Evtanasiya ("ev"-yaxshı, "tanatos"-olum) bir insanın oz isteyile, shqa bir insanın onun olumune komek etesi demekdir.
Bu, sagalmaz xesteliye doze bilmeyen insanın konullu olaraq olumu secmesidir. Azərbaycanda bu, qanunla qadagandır menim bildiyim qeder.
Evtanaziyanın feal və passiv formaları var. Feal evtanaziyada xestenin həyatını bilerek dayandırmaq ucun inyeksiyadan istifadə olunur. Oreqon ştatında isə xəstənin əzab çəkməməsi üçün həkim ona dərman verməklə öldürür. Fəal evtanaziyada zərərli preparatlarla yanaşı, həm də xüsusi qurğulardan istifadə olunur. Bu zaman istifadə olunan qurğunun funksiyası elə qurulub ki, xəstə özü evtanaziya edir, yeni həkim heç bir məsuliyyət daşımır. Xəstə həmin alətə qoşulur və özü də onu isə salır.
Passiv evtanaziyada isə xəstəni həyatda saxlamaq üçün aparılan müalicə dayandırılır.
Bax belə..
Bəs siz bu barədə nə düşünürsünüz? Əgər sizin yaxın, əziz bir insanınız (Allah uzaq etsin!!!) hər hansı bir xəstəlikdən əzab çəksəydi, sizdən bununla bağlı ona kömək etmənizi istəsəydi, siz bunu edərdinizmi? Edə bilərdinizmi? Özünüz elə bir vəziyyətə düşsəydiniz, kimdənsə sizə “kömək etməsini” xahiş edərdinizmi? Sizcə, bu nə dərəcədə düzgün bir qərardır?
Sizcə, buna qanunla icazə verilməlidi, yoxsa yox?
Sonda, xahişim olacaq… Mövzuya din nöqteyi nəzərdən yanaşmayın!