7 sonuçtan 1 ile 7 arası

Virtual sevgi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Virtual sevgi

    Müasir gənclər ünsiyyət qurmaqda çox vaxt çətinlik çəkirlər. İnternet vasitəsilə tanışlıq əsasən, real həyatda ünsiyyət qurmağa vaxtı və cəsarəti olmayanları öz imkanları ilə cəlb edir. Təcrübə göstərir ki, internetdə ünsiyyət çox rahat keçir. Ancaq bunun əyləncə, yoxsa əsl hisslər olduğunu necə təyin etmək olar? Bunu bilmək çox asandır: əgər daim fikrinizdə onun sizə yazdığı ifadələr dolaşırsa, mail-ini gördükdə ürəyiniz tez-tez döyünürsə - bu elə virtual sevgi deməkdir. "Aysel" gənclərin, həmçinin orta yaşlı insanların da müraciət etdiyi virtual sevginin müsbət və mənfi tərəflərini sadalayır.

    Müsbət tərəfləri:
    1. İnternetdə 90-60-90 bədən ölçülərinə malik olmağınız, boyunuzun 170 sm-ə çatması vacib deyil.
    2. Məhz burada siz öz ağlınızı və yumor hissinizi səhv başa düşülməkdən qorxmadan göstərə və sizə mənən yaxın olan insanı tapa bilərsiniz.
    3. Şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən açıqlaya bilərsiniz.
    4. Onunla istənilən mövzunu on-line müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.
    5. Hətta öz şahzadənizi tapmasanız belə, real həyata da keçirə biləcəyiniz çoxlu yeni dostlar qazanmış olacaqsınız.
    6. Ən əsası - əgər sizə virtual görüş təyin ediblərsə, əyninizdə köhnə paltarın və ya saçlarınızda kəpəyin olmasının dərdini çəkməyəcəksiniz. Sadəcə, ayaq altında qalıb tapdalanmış kedləri və köhnə idman köynəyinizi geyinib klaviaturada necə cazibədar və valehedici olduğunuzu yaza bilərsiniz.
    7. Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa, real ünsiyyəti əvəz edir.
    8. İnternet evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq imkanı verir. Xaricilərlə və ya xaricdə yaşayan həmyerlilərlə danışmaq çox maraqlıdır. İnternet xarici vətəndaşla ailə qurmaq və ya xarici dili təkmilləşdirmək istəyənlər üçün çox yaxşı imkanlar yaradır.
    9. Kiminlə danışmağa və münasibət qurmağa özünüz qərar verirsiniz. Adətən tanışlıq saytları geniş seçim imkanı verir, sizə yalnız ürəyinizə yatanı seçmək qalır.
    10. Münasibətlərinizi tədricən, tələsmədən qura bilərsiniz. Üstəlik, real həyatdakından fərqli olaraq, virtual aləmdə lazımı anda ani qərar vermə riski olmur. Monitor arxasında oturarkən sizin həmişə düşünməyə, fikirlərinizi analiz etməyə, nə yazmaq istədiyinizə qərar verməyə vaxtınız və imkanınız genişdir.

