2 sonuçtan 1 ile 2 arası

Yol qəzaları zamanı ilkin tibbi yardım

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Yol qəzaları zamanı ilkin tibbi yardım

    İlk tibbi yardım - gözlənilmədən xəstələnən və yaralanan insana müalicə olunana qədər və real imkanlar çərçivəsində göstərilən ilk köməkdir. İlk tibbi yardımı göstərən şəxs unutmamalıdır ki, görəcəyi iş müalicə deyil, adından da bəlli olduğu kimi, ilk tibbi yardım göstərməkdir. İlk tibbi yardımın məqsədi, yaralının vəziyyətini nəzarət altında saxlamaq, daha da pisləşməsinin qarşısını almaqdır.

    İlk tibbi yardım zamanı nələrə diqqət edilməlidir:

    1. Təhlükəsizlik tədbirlərinə daima riayət etmək lazımdır.

    Qəzaya uğrayan avtomobilin arxasına 150 m aralıda reflektor qoyulmalıdır. Döngələrdə refləktor ön tərəfə də qoyula bilər. (Daş, təkər, ağac budağı və s. qoymaq təhlükəlidir. Bütün bunların yaddan çıxıb yolda qalması başqa qəzalara yol aça bilər.);

    2. Yaralı təhlükəli yerdən güvənli yerə aparılmalıdır;

    3. Yaralının vəziyyətinə uyğun olaraq, necə kömək ediləcəyinə qərar verilməlidir;

    4. Təcili tibbi yardıma xəbər verilməlidir. Bəzən yol qəzası ilə qarşılaşan şəxslər əvvəlcə polisə zəng edirlər. Amma birinci təcili tibbi yardıma zəng etmək lazımdır;

    5. Hansı yaralının birinci daşınmalı olduğuna qərar verilməli və yaralılar qruplaşdırılmalıdır;

    6. Yaralılar xəstəxanalara çatdırılmalıdır.

    Qəza yerində təhlükəsizliyi təmin etdikdən sonra onurğa yaralanması zamanı mütləq boyunluq bağlamaq lazımdır. Boyunluq bağlanana qədər yaralı ilə danışarkən belə boynunu oynatmamağına diqqət yetirmək lazımdır. Əgər tibbi yardım haqqında məlumatınız yoxdusa, təcili tibbi yardım maşını gələnə qədər yaralının yerindən tərpədilməsinə icazə verməmək ən doğru qərardır. Əgər qəzaya uğrayan avtomobildə yanğın təhlükəsi varsa, yaralı təcili avtomobildən çıxarılmalıdır.

    Bundan sonra yaralıya sadə suallar verərək, şüurunun yerində olub-olmadığını öyrənə bilərsiniz. Əgər yaralı suallara məntiqli cavablar verirsə, deməli şüurunu itirməyib. Eyni zamanda xəstənin həyat göstəriciləri də qiymətləndirilməlidir. Yəni yaralının nəfəs alması, ürək döyüntüləri, nəbz atışlarına, çox qan itirməsindən şoka girməsinə səbəb ola biləcək bir qanaxmanın olub-olmadığına diqqət yetirilməlidir.

    Nəfəs alarkən tənəffüs səsi eşidilirmi, döş qəfəsi rahat şəkildə enib-qalxırmı, dodaqlarda göyərmə varmı - bunlara nəzarət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəzaya uğrayan şəxsin tənəffüs yolları (ağız, qırtlaq və nəfəs borusu) açıq deyilsə, göstərilən tibbi yardımın bir köməyi yoxdur. Ona görə də yaralının tənəffüsünə hər hansı bir maneənin olub-olmadığına baxmaq lazımdır. Yaralı əgər yerdə yatırsa, dilinin arxaya gedib nəfəs almasına mane olmasın deyə başını geriyə yatırıb yana doğru çevrin (boyuna mütləq diqqət yetirin!). Tənəffüs yolları açıq olduğu halda beyindəki tənəffüs mərkəzi, sinir sistemi va ya tənəffüs əzələləri zədələnmiş ola bilər. Bu halda nəfəs alıb-verə bilməyən adama süni nəfəs vermək lazımdır.

    Ürək döyüntüləri və nəbzə mütləq fikir verilməlidir. Nəbz yoxlanarkən yaralının təyziqi aşağı ola bilər və nəbzin qoldan yoxlanılması çətinləşə bilər. Buna görə də nəbzin boyundan (şah damarından) yoxlanılması ən doğrusudur. Əgər ürək dayanıbsa, yaralıya ürək masajı etmək lazımdır. Amma bu çox çətin işdir və yalnız həkimlər, ya da ilkin tibbi yardım haqqında dərs alan şəxslər tərəfindən edilməlidir.

    Şiddətli qanaxmaların vaxt itirmədən dayandırılması və qısa zamanda yaralının xəstəxanaya çatdırılması çox vacibdir. Yaradan qanın axmasını önləmək üçün qanayan yeri möhkəmcə basmaq lazımdır. Əgər şərait varsa, yaranın üstünə təmiz bez və ya sarğı bezi qoyub, sonra əllə basmaq lazımdır. Qanın axması durduqda isə yaranın üzəri sarğı bezi ilə bir neçə dəfə sarılmalıdır. Sarğını açıb qanlı bezi və pambığı dəyişdirmək qanın laxtalanmasını və qanamanın dayanmasını geciktirir. Bu vəziyyətdə əgər xəstəni yerindən tərpətmək üçün bir problem yoxdursa, qanayan hissəni ürək səviyyəsindən yuxarıda saxlamaq qanamanın şiddətini azaldacaq.

    Qırıqların başlıca əlamətləri ağrı və şokdur. Qırılmış qol və ya ayaq şişir, forması pozulur və toxunduqda ağrıyır. Əgər yaralıda sınığın olmağından şübhələnirsinizsə, həmin hissəni oynatmamalı, əgər bir yanğın və s. kimi səbəb yoxdursa, yaralı hərəkət etdirilməməlidir. Əldə imkan varsa, bir dəstək və sarğı bezi ilə qırıq hissəni sabit vəziyyətdə saxlamaq, ağrı və şişi az da olsa, azaltmaq üçün soyuq kompres tətbiq etmək faydalı olar.

    Zaman

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Yol qəzaları zamanı ilkin tibbi yardım

    Maragli məlumatlara görə təşəkkürlər..
    Odur ki,maşinlarin hamisinda mütləq opteçka olmali..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.