Sayfa 2/8 İlkİlk 1234 ... SonSon
77 sonuçtan 11 ile 20 arası

Stomatologiya Konsultasiya

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Stamatoloqa Konsultasiya

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    Bilmek olar niye gore hekimler dishlerin beyazlanmasi deyende,o saat dish emalinin xarab olacagini deyirler?
    özümdən danışa bilərəm ki, mən elə düşünmürəm.
    bəyazlatmanın yolları çoxdur.

    AIRFLOW aparatla, yəni 3-5 AT (atmosfer təzyiqi )ilə ağartmaq,
    adi pasta və fırça ilə ağartmaq,
    Müsbət tərəfi:
    diş rənglənmələrini götürür
    gigiyenanı bərpa edir.
    Mənfi tərəfi:
    diş minasında cızıqlar,çatlar əmələ gətirə billər,
    diş ətin zədələyə bilər,
    dişlərdə hissiyyat arta bilər,
    əldə edilmiş bəyazlıq qısamüddətlidir.

    İkisi də dişlərin rəngin ən çox 1 ton aça bilir, bir də bunları ən çoxu ildə 2 dəfə etmək olar ona da ehtiyac olarsa.

    Müasir bəyazlatmalardan isə İŞIQ vasitəsilə ağartmaqdı.
    Müsbət :
    dişlərin rənginin 8-12 dəfə açır,
    bəyazlatmadan sonra hissiyyat hissi çox aşağı olur,
    bəyazlıq uzunmüddətli olur,
    digər toxumalar zədələnmir,
    gündəlik vərdişləri(çay,kofe ,siqaret) tərgitmədən bəyaz diş əldə etmək olur.

    Mənfi:
    başqa vasitələrə görə çox bahalıdır.

    dişlərin bəyazladılması ancaq həkim nəzarətində olunmalıdır,hamilə qadınlarda, diş minasının qüsurlarında(minanın olmaması),diş əti çəkilmələrində, yüksək hissiyyatlı dişlərdə bəyazlatmaq olmaz
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Stomatologiya Konsultasiya

    Alıntı _SoMMeT_ Nickli Üyeden Alıntı
    ok. 1 sualda verim siz bu qeder suali hele tecrubeden kecirmemisiz niye gec cavab yazdiz bilmediz ne yazasiz hiii?
    indi gördüyümə görə belə gec yazıldı. yəni forumu açdım,gördüm və yazdım.
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Stomatologiya Konsultasiya

    ela etdiz o zaman size ugurlar hami cavab gozleyir menimse sualim cox sehere saxliyiram

  4. #14
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Stomatologiya Konsultasiya

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    Niye ust dishler alt dishlerden tez xarab olur?
    maraqlı və deyərdim düzgün sualdır.
    doğurdan da üst dişlər alt dişlərə görə tez xarab olur.bir çox səbəbləri var: karies çox zaman dişin fissurunda(dişin üstündəki şırımlarda,qırışlarda,..) yaranır və üst dişlərin şırımları alt dişlərə nisbətdə dərin olur. başqa səbəb alt çənənin hərəkətli üst çənənin hərəkətsiz olması. özünü təmizləmənin alt çənəyə nisbətdə zəif olması.
    ancaq yenə də kariesin əmələgəlmə səbəbləri çoxdur...bunlar ehtimallardır.(yəni hər kəsdə eyni olmur)
    təşəkkürlər
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Stomatologiya Konsultasiya

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Lazerle plom doğrudanmi keyfiyyetlidi??
    el arasında işlənən o *LAZER* plomb əslində İŞIQLA BƏRKİYƏN PLOMBdur ( fotoPLomb,LC)
    bəli Kimyəvi bərkiyən PLOMBlara nisbətdə keyfiyyətlidir.Ancaq yenə də asılıdır hansı firmanın plombudur..
    PLombun keyfiyyətli olmağı bir göstərişlə olmur.
    Həm möhkəm olmalıdır, sıxılma(usadka) az verməlidir,allergiya verməməlidir,estetik olmalıdır,toksiki olmamalıdır,rentgenokontrast olmalıdır,alətə yapışmamalıdır,rəng seçimi dəqiq olmalıdır, asan hamarlanmalıdır,........ Bunların hamısına cavab verən plomb keyfiyyətli sayılır.
    təşəkkürlər
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Stomatologiya Konsultasiya

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    hansi dis pastasini meslehet gorursuz?
    bir şey deyim ki dişlərin təmizlənməsində diş pastalarının rolu çox deyil əsas düzgün təmizləmə texnikasıdır(dünən özünüz yazmışdınız).
    hamısının tərkibi demək olar ki eynidir.. pastalar çoxdur: ağartmaq üçün, diş ətləri üçün, ümumi(compleks),...
    mənim özüm GLİSTERdən istifadə eləyirəm....bir də bir pastadan çox istifadə eləmək də olmaz.. dəyişikli istifadə olunmağı məsləhətdir..
    Lacalut,İpana(made in turkey)colgate(made in France)....çoxdur ..bir sözlə saxta mal olmasın. ....
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  7. #17
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Stomatologiya Konsultasiya

    Alıntı Ruzgar_Gulu Nickli Üyeden Alıntı
    men disciye heyatımda 1 kez gittim dahada tövbe ettim korkuyorum men dis doktorlarından
    hamı qorxur.. ancaq gözləməyin ki dişiniz ağrısın sonra gedəsiniz.. ağrımamış gedin adapte olun,sonra gedəndə rahat olacaqsınız. bir sözlə vərdiş elətdirin özünüzü...axır əvvəl nə vaxtsa müraciət eləyəcəksiniz...
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  8. #18
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Stomatologiya Konsultasiya

    Alıntı _SoMMeT_ Nickli Üyeden Alıntı
    spicka copu ile disi qurdalamaq ziyandi yoxsa specalniy cop almax lazim ?
    *spicka çöp*ünün öz göstərişi var, o da ocaq yandırmaq üçün.. *speçialnıy Çöp* almaqdansa diş fırçası almaq lazımdır,istəsəniz diş sapları(floss) ala bilərsiz..yetər ki dişləri təmizləyəsiniz, qurdalamayasınız \
    təşəkkürlər
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  9. #19
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Stomatologiya Konsultasiya

    yaxsi ok tesekkur bes adi evdeki sapdan olmaz o sapda gerek specalniy olsun?

  10. #20
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Stomatologiya Konsultasiya

    Dişle bağlı menim de başım dertde
    Müalice zamanı anesteziya üçün istifade edilen dermanın tesiri mende 1 - 2 saat sonra alergiya reaksiyalarına sebeb olur.
    Uzanıram yere, tezyiq düşür
    Bir neçe klinika gezmişik ancaq faydasız, hekimler yaxın düşmürler. Qorxublar
    Tebii ki, bu hadiseler 2 - 3 il evvel baş verib.
    Bilmek isterdim anesteziyasız müalice mümkündürmü? Ağrılara dözmek olmaz ki ,

    önceden teşekkür edirem

Sayfa 2/8 İlkİlk 1234 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.