Qərbi Virciniya Universitetinin alimlərinin gəldiyi qənaətə görə, müəyyən qoxular artıq çəkidən azad olmağa kömək edə bilər.

Lent.az-ın “MIGnews.com” saytına istinadən verdiyi məlumata görə, artıq çəkidən azad olmaq arzusunda olan bir neçə min qadının iştirak etdiyi təcrübə göstərib ki, nanə cövhər iyləmək arıqlamağa kömək edir.
Yeni aromadiyeta hansısa qidaları ixtisara salmağı tələb etmir. Sadəcə olaraq ovcunuza az miqdarda nanə cövhər tökmək və gün ərzində onu iyləmək kifayətdir.

Araşdırmanın müəllifləri, aparılan təcrübənin nəticələrinə əsaslanaraq qeyd ediblər ki, bu diyetadan istifadə edən şəxslər hər həftə 1800 kalori az qəbul edirlər.

LENT