Artıq çəkidən əziyyət çəkənlərin sayı artır
Artıq çəkidən əziyyət çəkənlərin sayı artır. Ölkədə qadınların 67,4 faizi, kişilərin isə 71,5 faizində izafi çəki var. Piylənməyə gəldikdə isə bu hal kişilərin 6 faiz, qadınlarınsa 11 faizində müşahidə olunur. Bununla Azərbaycan MDB ölkələri arasında qabaqcıl ölkələrdəndir.
Qidalara edilən əlavələr, insanların həzm sisitemində maddələr mübadiləsini pozaraq piylənməyə səbəb olur. Xüsusi ilə də çəkisi müəyyən maddələr vurularaq artırılan toyuqlar artıq çəkiyə səbəb olur.
Ümumiyyətlə bütün qida əlavələri insanları artıq çəki problemləri ilə üzləşdirir.
Bəzi insanlar izafi çəkini problem sayıb gündəlik qida rasionlarına nəzarət etsələr də, bəziləri hər hallarından məmnun görünürlər.
Ramazan ayını yaşadığımızdan diyetoloq oruc tutanları da yaddan çıxartmayıb. Onların necə qidalanmalı olmasına dair tövsiyyələr verib.
Həkim oruc tutanların susuzluqdan əziyyət çəkməməsi üçün iftar və imsaq arasında ən azı 2 litr su içmələrini tövsiyyə edib. həmçinin süni qazlaşdırılmış içkilərin piylənməyə səbəb olduğunu deyən həkim, insanları mineral sulardan istifadəyə çağırıb. Diyetoloq sonda həm artıq çəkidən əziyyət çəkənlərə, həm də bütün insanlara sağlam qidalanmaq üçün meyvə- tərəvəzlər və bitki mənşəli qidalar yemələrini məsləhət görüb.

Xəzər TV