9 sonuçtan 1 ile 9 arası

Soyuducu necə yerləşdirilməlidir?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Soyuducu necə yerləşdirilməlidir?

    Qidalanmada sağlam məhsul seçimi qədər qidaların uyğun şəkillərdə saxlanması da əhəmiyyətlidir. Xüsusilə yeməklərin soyuducuda yerləşdirilməsində edilən səhvlər qidaların erkən xarab olması və bakteriya meydana gəlməsinə səbəb olur.
    Edilən ən böyük səhvlərdən biri yeməklərin alver əsnasında istifadə edilən paketlərlə soyuducuya yerləşdirilməsidir. Alver sonrası paketlərin dəyişdirilməsi lazım olduğunu , çöldə paketlərə bulaşmış bir bakteriyanın soyuducudakı digər qidalara da keçə biləcəyi vurğulanır.

    Bundan əlavə, qidaların qətiliklə qara paketlərə qoyulmaması lazım olduğunu və qara paketlərin tullantı plastiklərinin yenidən bərpası ilə yarandığı qeyd edilir. Bəzən qara paketlərin boyası axar, bu da sağlamlığımızı ciddi ölçülərdə təsir edər. Yeməklərin saxlanmasında ağ paketləri və ya plastik qabları seçməyimiz məsləhət görülür.
    Digər qidalanma və diet mütəxəssisləri isə paketlərin üzərinə bir neçə dəlik açılaraq meyvə və tərəvəzlərin saxlanma müddətlərinin artırılacağıı ifadə edirlər. Yaşıl, sarı tərəvəzlər, badımcan, kələm, çiyələk, şaftalı kimi meyvə və tərəvəzlər soyuducuda 3-7 gün təzəliklərini qoruya bilərlər. Bu tip meyvə və tərəvəzləri alverdən sonra təmiz paketlərin içinə qoyub, paketlərin üzərinə bir neçə dəlik açaraq buraxmaq, yeməklərin daha təzə olmasını təmin edər. Əgər yeməklər yuyunaraq soyuducuya qoyulacaqsa mütləq çox yaxşı qurudulmalıdır. Meyvə və tərəvəzlər nəm qoyulduğu halda daha tez çürüyər.
    Soyuducuda rəflər arası istilik fərqləri vardır. Buzluğa ən yaxın olan rəf hər vaxt ən soyuqdur və aşağı rəflərə doğru soyuqluq dərəcəsi azalar. Bu səbəblə bakteriya törəməsi ola biləcək məhsulların hər vaxt ən üstə yerləşdirilməsi lazımdır.
    Ən üst qata ət, balıq, toyuq, ikinci rəfə pendir, süd, qatıq daha aşağıya yeməklər və ən alta da tərəvəzlər yerləşdirilməlidir. Yeməklərin soyuducuda yerləşdirilməsində edilən bəzi səhvlərin bakteriyaların meydana gəlməsinə səbəb olduğu qeyd edilir.

    Yumurta kimi çirkli məhsulların soyuducunun qapaqlı qisimlərinə yerləşdirilməsi lazım olduğunu söyləyən mütəxəssislərı:
    "Bəzi soyuducuların yumurta qisimləri qapaqlı olmur. Yumurta da təmiz olmadığı üçün içində davamlı olaraq bir mikrob meydana gəlməsinə səbəb olur. Yumurta qisimləri qapaqlı soyuducular seçilməlidir. Həmçinin, soyuducuda ağızı açıq məhsul saxlanılmamalıdır." deyə qeyd olunur.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Soyuducu necə yerləşdirilməlidir?

    maragli movzudu cox sag ol,behrelendik

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Soyuducu necə yerləşdirilməlidir?

    maraqli idi yemekler nece gün qala biler soyuducuda ???? men gelecekde bir defe bişirecem ve 1 hefte yeyilecek.Bele planlaşdırmişam.Olar da???? Olmaz demek qadağandır!!!!!!
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Soyuducu necə yerləşdirilməlidir?

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    maraqli idi yemekler nece gün qala biler soyuducuda ???? men gelecekde bir defe bişirecem ve 1 hefte yeyilecek.Bele planlaşdırmişam.Olar da???? Olmaz demek qadağandır!!!!!!
    Emine bisirilecek o 1 heftelik yemek? olar olmazin desin?

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Soyuducu necə yerləşdirilməlidir?

    [Emine bisirilecek o 1 heftelik yemek? olar olmazin desin? [/quote]
    Emine niye??? yox sende gelecekde de ere zada getsem planlar qururam da
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Soyuducu necə yerləşdirilməlidir?

    asbazimiz varda ondan sorusaq
    [

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Soyuducu necə yerləşdirilməlidir?

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    maraqli idi yemekler nece gün qala biler soyuducuda ???? men gelecekde bir defe bişirecem ve 1 hefte yeyilecek.Bele planlaşdırmişam.Olar da???? Olmaz demek qadağandır!!!!!!
    Yaziq o 1 heftelik yemeyi yeyen Mede xesteliyine tutulacaq elinden Indiden deme da heftelik yemek bisireceyini...Alan olmayacaq
    ...

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Soyuducu necə yerləşdirilməlidir?

    kifayet qeder maraqli meslehetler goturdum ozum ucun tesekkurler

  9. #9
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Soyuducu necə yerləşdirilməlidir?

    Chox sag ol etrafli melumatlara gore yaxshiki siz oglan userlerimiz bele movzular qoyursuz biz qiz usherleride nese bir melumat gotururuk ordan

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.