9 sonuçtan 1 ile 9 arası

Sakit ol, sinirlərinə hakim ol!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Sakit ol, sinirlərinə hakim ol!

    Hirsləndin, kədərləndin, narahatsan ya da çox əsəbisən… Gözündən atəş, burnundan tüstülər çıxır, amma sən yenə də dayan! Bu yazını oxumadan əsla bir şey demə, kimsəni incitmə, incilərini ortaya saçma!

    Hamımız bəzən dilimizin idarəsini itirə bilərik. Dilin sümüyü olmadığı üçün bu idarəsini yenidən qazanmaq da çox çətin ola bilər Stressli və ya alışılmamış bir vəziyyətdə birdən-birə özünü mənasız bir şey deyərkən tapa bilərsən. Beş dəqiqə sonra tək qaldığında isə, "Niyə bunu söylədim ki" deyə peşmanlıq duymağın qüvvətlə olabiləcək. Hətta elə vəziyyətlər olar ki, utancdan başı divarlara belə vurmaq istəyə bilərsən. O halda, "Son peşmanlıq nəyə fayda, hər şeyin əvəzi var" deyərək, sənə xətti keçməmənin sirləri verək və beləcə səni bu stressli vəziyyətlərdən qurtaraq!

    NARAHATSAN

    Gic - gic danişmaq , əsəbi olduğumuz zamanlarda ola biləcək ən ümumi problemdir. Belə anlarda doğru sözlər tapmaq həqiqətən çətindir və insan ümumiyyətlə ağılına ilk gələn şeyləri pat deyə deyər. Amma sən bunu etməyəcəksən! Özünü təzyiq altında hiss etdiyində, əvvəl dərin bir nəfəs al. Danlşacağını, səhv şeylər söyləyəcəyini düşünürsənsə əgər, gözlərini möhkəmcə yum və bir müddət səssiz qal. Ağızından çıxan sözlər şişirdilmiş olmasın və yalan danışma. Çünki yalana müraciət etsən, irəliləyən zamanlar üçün başını daha böyük bəlaya soxmuş olarsan. Əgər həyasızcasına bütün ağılına gələnləri saymağa başlarsansa, ünsiyyət adına böyük bir çuxur qazırsan, özünü də içinə atırsan deməkdir. Məqsədimiz, bunu əngəlləmək. Əsla etməməyin lazım olanlara gəlincə…

    Et

    * Tanıdığın özündən əmin bir insanı xəyal et. Belə stressli vəziyyətlərdə, onun necə danışdığını düşün və onu nümunə götür.

    * Əgər çox gərginsənsə, danışmağı qarşı tərəfin istiqamətləndirməsinə icazə ver. Sakit olaraq, ona məntiqli suallar soruşmağa çalış və sənə soruşulan suallara düşünərək cavab ver.

    * Empati qur; "Əgər qarşı tərəfdə mən olsaydım və özümlə danışsaydım, nəylə əlaqədar danışmaq istəyərdim" deyə düşün və ona görə sözlər seç.


    Əsla etmə

    * "Aman tanrım çox həyəcanlıyam, narahatam. Xeyr, amma bəli… Nə oldu bilirsənmi? Mən elə söyləmədim, yəni, şkafı da mən açmadım, amma açdım bəlkə də, amma sonra yenə bağladım və" kimi arxa arxaya mənasız sözlər sıralarsansa, günahsızkən günahkar vəziyyətə düşə bilərsən, unutma!

    QIZĞINSAN

    Əyləncəli ruh halın uçub getdiyində, səsin yüksək, sürətli və çatlaq partlaq çıxacaq, çünki ağız əzələlərin sıxılar və hərəkətə hazır olar. İncimiş hiss etdiyin zaman, ilk instinktin bir mislləmə içində qarşındakını danlamaq olacaq. Bunun səbəbi, bədənindəki adrenalin səviyyəsinin yüksəlib bütün bədəninə dağılması. Bu da agresifliğini yüksəldər. "Hirslə qalxan, zərərlə oturar" vəziyyətinə düşmək istəmirsənsə, bunlara diqqət yetirməlisən:

    Et

    * Necə hiss etdiyini nəzarət et. Yanaqlarına alovlar çıxdımı, qarınında idarə edilə bilməz bir gərginlik hiss edirsənmi, əllərin titrəməyə başladımı? Hamısına cavabın "Bəli"sə, sən həqiqətən çox qızğınsan Əvvəlcə bədəninin idarəsini ələ keçərməyə çalış və istəksizcə sayrışan əzələlərini sakitləşdirməyi sına

    * Danışmadan əvvəl dərin bir nəfəs al. Oksigen, sakit olmağına və daha yaxşı düşünməyinə köməkçi olar.


    Əsla etmə

    * Qarşındakının dünyagörüşünü görməməzlikdən gəlmək, edəcəyin ən böyük səhv olar. Ağızından çıxan sözlərin məsuliyyəti altında əzilmədən əvvəl, qarşındakının o anda nələr düşündüyünü təxmin etməyə çalışmalısan. Öz-özünə davamlı deyinmək, əsla etməməyin lazım olan ən əhəmiyyətli şey!

