Yeni Zelandiyalı elm adamları ilk dəfə həyata keçirilən bir araşdırma nəticəsində yeni doğulan körpənin anasının öpüşü sayəsində qorunduğunu təyin ediblər.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi xəbərə görə, Otaqo Universiteti tərəfindən aparılan araşdırmada körpələrin, analarının ağzından çıxan K12 adlı xeyirli bakteriyanı götürüb boğaz ağrısına və qulaq infeksiyasına qarşı müqavimətli hala gəldikləri təsbit olunub.


Daha əvvəl belə bir çalışmanın aparılmadığını deyən araşdırmaçılar bura cəlb olunan qadınların təbii “lastreptococcus salivarius K12” adlı bakteriyanı daşıyanları təyin etmək üçün testdən keçdiklərini bildiriblər.

Bakteriyanın bədəndə qalıb qalmadığını öyrənmək üçün analarından bakteriyanı alan körpələrin əvvəl hər həftə, daha sonra isə 6 həftədə bir nəzarət ediləcəyini söyləyən araşdırmaçılar bu işin gələcək araşdırmaların təməli ola biləcəyini açıqlayıblar.

LENT.AZ