OSTEOARTROZ

Osteoartroz
-- əhali arasında ən geniş yayılmış (10-16%) oynaq xəstəliyi olub, oynaq qığırdağının degenerasiyası ılə başlayaraq bütün oynaq strukturlarını (qığırdaqaltı sümük-epifiz, oynaq kapsulu sinovial qişa ilə, bağlar, oynaqətrafı vətər və əzələləri) zədələməklə, əsasən, mexaniki ağrılar, artozlu oynaqların sümük defomasiyası, xarakterik rentgenoloji əlamətlərlə nozoloji müstəqillik kəsb edir. Sınonimləri: deformasiyaedici octeoartroz (DOA), deformasiyaedici artroz, artroz, osteoartrit.

Birincili osteoartrozlar bud-çanaq, diz, 1-ci ayaqdarağı-falanqa(1ADF), akromion-körpücük, 1-ci əldarağı-bilək (1ƏDB), əlin distal və proksimal falanqaarası oynaqlarını (DFA, PFA), onurğanın boyun, bel şöbələrini zədələyir.

Xəstəlık əksər hallarda nəzərə çarpmadan başlayır, xəstə xəstəliyinin başlama vaxtını dəqiq deyə bilmir.Hərəkət zamanı yük daşıyan oynaqlarda krepitasiya, xırçıltı yaranır, fiziki yuklənmədən sonra əmələ gələn yüngül dövrü ağrılar sakitlik zamanı yox olur.Get-gedə ağrılar intensivləşir, davam müddəti uzanır, xəstəni gecələr də narahat etməyə başlayır. Osteoartroz ağrılarının bir neçə səciyyəvi xüsusiyyəti vardır
- ağrılar mexaniki tipli olur; ayaq üstündə çox durduqda, çox yeridikdə, pilləkəni, yoxuşu enib-qalxdıqda, yük götürdükdə əmələ gəlir, yaxud artır, sakilikdə isə azalır və ya itir. Anamnezdə ağrıların oynaqların yüklənməsi ilə bağlılığı qeyd erilir(sənət, peşə, idman, məişət).
- start ağrıları bir vəziyyətdə çox qaldıqdan, immobilizasiyadan sonra hərəkətə başladıqda əmələ gəlir, bir qədər yungül hərəkətlə keçir.Bu zəif reaktiv sinovitin olmasının əlamətidir.
- blokad tipli ağrılar sıxılan oynaq səthləri arasında qığırdaq qırıntıları qaldıqda yaranır, oynaq boşluğunun kənarlarına itələndikdə yox olur.
- epifizlərdə venoz , arterial durğunluq, hiperemiya yaxud işemiya yarandığı zaman ağrıların xarakteri dəyişir; gündüz yorğunluğundan sonra axşamlar ağrılar şiddətlənir, xəstəni küt, fasiləsiz gecə ağrıları narahat edir, hərəkət zamanı keçir.
- sinovial qişa və kapsulda fibrozlaşma inkişaf etdikcə sinir ucları qıcıqlanır, dartılır, sıxılır və istənilən hərəkət vaxtı kapsul dartıldıqca ağrı verir.
- oynaqətrafı nahiyədə əzələ spazmının, tendovaginitin olması da müəyyən hərəkət vaxtı ağrıların əmələ gəlməsinə səbəb olur.