    * Nə qədər qızğın olsan ol, mübahisə səviyyəsinə salma və kobud sözlər istifadə etmə. Bunu etsən, əlaqənizə geriyə dönülməz ziyanlar vermiş olarsan.

    BİR SİRRİ SAXLAMAQ MƏCBURİYYƏTİNDƏSƏN

    Bir sirri saxlamaq üçün söz verdiyində, böyük bir məsuliyyət götürmüsən deməkdir. Ya o sirri heç öyrənməməli idin ya da onu sonsuza qədər saxlamağı bilməlisən. Əgər bu missiyanı götürdünsə, sənin üçün edilməsi lazım olan ən uyğun davranış, səssiz qalmaq olacaq. Qarşındakı, sirrli sirrini öyrənə bilmək və dedi-qodu vəsaiti yığa bilmək üçün hər cür nömrəni sınayacaq, amma bu oyuna əsla gəlməməlisən. "Ölümü gör bax söylə, bir daha səninlə danışmam söyləməzsənsə, ya vallah kimsəyə söyləməm" kimi uydurmalar, səni aldatmasın. Çünki "Sirrini vermə, o da söyləyər dostuna" Əgər başqasının sirrini boşboğazlıq edərək söyləsən, hər vaxt gözyaşı tökəcək olan adam sən olarsan və çox dəyər verdiyin bir yoldaşını itirə bilərsən. Bu riskə girmək istəmirsənsə, bu mövzularda çox diqqətli olmalısan.

    Et

    * Qarşındakının vəziyyətini anlamasını təmin et. Əgər o sənə bir sirrini vermiş olsaydı, bunu başqalarının öyrənməsini istər idimi? Bu sualı ona soruşa bilərsən. Ancaq bu şəkildə səni anlayacaq və səssizliyinə hörmət göstərəcək. Hətta bəlkə bu şəkildə sənin nə qədər etibarlı bir insan olduğunu anlayacaq.

    * "Sənə bir şey söylədiyimdə, güvən içində saxlanmasını gözləyərdim, yoldaşım da məndən bunu istədi" də. Buna söyləyəcək söz tapa bilməyəcək. Bütün uydurmalarını geri çəkmək məcburiyyətində qalacaq

    * Bəzi şeylər əsla mübahisə edilə edilməz və pula çevrilməz. Bunların ən başında da sirlər gəlir. Sirləri kilidli bir kassada saxlamaq və sonsuza qədər orada güvən içində tutmaq lazımdır. Ancaq sirrin sahibi, gəlib onu ala bilər və istəsə, hər kəsə göstərə bilər. Bu, sənin məsuliyyətində deyil.


    Əsla etmə

    * Məşhurluq və şöhrət üçün kimsənin sirrini öyrənməyə çalışma və yenə eyni səbəblər üzündən bir sirri əsla aşkar etməyə çalışma.

    * İnsanları, başqalarının sirrini irdələyib öyrənmələri üçün cəsarətləndirmə. Çünki eyni şey bir gün sənin sirlərinin başına da gələ bilər. Kimsənin sənə bunu etməsini istəməzsən, deyilmi?
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Sakit ol, sinirlərinə hakim ol!

    teşekürler.Eminin sirr saxladığının şahidiyem.Ondan söz almaq Qrabağı ermenilerden almaqdan cetindi
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Sakit ol, sinirlərinə hakim ol!

    hmm

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Sakit ol, sinirlərinə hakim ol!

    cox sag ol
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Sakit ol, sinirlərinə hakim ol!

    1 daha hmm

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Sakit ol, sinirlərinə hakim ol!

    Ellerine saglık.. ' günahsızkən günahkar vəziyyətə düşə bilərsən, unutma! bu söz cok dogru
    HaKKım heLaL,Sewqim haRam oLsun

  7. #7
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Sakit ol, sinirlərinə hakim ol!

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    teşekürler.Eminin sirr saxladığının şahidiyem.Ondan söz almaq Qrabağı ermenilerden almaqdan cetindi
    Qarabaği ermenilerden almaga nə var ki siz ruslar 1 saatliq qoymayin ermenilere kömək etsiz biz 100 əsgərlə alariq Vətənimizi.
    Nəsə Mövzudan uzaqlaşmayaq.

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Sakit ol, sinirlərinə hakim ol!

    maraqli movzu idi.tesekkurler... teki dogruyu bilibde,onu sinirli zamanda heyata kecire bilmek o qeder asan olsaydi.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  9. #9
    MLL
    MLL çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    176

    Re: Sakit ol, sinirlərinə hakim ol!

    COX GOZEL MESELEYE TOXUNMUSAN.AMA ELE INSAN VARKI,,, DALASANDA BUTUN SOZ YIGIMIN, PIS SOZLERNEN TUKEDIR,BARISANDA DA HECNE OLMAMIS KIMI,GOZUNUN ICINE DUZ BAXIR
    BIRDEKI,,, IKI NEFERIN BILDIYI SIR,,,SIR DEYILDIR .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.