6 sonuçtan 1 ile 6 arası

Ağlamağın faydaları

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Ağlamağın faydaları

    İnsanın ən əhəmiyyətli orqanlarından biri olan göz narahatlıqlarının önündə göz yaşı kanalının tutulması durur.ölkənin tanınmış oftalmoloqlarından Harika Çevikel göz yaşı kanalı tutulmasının ən çox körpələrdə və qadınlarda rast gəldiyini, bunun da gözdə infeksiyaya səbəb olduğunu bildirib.Göz yaşı kanalı tutulması ilə yanaşı, gözdə quruluğun da sağlamlıq üçün problem olduğu yazılarkən, aparılan araşdırmalarda zaman-zaman ağlamağın faydalarının da olduğu öyrənilib. Gözyaşının tərkibindəki bir maddə əgər heç axmazsa, göz quruluğu narahatlığına səbəb olur. Hərdən ağlayan adam beləcə bu xəstəliyə tutulmaqdan xilas olur. Xüsusilə kədərlənən zaman ağlamaq ürəyi daha az yorur. Çünki gözyaşı axıtmaqla kədərli olarkən sıxışan ürək damarları açılır. Ağlayaraq bir çox xəstəliyin əsas düşməni olan stresslə başa çıxa bilərsiniz. Çünki bu duyğu təəccüblü olsa da xoşbəxtlik hormonlarını hərəkətə gətirir.Kədərli olduğu günlərdə gözyaşı tökən insanlar rahatlayaraq daha yaxşı yuxu alırlar. Sıxıntılı və ya sevincli olduğu zaman təzyiqi düşən, ya da qalxan adam ağladıqda təzyiqi normal vəziyyətə dönür. Ağladıqda bədəndəki stress hormonları göz yaşları vasitəsilə bədəndən uzaqlaşır və bir az sonra rahatladığını hiss edir. Harika Çevikel körpələrdə gözyaşı kanalı tutulmasının masaj tətbiq olunaraq aradan qaldırıldığını söyləyib: “Körpələrdə göz yaşı kanalının tutulması zamanı ilk 1 il masaj tətbiq olunur. Masaj burun kökündən aşağı doğru sığallayaraq həyata keçirilir. Gündə 4 dəfə 15 dəfə olmaqla bu masaj hərəkətini etmək lazımdır. Masajla kanalın öz-özünə açılma ehtimalı 95 faizdir. Ancaq bu, mütləq işin mütəxəssisi tərəfindən edilməlidir”.


    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ağlamağın faydaları

    xeyirde var imis.sag ol movzuya gore melumatlandim
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Ağlamağın faydaları

    aglamag qizlara mexsusdu.demeli bize xeyirdi. .................bilmirdim hec.movzuya gore tesekkurler

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: Ağlamağın faydaları

    bir qadın heyatının 15 ilini ağlamaqla keçirir Kişiler ise 6 ilinii
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Ağlamağın faydaları

    Emin salam aleykum
    Zaman daralır......

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ağlamağın faydaları

    istemirem goz yasi ile gelen xeyri men istemirem

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.