Müalicənin məqsədi,1-ci, daha səmərəli, daha ziyansız,ən uyğun vasitə ilə ağrını yox etməyə çalışmaq, 2-ci, oynaqlarin yükünü mümkün qədər normaya yaxınlaşdırmaq, 3-cü, anatomik, funksional, ortopedik korreksiyaları tətbiq etmək, 4-cü, iltihabi prosesi ləğv etmək, 5-ci, osteoartrozun proqressivləşməsini dayandırmaq (oynaq qığırdağı, fəqərəarası disklərin degenerasiyasını ləngitmək, bərpa proseslərini sürətləndirmək, əzələ spazmini, yerli qan dövranı pozğunluqlarını aradan qaldırmaq ,hərəkətin həcmini artırmaq). Müalicəyə başlayan xəstədən sağalma arzusu, güclü iradə, inadkarliq, səbir və dözüm, təyinata dəqiq əməl etmək tələb olunur. Müalicə üsullarını bir neçə qrupa ayırmaq olar:
1.Yaşayış təzi, yaşayış rejimlərinin nizamlanması; Artrozlu oynaq uzərinə düşən yükü yüngülləşdirmək :eyni vəziyyətdə - ayaqüstü, oturaq, diz üstü, dabanüstü oturaq vəziyyətində çox qalmamaq; götürülən, daşınan yükü azaltmaq; iltihabli oynağa sakitlik (fizioloji) vəziyyəti vermək və s.;pəhrizi gözləmək: bədən kütləsi artıqdırsa, arıqlama tədbirlərini həyata keçirmək, qidaya heyvan, quş, balıq qığırdağı (xaş), vətər, bağ, pərdələr(“şıntır”), sümük, yeyilən dərilərinin əlavə edilməsi, kalsiumla zəngin qida, B və C vitaminləri, meyvə, tərəvəz, paxlalılar, qara ciyər, bal, qoz-fındıq, günəbaxan toxumu, naharda şorba (ət bulyonunda olmasın), şamda təzə meyvə, bal; rasiona yulaf,qarabaşaq kaşası əlavə etmək olar; banan, turş süd məsləhət deyil, maye məhdudlaşdırılmlr, alkohol OA zamanı əzələ və oynaq ağrılarını artırır;
2.Ortopedik tədbirlər ; Ortopedik ayaqqabılar, əl ağacı (yerdən bud sümüyünün böyük burmasına qədər hündürlükdə), qoltuq ağacı, yeriş arabası, fiksator, şinalar, korset, supinator, diz üstlüyü, ortezlər, elastik bandajlar, adheziv sarğılar;
3.Dərman müalicəsi; “Antiartroz preparatlar” 3 qrupa bölünür 1) tez təsirli simptommodifikasiya edən dərmanlar (sadə analgetiklər, QSAP, opioid analgetiklər, oynaqdaxili QK, transdermal dərmanlar), 2) simptomumodifikasiya edən yavaş təsirli dərmanlar (XS, QS, piaskledin, hialuron turşusu preparatları), 3) quruluşu modifikasiya edən preparatlar - xondroprotektorlar (XS, QS, piaskledin, stronsium ranelat, diaserin);
4.Fizioterapiya;a) reaktiv sinovit olduqda eritem dozada ultrabənövşəyi şüalanma (UBŞ),elektroforez (novokain,dimeksid,analginlə), ultrasəs, hidrokortizonla fonofarez, dimeksid applikasiyaları, aşağı tazlikli dəyişən maqnit sahəsi,desimetrlik və sinuoidal modullaşmış cərəyan tətbiq olunur.İltihabi proses zəiflədikdə isti applikasiyalar, lazer terapiyası, metaepifizar dekompressiya və sümükdaxili blokadalar, yeriş zamanı və sakitlikdə çoxkanallı elektromiostimuyasiya və s. istifadə olunur.
b)Müalicə gimnastikası; Dozalanmış yüklənmə hərəkətləri ilə əzələlərin möhkəmləndirilməsi, sinir reseptorları və kötüklərinin dekompressiyasina nail olmaq, müəyyən stereotip hərəkətlərin öyrədilməsi, hərəkət həcminin artırılması;
c)Müalicə massajı və manual terapiya; Massaj oynaqda kəskinləsmə olmadıqda bədən səthi üzərində sürtmə, təzyiq, vibrasiya və s. şəklində əllərlə dozalanmiş mexaniki təsir üsulu olub əzələ gərginliyi, ağrılarını aradan qaldırır, qan dövranını, sinir impulslarının ötürülməsini və həmçinin oynaqda qidalanmanı yaxşılaşdırır.Vibromassaj, massaj çarpayıları və dartmalar birgə istifadə olunur.
ç)Balneoterapiya; palçıq, naftalan müalicəsi, vannalar, sualti dartmalar, üzgüçülük.

5.Fitoterapiya; Bitkilərdən müxtəlif üsullarla hazırlanmış dərmanlarla yerli və daxilə qəbul etməklə müalicə.
6. Xalq təbabəti vasitələri;
7.Sanator-kurort müalicəsi.
8.Omeloterapiya.

