiyi resveratrol maddəsi sayəsində xərçəngə qarşı bədəni qoruyar... Bədəni viruslara qarşı müqavimətli hala gətirər... Qabıq və çəyirdəkləri mədəyə zərər vermədən həzmi sürətləndirər, bağırsaq sisteminin işini nizamlayar, bağırsaq sancısını aradan qaldırar...

* Hamiləlikdə və ya qıçdakı şişliklərin aradan qaldırılmasında turş üzüm suyu sıyığı şiş üzvlərə sarılmalıdır...

* Sədəfdən qaynaqlanan yaralara sürtülərək şəfa tapılar... Ehtiva etdiyi qida, vitamin və minerallar sayəsində gözəllik iksiri və zəifləmə rejimlərində istifadə edilər...

* Beynin enerji qaynağıdır...

* Dərinin təzə və təmiz bir görünüş almasını təmin edər, allergiya və kirəcləşmələrdə iltihab meydana gəlməsinə mane olar...

* Kişmiş ağız qoxularını aradan qaldırarkən, ağciyər xəstəliyinə, əsəb pozuqluğuna, unutqanlığa, qansızlığa, qaraciyər zəifliyinə, səs batıqlığına yaxşı gəlir...

* Üzüm yarpağı suyu dizenteriyaya və göz soyuqdəyməsinə qarşı şəfalıdır... Təzə üzüm, ana südünü çoxaldar... Böyrək xəstəliklərinə təzə üzüm yaxşı gəlir... Xərçəngə qarşı bol-bol təzə üzüm yeyilməlidir...

* Quru üzüm ürək, qaraciyər, dalaq, mədə və sinir xəstəliklərinə şəfa verər, ürəyi qüvvətləndirir, nəfəs darlığına yaxşı gəlir...

* Öskürəyi kəsər, bəlğəmi aradan qaldırar, ağız içi yaralarını yaxşılaşdırar...

* Bədənin həddindən artıq dərəcədə yorğunluğu və əldən düşmüşlüyündə kişmiş qəbyl edilsə yaxşı olar...

* Sarı üzüm sədəf xəstəliyinə yaxşı gəlir...

* Diş ağrısına qarşı üzümlə sarımsaq qaynadılıb qarqara edilməlidir...