2 sonuçtan 1 ile 2 arası

Qan qrupunun xüsusiyyətləri..

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Qan qrupunun xüsusiyyətləri..

    Qan Qruplarının Xüsusiyyətləri

    I QRUP - QADINLARI CƏLBEDİCİ, KİŞİLƏRİ İSƏ DON JUANDIR

    Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.


    II QRUP - GÜLƏRÜZ VƏ İNADKARDIRLAR

    İkinci qan qrupu olan adamlar vicdanlı, tapşırılan işi canla-başla yerinə yetirən, son dərəcə işgüzar olurlar. Onlar hər şeydə bir düzən, səliqə-səhman axtarırlar. Xırdalıqlara fikir verən bu insanlar öz zəhmətsevərlikləri və məsuliyyətləri ilə seçilirlər.Vəzifədə artmaqdan ötəri səylə irəli gedirlər. İşi əsas götürürlər. Deiyrlər ki, yerdə qalan hər şey ikinci dərəcəlidir. Hansı işdən yapışsalar, yarıdırlar. Qətiyyətlə dedikləri sözə şübhə etməyin: onlar həqiqəti söyləyirlər. Şəxsi münasibətlərdə çox sədaqətlidirlər. Kiminlə dostluq etsələr, çalışırlar ki, bu, daimi olsun. Sakit, mülayim, gülərüz insanlardır. Hisslərini açıq büruzə vermirlər, ancaq tərslikləri və inadkarlıqları da var. Bu insanları öyrənmək çətindir, amma çox səmimi, etibarlı və qayğıkeş olduqları zaman keçdikcə üzə çıxır. Xoşməramlı, səbrli olduqlarından kollektivlə işləməyi bacarırlar. Onların mənfi xüsusiyyətləri inadkarlıqları və bir qədər qıcıqlandırıcı olmalarıdır. Öz narahatlıqlarını gizlədib, incikliklərini ürəklərinə saldıqlarından bu vəziyyətləri sonda istər-istəməz emosional partlayışa səbəb olur. Bu qrupun qadınları kimi, kişiləri də utancaqlıqları, sadiq və vəfalı ömür-gün həmdəmi olmaları ilə seçilirlər.


    III QRUP - «LEYLİ VƏ MƏCNUN« U KEÇİRLƏR

    Üçüncü qan qrupu olanlar həssas, mədəni, böyük imkan və qabiliyyətlərə malik adamlardırlar. İşdə həm özlərinə, həm də başqalarına qarşı çox yüksək tələbkarlıqla yanaşırlar. Sakitdirlər. Sakitliyin içində çox həssas adamın gizləndiyini təsəvvür etmək çətindir. Hərdən hisslərini çox güclü şəkildə büruzə verirlər. Sevgi məsələlərində «Leyli və Məcnun«u ötüb keçirlər. Qadınları küsəyəndir, onlar eyni qan qrupu olan kişilərdən güclüdürlər. Bu qrup insanlar öz bildiklərini edir, ətrafdakıların fikri onlar üçün o qədər də önəmli olmur. Üçüncü qrup qan daşıyıcıları incəsənətə meylli insanlardır və özlərinə məxsusluqları ilə seçilirlər. Onların əlindən çox iş gəlir və zəngin düşüncəyə malikdirlər. Ünsiyyətdən qaçır, çox danışmağı sevmirlər. Azadlıqları onlar üçün hər şeydən önəmlidir. Buna baxmayaraq, ətrafdakıların fikrini daim nəzarətə alır, onların sevincinə və dərdlərinə şərik olurlar. İlk baxışdan olduqca sakit və hövsələli görünsələr də, əslində onların içində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bu qan qrupundan olan qadınlar dəhşətli dərəcədə qısqancdırlar, kişilərindən isə yaxşı dost çıxar.


    IV QRUP - HİSSLƏRİNİN ƏLİNDƏ ACİZDİRLƏR

    Dördüncü qan qrupu olanlar hisslərinin əlində acizdirlər. Ehtiras sanki onları dağıdır, bu da daxili, mənəvi rahatsızlığa gətirib çıxarır. Şübhəli, qətiyyətsiz olurlar. Bütün münaqişələrini təklikdə çəkir, heç kəsə bir söz demirlər. Sevgidə, dostluqda, ailə həyatında onlar ideala yaxındırlar. Təkcə öz xoşbəxtliklərinə can atmırlar, həm də başqalarını xoşbəxt etmək istəyirlər. Dünyada bu qan qrupu daşıyıcıları çox azdır. İstedadını göstərə bilənlər daha çox məşhurlaşa bilrlər. Adətən ikili xasiyyətli olurlar, həm soyuqqanlı, həm də xasiyyətini tez-tez dəyişməsi müşahidə olunur. Yaxşı biznesmen olurlar.
    Öz təşkilatçılıq bacarıqları ilə fərqlənirlər. Düzgünlükləri və hadisələri düzgün təhliletmə bacarığı ilə seçilirlər. İnsanlarla ünsiyyəti çox sevirlər, ilk dəfə olduqları məclisdə belə asanlıqla ürəklərə yol tapırlar. Xırdaçı deyillər. Bəzən atdıqları addımın sonunu belə düşünmürlər. Kinli deyillər. Anadangəlmə siyasi məharətləri sayəsində çoxlu sayda dost qazanırlar. Onlar gözəl ömür-gün həmdəmidirlər. Bütün bunlara baxmayaraq, 4-cü qrupa məxsus insanlar qərar verməkdə olduqca çətinlik çəkirlər

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qan qrupunun xüsusiyyətləri..

    dorduncu qan qrupuna aidem menulmatin ucun tesekkurler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.