2 sonuçtan 1 ile 2 arası

İnfarkt təhlükəsini azaldan yeməklər

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    İnfarkt təhlükəsini azaldan yeməklər

    ABŞ-da aparılan bir araşdırma nəticəsində toyuq ətinin infarkt təhlükəsini önəmli dərəcədə azaltdığı ortaya çıxıb.

    Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Bostondakı Harvard xalq sağlığı fakültəsindən bir qrup elm adamı 26 il davam edən araşdırmanın sonunda toyuq ətinin qadınlarda infarkt təhlükəsini yüzdə 19 faiz aşağı saldığı qənaətinə gəlib.

    Araşdırma 30-55 yaşlı, heç bir ürək, xərçəng və diabet xəstəliyi olmayan 84 min qadın üzərində aparılıb. Məlum olub ki, gündə 2 dəfə qırmızı ət yeyən qadınlarda bu təhlükə gündə yarım pay yeyənlərlə nisbətdə yüzdə 30 faiz artıq olur.

    Araşdırmaya görə, daha az yağ ehtiva edən toyuq əti isə müvafiq riski 19 faiz azaldır.

    Fakültənin qidalanma kafedrasının müdiri Valter Uillettin sözlərinə görə, ürək xəstəlikləri riskini azaltmaq üçün daha az yağ ehtiva edən və zülalla zəngin olan toyuq, balıq, fındıq yemək məsləhətdir: “Araşdırmamız göstərdi ki, zülalın sağlığımıza böyük təsiri var. Qırmızı ət yediyimiz zaman yüksək miqdarda doymuş yağ və xolesterol qəbul edirik. Ürək və damar sağlığı üçün qırmızı ət qəbulunu mümkün olduğu qədər azaltmağı məsləhət görürük”.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: İnfarkt təhlükəsini azaldan yeməklər

    tesekkur meslehetiniz ucun .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.