3 sonuçtan 1 ile 3 arası

Qızılgülün Faydaları

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Qızılgülün Faydaları


    Qızılgül gülçiçəklilər fəsiləsindən çoxillik bitkidir. Vətəni əsasən Anadolu, İran və Çindir.Şimal yarımkürəsində 400-ə qədər yabanı növü məlumdur. Qızılgül kolunda 800-1000-ə qədər çiçək, hər çiçəkdə isə 80-ə yaxın ləçək olur. Bir çiçəyin çəkisi təqribən 3-4 qrama çatır. Qızılgül bəzi ölkələrdə qızılgül yağı almaq məqsədiylə becərilir. Həmin güldən alınan yağ ətriyyatda ən bahalı ətirlərə əlavə edilir. Bundan başqa qızılgül yağından təbabətdə istifadə olunur.
    Faydaları...

    1. İltihabı aradan qaldırır. Boğaz iltihablarına və badamcıq vəzilərinə qarşı təsirlidir.
    2. Mikroböldürücü təsirə malikdir.
    3. Dəri və dəri xəstəliklərinə qarşı faydalıdır.
    4. Ağız yaralarının sağalmasına kömək edir.
    5. Diş ağrılarını aradan qaldırır.
    6. Qaraciyərin fəaliyyətini nizamlayır.
    7. Öskürəyin qarşısını alır.
    8. Göz iltihablarına qarşı təsirlidir.
    9. Tərləməyə qarşı faydalıdır.
    10. Ürək bulanmasını aradan qaldırır.
    11. Qızılgül yağı dəridəki ləkələri aradan qaldrır. Xüsusilə də doğum ləkələrini.
    12. Allergiyaya qarşı faydalıdır.
    13. Qızılgül suyu temperaturu aşağı salır. Soyuqlaşdırıcı təsirə malikdir.
    14. Qocalmanı gecikdirir.
    15. Baş ağrısına qarşı faydalıdır.
    16. Qızılgül mürəbbəsi həzm prosesini asanlaşdırır.
    17. Qan azlığına qarşı faydalıdır.
    18. Qan azlığına qarşı faydalıdır.
    19. Revmatizmaya qarşı istifadə olunur.
    20. Stresi tənzimləyir.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qızılgülün Faydaları

    ne qeder de faydasi olmasina baxmayaraq , men qizilgulu hec sevmirem . umumiyyetle gul sevmirem .


    sevmemeyimin sebebi ise hesasliqimdan ireli gelir , gul bu gun ki , terdi men hami kimi gulun gozelliyi qarsisinda eriyirem , o 1 gun vazada qalir ve solur bax esl dehset menim ucun bundan sonra baslayir , ele bilirem ki ,bu gulun solmaqi ile her sey solur, men daxilen o gulnene birlikde olurem , bu ise dehset 1 seydi . meni taniyanlar bilir ki, men gul xoslamiram .

    meslehetin ucun tesekkurler

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Qızılgülün Faydaları

    10. Ürək bulanmasını aradan qaldırır.


    Doğurdan da belədir!Rayondan Bakiya gələndə o qədər həyətdən qizil gül yigiram ki,bir baqaj.. Maşinin abu-havasi bir də Şamaxinin perevallari mənə pis təsir edir,hər əlimdə 1 gül.zorla gəlirəm Bakiyacan..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.