2 sonuçtan 1 ile 2 arası

Möcüzəvi içki - ayran

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Möcüzəvi içki - ayran

    Hava temperaturunun yüksəldiyi bu günlərdə həddindən artıq tərləmək bədəndə su və mineral itkisinə səbəb olur.


    Bunun qarşısını ayranla almağın mümkün olduğu bildirilir. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Uludağ Universitetinin müəllimi professor Mustafa Tayar yaz aylarında artan istiliyin, durğun havanın və həddindən artıq nəmin insana mənfi təsir etdiyini söyləyib: “İstiliyin vücudda yaratdığı mənfi vəziyyətlər “termal stress” adlanır. Bu proses bədəndə yığılan və çölə ifraz edilə bilməyən istilikdən narahat olmaları nəticəsində ortaya çıxar. Narahatlıq nəfəs sıxlaşması, baş ağrısı, baş gicəllənməsi, zehni yorğunluq, tez əsəbiləşmə, yorğunluq, işə qarşı laqeydlik kimi simptomlarla özünü büruzə verir”.


    M.Tayar temperaturun artması ilə damarların genişlənəcəyini, tərləməklə duz itirildiyindən isə təzyiqin düşə biləcəyini də vurğulayıb: “Təzyiqin düşməsinə mane olmaq üçün ürək normal qan miqdarını artırmaq məcburiyyətində qalır, qısası ürəyin işi artır. Ürək və qan dövranı problemlərindən uzaq, rahat bir yay keçirmək üçün isti və nəmli havaya qarşı hər kəsin görə biləcəyi tədbirlər var. Bədən tər yoluyla su və mineral itirdiyindən, bu itkinin qarşısını müqaviməti artıracaq ayran içərək almaq olar. Ümumiyyətlə, bu mövsümdə gündə ən az 2,5 litr maye qəbul etmək lazımdır. Maye elektrolit adı verilən natrium və xlor iyonlarıyla zəngin olmalıdır. Bu səbəbdən də bolluca ayran içilməlidir. Ləzzətli bir kalsium və fosfor qaynağı olan, vitamin və zülal ehtiva edən ayran nizamlı bəslənmədə əhəmiyyətli qidaların önündə gəlir”.

    LENT.AZ

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Möcüzəvi içki - ayran

    meslehetin ucun tesekkurler .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.