Kino dünyasının ən seksual ulduzları da seçilib

İngiltərənin OVC telekanalının apardığı sorğu maraqlı nəticələr ortaya çıxarıb. Lent.az-ın verdiyi məlumata görə, 2000 insanın iştirak ilə keçirilən sorğu zamanı məlum olub ki, qadınların ən gözəl olduğu yaş 31 yaşdır və bu yaşda onlar seksual cazibədarlıqları ilə diqqət mərkəzində olurlar.

31 yaşda olan qadınlar özlərinə inamları və öz tərzlərini müəyyən etmiş olmaları səbəbindən gənc qızların önünə keçirlər. Sorğuya qatılan kişilərin də 70 faizi bildirib ki, özlərinə inanan qadını daha çox sevirlər. Kişilərin 67 faizi qadınların fiziki gözəlliyinə, 47 faizi tərzə önəm verib.

Bu arada dünyanın ən məşhur kino jurnallarından olan “Empire” isə internet saytında apardığı sorğu ilə kino dünyasının ən seksual ulduzlarını seçib. Bu siyahıda birinci və ikinci yerin sahibləri müvafiq olaraq Natalie Portman və Megan Fox olub. LentAz