    Mənfi tərəfləri:
    1. Virtual obraza vurulan insan, daim öz qəhrəmanının xəyalıyla sanki virtual, uydurulmuş aləmdə yaşayır. Real insanlar, real hadisələr isə həyatında ikinci, hətta üçüncü dərəcəli rol oynayır.
    2. Hər an ola bilər ki, çox gözəl şahzadə keçəl, barmağında nişan üzüyü olan "day-day", nəzakətli xəyalpərəst isə tatuirovkalı roker olsun. Hər halda real insan xəyalınızda canlandırdığınız obrazdan uzaq olacaq. Belə ki, bizim təxəyyülümüzdə ideal bir obraz formalaşır, heç bir real kişi isə idealla rəqabət apara bilməz.
    3. Həmsöhbətiniz sizdən min kilometr uzaqda - başqa şəhərdə və ya başqa ölkədə yaşaya bilər. Onunla görüşmək sizin üçün əsl problemə çevriləcək.
    4. Hadisələrin ən təhlükəli dönüşü isə: siz internetdən asılı vəziyyətə düşə bilərsiniz və onda real həyat virtualla müqayisədə sizin üçün daha az önəm kəsb edəcək.
    5. Subaylıqda vaxtının çoxunu tanışlıq saytlarında, chat-da keçirənlər ailə həyatı qurandan sonra bu vərdişlərindən əl çəkə bilmirlər. Həyat yoldaşı ola-ola yeni tanışlıqlar qurur, başqaları ilə ünsiyyət yaradırlar. Bunun da xəyanətdən demək olar ki, fərqi yoxdur.
    6. Bəziləri internetə əyləncə kimi baxırlar. Onlar ciddi sevgi axtarışında olmurlar. Belə bir insanla uzun müddət münasibət qurub ona bağlana bilərsiniz. O isə sizin hisslərinizlə oynaya bilər.
    7. On-line dostunuz haqqında yalnız onun təqdim etdiyi məlumatları əldə edəcəksiniz. Bunların yalnış və ya doğru olduğunu yoxlamağa imkanınız olmayacaq.
    8. Əgər nəyisə düşünmədən və sadəcə zarafat xatirinə yazıb göndərmisinizsə və bu da qarşıdakı tərəfin xətrinə dəyibsə, özünüzə bəraət qazandırmaq çətin məsələ olacaq. Belə ki, virtual aləmdə hissləri, emosiyaları ötürmək çox çətindir. Yenə də yaxşı ki, smaylikləri kəşf ediblər.
    9. Britaniya alimləri müəyyənləşdiriblər ki, internet-yazışmada biz insanı sadəcə 3%, real görüşdə isə verbal nitqdən istifadə olunmasa belə 70% tanıya bilərik. Baxış, hərəkətlər və hətta qoxudan çox şey öyrənmək mümkündür.
    10. İnternetdə elə birinə rast gələrsiniz ki, o sizin şəkillərinizi, haqqınızda bəzi məlumatları dostlarına yayar. Ona görə də ehtiyatlı olmaq lazımdır.

    Nəticədə sonuncu məsləhət: "Virtual romanları ürəyinizə salmayın". Əslində biz hər şeyi çox gözəl anlayırıq. Axı adi həyatda internetdə olduğu kimi söhbət etmirik. Hər halda diskotekada sevgilinizlə Afrikadakı aclığı müzakirə etməyəcəksiniz ki?
    Əlbəttə, chat-da real sevgini tapma şansları da böyükdür. Ancaq yaxşı olar ki, kompüteri söndürüb bayıra çıxasınız və monitordan qızarmış gözlərlə sizi əhatə edən aləmə baxasınız. Bəlkə də real şahzadənizi tapdınız, nə bilmək olar!

    Virtual sevginin ən üstün cəhəti: Bilirsən ki, səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Virtual sevgi


  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Virtual xəyala aşiq olmaq mümkündürmü?

    O insanın xəyalı ilə yaşamaq, onu hər kəsdən fərqli etmək, onu ideallaşdırmaq virtual aləmə daxil olan çox insanın yaşadığı bir hadisədir.
    Virtual aləm bir insanın daxilini necə müəyyən edə bilər?
    Daxilinə bələd olmadığımız bir xəyala aşiq olmaq mümkün olsada bu sevginin ömür nə qədərdir?
    Çoxları bir xəyala aşiq olmayacağını dilə gətirsələrdə əslində bir xəyalı fərqli olaraq görməyi hər birimiz yaşayırıq.Kimdənsə, nə iləsə fərqləndirə bilirik.Fikirlərimizdə, beynimizdə artıq onun yazdıqları, onun dedikləri dolaşır.Bir anlıq "Mən nə edirəm?" deyirsən içində.Axı onun səsini heç eşitməmisən.Axı onu heç görməmisən.Sənin içində böyütdüklərin bəlkə sadəcə bir xəyaldır?Başlanğıcda necə də, gözəl olur bu hisslər.Xəyallar yeganə məkandır ki, biz orda sərbəstik!

    Biz xəyallarımızdakı ssenarini özümüz təyin edə bilirik!
    Biz xəyallarımızın fərqli olmasını müəyyən edə bilirik!
    Biz xəyallarımdakı insanları seçirik!
    Biz xəyallarımızda azadlıq, rahatlıq, realda olmayacaq qədər sərbəstlik əldə edirik!