Konservativ müalicədə ən çox analgetik parasetamol <4q/gün, qeyri-steroid antirevmatik preparatlar (QSAP) minimal terapevtik dozalarda, mərkəzi analgetik tramadol, oynaqdaxili qlükokortikoidlər (QK - triamsinolon, metipred, betametazon ), hialuron turşusu preparatları (çox vaxt dizə oynaqdaxili inyeksiya), xondroitin-sulfat, qlükozamin-sulfat istifadə olunur.Mülayim fasiləli iltihabsız ağrılarda parasetamolla kifayətlənmək olar. Daimi və iltihabi tipli ağrılarda
seçmə preparatlar QSAP-dır.Ağrı gücləndikdə kiçik dozalarda qısa təsirli ibuprofen (1600mq/gün), ketoprofen (100 – 200 mq/gün), diklofenak (75 – 100 mq/gün) 2 – 4 həftə qəbul edilir. Kəskinləşməni tez aradan qaldırmaq üçün lornoksikam (8 – 16 mq/gün) və ya diklofenak – kaliumun (100 mq/gün) təyini məqsədəuyğundur.Yaşlı xəstələrdə siklooksigenaza – 2 ingibitorları meloksikam (7,5 mq/gün), nimesulid (200 mq/gün), selekoksib (100 – 200 mq/gün) daha az zərərlidir və həm də iri oynaqların OA-nun müalicəsində ön xətt müalicə preparatları kimi ictifadə olunur. Ağrıkəsici məqsədlə QSAP qarışıqlı məlhəm, krem, gel, məhlullardan yerli olaraq oynaq üzərinə gündə 2 – 3 dəfə sürtülür : fastum-gel, diklofenak-gel, revmagel,indometasin, raumaben məlhəmləri və s. Alternativ analgetik kimi tramadol-hidroxlorid 50mq/gün başlanğıc doza ilə tədricən 3 gündən bir 25 mq artırmaqla effekt alınan dozaya qədər (maksimum 300 mq/gün) artırılır.Qərbdə opioid analgetiklərini (kodein, oksikodon, propoksifen) ağrı sindromunun kurs müalicəsi zamanı işlətmək mümkün hesab edilir.
Konservativ müalicədə ən çox analgetik parasetamol <4q/gün, qeyri-steroid antirevmatik preparatlar (QSAP) minimal terapevtik dozalarda, mərkəzi analgetik tramadol, oynaqdaxili qlükokortikoidlər (QK - triamsinolon, metipred, betametazon ), hialuron turşusu preparatları (çox vaxt dizə oynaqdaxili inyeksiya), xondroitin-sulfat, qlükozamin-sulfat istifadə olunur.Mülayim fasiləli iltihabsız ağrılarda parasetamolla kifayətlənmək olar. Daimi və iltihabi tipli ağrılarda
seçmə preparatlar QSAP-dır.Ağrı gücləndikdə kiçik dozalarda qısa təsirli ibuprofen (1600mq/gün), ketoprofen (100 – 200 mq/gün), diklofenak (75 – 100 mq/gün) 2 – 4 həftə qəbul edilir. Kəskinləşməni tez aradan qaldırmaq üçün lornoksikam (8 – 16 mq/gün) və ya diklofenak – kaliumun (100 mq/gün) təyini məqsədəuyğundur.Yaşlı xəstələrdə siklooksigenaza – 2 ingibitorları meloksikam (7,5 mq/gün), nimesulid (200 mq/gün), selekoksib (100 – 200 mq/gün) daha az zərərlidir və həm də iri oynaqların OA-nun müalicəsində ön xətt müalicə preparatları kimi ictifadə olunur. Ağrıkəsici məqsədlə QSAP qarışıqlı məlhəm, krem, gel, məhlullardan yerli olaraq oynaq üzərinə gündə 2 – 3 dəfə sürtülür : fastum-gel, diklofenak-gel, revmagel,indometasin, raumaben məlhəmləri və s. Alternativ analgetik kimi tramadol-hidroxlorid 50mq/gün başlanğıc doza ilə tədricən 3 gündən bir 25 mq artırmaqla effekt alınan dozaya qədər (maksimum 300 mq/gün) artırılır.Qərbdə opioid analgetiklərini (kodein, oksikodon, propoksifen) ağrı sindromunun kurs müalicəsi zamanı işlətmək mümkün hesab edilir.

