Nikahı nə dağıda bilər? - dava-dalaş yoxsa darıxmaq? Psixoloqlar əmindirlər ki, bunların hər ikisi. Lakin davalardan daha tez ümumi marağın olmaması və darıxmaq ailəyə son qoya bilər.

Nyu-York mütəxəssisləri uzun illər ərzində təxminən 100 cütlük üzərində araşdırma aparıblar. Həmin ailələr evliliyin 7 və 16-cı illərində sorğuda iştirak ediblər. Məlum olub ki, 7 ildən sonra bir yerdə yaşayaraq ümumi maraqları olmayan ailələrdə, dava-dalaşı çox olan ailələrə nisbətən daha çox boşanma halları qeydə alınıb. Bununla alimlər belə nəticəyə gəliblər ki, darıxmaq nikahı daha tez dağıdır. Həmçinin qarşı tərəfi maraqsız hesab edən ailələr evliliyin ilk 7 ilində boşanmaya müraciət etmiş olurlar.


Bəs siz bu hakda nələr düşünürsüz?