    İlk əvvəl xəyaldan xoşlanırıq.Ona yaxın olmaq üçün əlimizdən gələni edirik.Sonra isə aşiq olduğumuzu hiss edirik.Fikrin, düşüncələrin onun sözləri ilə dolu olur.Ancaq bəzəndə bu fikir səni rahat qoymur.Bəlkə xəyallarımdakı insanı ideallaşdıran olan mənəm? Bəlkə oda sıradan biridir?
    Nə qədər suallar beynində fırlanır.Bəs bu sualların cavabları kimdədir?
    Sənin içindəkilər sadəcə bunları deyir.
    Mən heç bir zaman görmədiyim, söhbət etmədiyim, yaxınlıq qurmadığım bir xəyala aşiqəm.
    O xəyalın məni tərk etməsini istəmirəm.Kaş bir ömür davam etsə.Reallıq mənim gözəl xəyalımı zədələməsə..Acı həqiqətlər xəyallarımın yalan üzərində qurulduğunu deməsə...Heç kəs mənə bu sadəcə müəyyən müddətlik həyəcandır deməsə...Kimsə qarşımasa mənim sevgimə, kimsə daxil olmasa o dünyama, kimsə bizi ayırmağa çalışmasa, qarşılıqsız olsa belə bu sevgi daima içimdə yaşasa, sevdikcə böyüsə, məni heç vaxt dərk etməsə nə olardı?

    İndi siz deyin:

    -Sevmək üçün görməkmi gərək?
    -Sevmək üçün onun səsini eşitməkmi gərək?
    -Sevmək üçün ona toxunmaqmı gərək?
    -Sevmək üçün onun yanında olmaqmı gərək?
    Bunlar mümkün deyilsə "O" sadəcə bir xəyaldırmı?
    ...

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Virtual sevgi

    İndi siz deyin:

    -Sevmək üçün görməkmi gərək?-xeyir men gormeden sevmisem
    -Sevmək üçün onun səsini eşitməkmi gərək?- sevirdim amma sesini ele de cox esitmemisdim sonradan beyan edenden sonra esittim
    -Sevmək üçün ona toxunmaqmı gərək?-aaaa ele sey olar
    -Sevmək üçün onun yanında olmaqmı gərək?-aha
    Bunlar mümkün deyilsə "O" sadəcə bir xəyaldırmı?-yox yox

  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Virtual sevgi

    İndi siz deyin:

    -Sevmək üçün görməkmi gərək?
    -Sevmək üçün onun səsini eşitməkmi gərək?
    -Sevmək üçün ona toxunmaqmı gərək?
    -Sevmək üçün onun yanında olmaqmı gərək?
    Bunlar mümkün deyilsə "O" sadəcə bir xəyaldırmı?


    anlamadim.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  6. #6
    Member
    Üyelik tarihi
    Feb 2010
    Yer
    Azerbaijan, Baku
    Mesajlar
    61

    Re: Virtual sevgi

    inanin ki, men hec orda yazilanlari oxumadim. Bu basliq menim qisa ve deqiq cavab vermeyime bes edir. Virtual sevgi-sadece vaxtini bosa xerclemekdir. Tebii ki, bu menim subyektiv dusuncemdir... Sonunun ne olacagini bilmirsen, hec duzgun tesevvur de ede bilmirsen, ancaq neyise yasamaga calisirsan. Bir dusunun, heyatin butun realliqlari qalib, yasamaq ucun qeyri-reali secirsen. insan gerek yasadigi her saniyenin qedrini bilsin...
    Sebuhi M. Yasifoglu/SMY_Production

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Virtual sevgi

    Alıntı smy_production Nickli Üyeden Alıntı
    inanin ki, men hec orda yazilanlari oxumadim. Bu basliq menim qisa ve deqiq cavab vermeyime bes edir. Virtual sevgi-sadece vaxtini bosa xerclemekdir. Tebii ki, bu menim subyektiv dusuncemdir... Sonunun ne olacagini bilmirsen, hec duzgun tesevvur de ede bilmirsen, ancaq neyise yasamaga calisirsan. Bir dusunun, heyatin butun realliqlari qalib, yasamaq ucun qeyri-reali secirsen. insan gerek yasadigi her saniyenin qedrini bilsin...
    men de sizinle tam raziyam . ne qeder aci olsa da realliq en doqru olanidir

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.