xondroitin-sulfat (XS), qlükozamin-sulfat (QS) XS 1000 – 1500 mq/gün, QS 1500 mq/gün uzun müddətə (3 il və daha artıq) təyin olunur. XS preparatları: xonsurid, struktum, mukosat, QS :dona (ampul 400 mq əzələdaxili inyeksiya, paket - 1500 mq daxilə PO qəbul üçün ) istifadə edilir. Tərkibinə XS və QS olan bioloji əlavələr (multiabsorb,coint-fuel,coint-fleks, inoltra) də xondroprotektorlara aid edilir.
QAQ-peptid kompleksi olan rumalon (oynaqda gizli və ya aşkar iltihabi proses olduqda onu gücləndirir), şüşəyəbənzər cisim, mukasat, xondrolon, Sel-T, alflutop əzələdaxili, traumel və alflutop həmçinin oynaqdaxili inyeksiya kimi təyin olunur.
İltihab əlamətləri stabil davam etdikdə oynaqdaxili inyeksiya üçün QK ( genaloq, diprospan, seleston, depo-medrol ) ildə 3 – 4 inyeksiyadan çox olmamaqla, antifermentlər : kontrikal (trasilol), qordoks 25000 v, 2 – 5 inyeksiya ildə 2 dəfə, sinovitsiz hallarda HT preparatları Hyalgon (0,25 – 2,0. 106 dalton), Sinvisk ( 23.106 dalton), fermatron, sinokrom, hialart, ostenil və ya sinovial mayenin sintetik əvəzedicisi – “protezi” polivinilpirrolidin 15% 5 ml + 25 mq hidrokortizon həftədə bir dəfə cəmi 4 – 6 inyeksiya, noltreks standart şpiritsdə 5 – 7 gündən bir cəmi üç ınyeksiya ildə 2 dəfə, ozonoterapiya, oksigenoterapiya tətbiq edilir. Hialuron turşusunun (ginko teablet) daxilə qəbulunun da inyeksiya qədər effektli olması qeyd olunur. Daha stabil ağrılarda artroskopik lavaj, kolxisin (0,6 mq gündə 2 dəfə) də təyin edilir.Tez-tez residivli sinovitlərdə malyariya əleyhinə preparatlardan istifadə edilir. Əlavə olaraq patogenetik zəncirə və funksional, morfoloji dəyişikliklərə təsir etmək məqsədi ilə digər dərman vasitələrdən də geniş istifadə olunur. Əzələ spazmını aradan qaldırmaq məqsədi ilə ağrıkəsici xassəli mərkəzi təsirli sirdalud va ya digər miorelaksntlar təyin oluna bilər.Damarların vəziyyətindən asılı olaraq müxtəlif farmakoloji dərman qruplarına mənsub spazmolitik damargenəldicilərdən, dezaqreqantlardan, venatoniklərdən, mikrosirkulyasiyanı yaxşılaşdıran,venoz və limfatik durğunluğu aradan qaldıran preperatlardan ictifadə olunur.
Tetrasiklinlərin kimyəvi modifikasiyası interleykin-1 reseptorlarının ingibitoru (piaskledin-300,diaserin), şiş nekrozu faktoru (ŞNF), insulinəbənzər boy faktoru – 1 (İBF-1), autoloji qığırdaq transplantasiyası osteoartrozun müalicəsində perspektiv istiqamət hesab edilir.
Bəzi mütəxəssislərin fikrinə görə iltihab ocağında bir sira enzimlərin catışmamazlığı üzündən immun sistemin hiperreaktivliyi davam etdiyindən orada iltihabi reaksiya persistensiya edir. Bu enzim çatmamazlığını aradan qaldırmaq məqsədi ilə Vobenzim və flogenzimin istifadəsinin mümkünlüyü tədqiq olunur.