Suda boğulma zamanı ağciyərlər su ilə dolmur, lakin adam həmin anda nəfəs borusu sıxıldığı üçün nəfəs ala bilmir. Boğulan adama kömək edərkən silkələmək əvəzinə, ona süni tənəffüs verin.

Həm xilasetmə zamanı, həm də sonralar tətbiq edilən bəzi yanlış yardımlar insanın sonradan şikəst olmasına, hətta həyatını itirməsinə gətirib çıxara bilər.

Kömək edən adam əsla boğulanın bədənindəki suyu boşaltmamalıdır. Bu, boğulanı xilas etmək üçün həm zaman itkisinə, həm də təhlükəyə səbəb olur. Halbuki belə vəziyyətlərdə bir saniyə belə çox əhəmiyyətlidir.

Boğulma təhlükəsi ilə üzləşən adamı xilas etmək üçün üzə bilmirsinizsə, suya atılmayın, ona bir əlinizi, yaxud ip kimi əşyalar uzadın ki, yapışıb sahilə gələ bilsin. Əgər boğulan adam sahildən uzaqdadırsa, belinizə qədər suya girin və ona üzməyə kömək edə biləcəyi şeylər uzadın, məsələn, taxta parçası və s. Suya atılmaq məcburiyyətində qalsanız, boğulan adamın qol və boynunuza sarılmasına imkan verməyin.

Əvvəlcə, sağlamlıq qurumlarından təcili kömək istəyin. Kömək gələnə qədər boğulan adamı sudan çıxardıqdan sonra ağzını açıb təmizləyin, nəfəs alıb-almadığını müəyyənləşdirin. Ona fasilələrlə 5 dəfə ağızdan süni tənəffüs verin.

Boğulan adamın çiyinlərinə toxunaraq şüuruna nəzarət edin. Əgər şüuru yoxdursa, hava yolunu açmaq üçün başını geriyə yatırdın. Nəfəs almırsa və ya nəfəs almaqda çətinlik çəkirsə, 2 qurtarıcı nəfəs verin. Özünə gəldikdən sonra yanı üstə çevirin.

Bədən istiliyini qorumaq üçün üzərini örtün və ilk yardımın gəlməsini gözləyin.

Zaman