5 sonuçtan 1 ile 5 arası

Test

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Test

    Həyatından razısan?
    Sadəcə «hə» və ya «yox» cavabını verin

    1. Başqaları səndən yaxşı geyinir? «hə - 0», «yox - 1»
    2. Evini dəyişmək istəyirsən? «hə - 0», «yox - 1»
    3. İşini dəyişmək istəyirsən? «hə - 0», «yox - 1»
    4. Heç olmasa bir dəfə özünü başqası kimi təqdim etmək istərdin? «hə - 0», «yox - 1»
    5. Həyatda etdiklərinə görə özünlə fəxr edirsən? «hə - 1», «yox - 0»
    6. Sevgilinlə yola gedirsən? «hə - 1», «yox - 0»
    7. Dostlarınla aran həmişə yaxşı olur? «hə - 1», «yox - 0»
    8. Qohumlarınla dil tapa bilirsən? «hə - 1», «yox - 0»
    9. İntim həyatından razısan? «hə - 1», «yox - 0»
    10. Öz xarici görkəmini bəyənirsən? «hə - 1», «yox - 0»
    11. Yaxşı yatırsan? «hə - 1», «yox - 0»
    12. Çox vaxt qanıqara və əsəbi olursan? «hə - 0», «yox - 1»
    13. Aktiv insansan? «hə - 1», «yox - 0»
    14. Stressi asanlıqla atırsan? «hə - 1», «yox - 0»
    15. Səncə, həyat ədalətsizdir? «yə - 0», «yox - 1»

    Nəticə:
    9 xal və daha çox
    Sən həyatından çox razısan. Qarşına çıxan problemləri asanlıqla həll etməyə qadirsən. Təbii ki, həyatında bəzi şeyləri dəyişmək daha yaxşı olardı, lakin ümumilikdə xoşbəxtsən.
    4 – 8 xal
    Həyatından müəyyən qədər razısan, lakin dəyişiklik edəcək çox şey var. Amma imkanın hələlik buna yol vermir.
    3 xal və daha az
    Həyatından narazısan. Lakin rahatlığın üçün həyat tərzini dəyişmək məsləhətdir.

    Tənbəlsən?
    Hər «hə» cavabına 1 xal, «yox» cavabına 0 xal yaz.

    1. Evdə tək olmadığım vaxtlar telefon zəng çalanda mən heç vaxt dəstəyi götürmürəm. Bilirəm ki, bunu mənim yerimə kimsə edəcək. Tək olanda isə 3-4. zəngdən sonra telefona yaxınlaşaram.
    2. İşə və ya görüşlərə həmişə gecikirəm. Çünki vaxta çox az qalmış yataqdan dururam.
    3. Piyada getməmək üçün işə lap yaxın məsafədə avtobusdan düşürəm.
    4. Ayaqla gəzmirəm, velosipedə minmirəm və idmanla məşğul olmuram.
    5. Televizora çox baxıram və ya divanda uzanıb jurnal oxuyuram.
    6. Gündə heç olmasa iki saat bir yerdə oturub, xəyala dalıram və ya heç nə fikirləşmədən ətrafa nəzər salıram.
    7. İşdən sonra əlavə məşğuliyyət axtarmıram.
    8. Ellimdəki zibili küçəyə, yerə atıram.
    9. Evdə yır-yığış edəndə mebelin arxasını və ya yatağın altını süpürmürəm.
    10. İş yoldaşlarımın boynuna daha çox yük düşsün deyə, az iş görürəm. Onsuzda aylıq maaşda heç bir dəyişiklik olmayacaq.

    Nəticə:
    8-10 xal
    Arada tənbəlləşirsən. Səni aktiv də adlandırmaq olmaz. Çünki rəqiblərin elə də çox deyil. Amma ən yaxşısı bir az hərəkət etmək lazımdır. Tənbəlliyin sənə həm karyerana, həm də ətrafdakılarla ünsiyyətə mane olur.
    4-7 xal
    Başqaları kimi sən də tənbəlliyə meyillisən. Amma bunu normal adlandırmaq olar. Çünki bu tənbəlliyin sənə mane olmur.
    0-3 xal
    Tənbəllik səndən çox uzaq anlayışdır. Sənin düşüncənə görə tənbəllik insana ziyandan başqa heç nə gətirmir. Aktiv insansan. Amma dincəlməyə bir az vaxt ayırmalısan. Bu, sənin üçün xeyirli ola bilər.

    Sevgilini tanıyırsan?
    Hər «hə» cavabına 5 xal, «yox» cavabına 0 xal yaz.

    Bilirsənmi?
    1. Sevgilin səninlə gizli sirlərini bölüşür?
    2. Onun sevdiyi rəng
    3. Sevgilinin stresi necə atdığından xəbərin varmı?
    4. Onun çəkisi nə qədərdir?
    5. Sənin hansı xüsusiyyətinin onun xoşuna gəldiyindən xəbərin var?
    6. Bəs sənin hansı xüsusiyyətinin onun xoşuna gəlmədiyini bilirsən?
    7. Onun ən sevdiyi yeməkdən xəbərin var?
    8. Onun xasiyyətinin ən zəif cəhətini bilirsən?
    9. Onun işlərindən xəbərin var?
    10. O nədən qorxur? Bilirsən?

    Nəticə:
    40-50 xal
    Səni təbrik edirik! Sevgilini çox yaxşı tanıyırsan. Bu da o deməkdir ki, sən öz ailəni xoşbəxt etməyə qadirsən.
    30-35 xal
    Nəticə pis deyil. Demək olmaz ki, sən onun xasiyyətinə yaxından bələdsən. Yaxşı olardı ki, onun xasiyyətinin digər xüsusiyyətlərinə də fikir verəsən.
    20-25 xal
    Onu yaxşı tanıyırsan. Amma onunla daha çox vaxt keçirib və ona qarşı diqqətcil olmalısan. Onun sənin diqqətinə, sənin də onun xasiyyətini öyrənməyinə ehtiyacınız var.
    20 xaldan aşağı
    Demək olar ki, onu ümumiyyətlə tanımırsan. Bu da o deməkdir ki, sən onunla az ünsiyyətdə olursan. Bu da münasibətlərinizin soyumasına gətirib çıxara bilər.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Test

    1-Həyatından razısan? 13 xal
    2-Tənbəlsən? 4 xal
    3-Sevgilini tanıyırsan? 30 xal

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    1

    Re: Test

    testə görə təşəkkürlər.əla testlərdi.1-ci 11,2-ci 3

  4. #4
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Test

    tenbelesen-4xal

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Test

    4 – 8 xal
    Həyatından müəyyən qədər razısan, lakin dəyişiklik edəcək çox şey var. Amma imkanın hələlik buna yol vermir

    4 -7 xal
    Başqaları kimi sən də tənbəlliyə meyillisən. Amma bunu normal adlandırmaq olar. Çünki bu tənbəlliyin sənə mane olmnur

    20 xaldan aşağı
    Demək olar ki, onu ümumiyyətlə tanımırsan. Bu da o deməkdir ki, sən onunla az ünsiyyətdə olursan. Bu da münasibətlərinizin soyumasına gətirib çıxara bilər.

    duzdur men hec onu tanimiram

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.