4 sonuçtan 1 ile 4 arası

Dua Psixologiyası

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Dua Psixologiyası


    Dua-bu sözün mənası sığınmaq,xahiş etmək və yalvarmaq mənasını verir. Daha düzgün tərif versək dua,hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarma mənasını verir.

    Dua yalnız inanclı insanların həyatında iştirak edən bir anlayış kimi görünsə də əslində inanclı-inancsız hər kəsin həyatında var. Hər hansı bir inanc sistemi ilə əlaqəsi olmayan kəslər belə çətin vəziyyətə düşdükdə, hər hansı bir problemi həll etməyə qadir olmadıqda özündən daha böyük bir gücə sığınmaq istəyir.O gücdən kömək gözləyir. O adam bəlkə bu gücü Allah,Tanrı,və yaxud Budda olaraq xarakterizə etmir, amma yenə də bir üstün gücdən, qarşılaşdığı çətinlikdən özünü qurtarmasını arzu edir.

    Niyə insanlar xüsusilə çətin vəziyyətlə qarşılaşdıqda hər hansı bir gücə sığınmaq istəyirlər? Və bu necə bir istəkdir ki, inanclı-inancsız hər kəsdə var?

    İnsan dünyaya gələrkən çox gücsüz olur və bir çox şeyə ehtiyac duyur. Ana insanın ilk sığınacağıdır. Ana yeni doğulmuş insan üçün həm qoruyucu həm də bəsləyicidir. Zaman keçdikcə insan böyüyür.Böyüdükcə ananın rolu azalır və bir müddət sonra da ana həyatımızdan çıxıb gedir.Bu müddət ərzində insan xeyli böyüyüb formalaşır, amma problemlər, ehtiyaclar da bir o qədər çoxalmış olur. Kiçik yaşlarda yalnız sevgiyə və ana südünə ehtiyac duyan insanın ehtiyacı xeyli artır. Fəlakətlər, xəstəliklər, qəzalar insanın ətrafını sarıyır. Və insan bu ehtiyaclar və çətinliklər qarşısında tək başına mübarizə aparmaq məcburiyyətində qalır. Üstəlik də daima sığındığı anası və atası yanında deyil. Və bu çətinliklər və ehtiyaclar qarşısında çıxılmaz qalan insan, sığına biləcəyi və kömək istəyə biləcəyi bir güc axtarır. Və nəhayət dua etməyə başlayır.
    Beləliklə insan ehtiyaclarını qarşılaya bilmədikdə duaya müraciət etməyə başlayır. İnsanın ehtiyacları isə müxtəlif cür olur. İnsan ehtiyaclarını təsnif edənlərdən biri də Abram Masloudur. Masloua görə insanın tələbatları beş yere bölünür:

    1. Fizioloji tələbatlar
    2. Təhlükəsizliyə olan tələbatlar
    3. Sevgiyə olan tələbatlar
    4. Hörmət-Möhtərəmliyə olan tələbatlar
    5. Özünü Aktuallaşdırma tələbatı
    İnsan hər hansı bir şəkildə bu ehtiyaclardan və bunların xaricində var olan ehtiyaclarından hər hansı birininin ödənilməsində aciz qaldıqda bu ehtiyacları ödəyə biləcək,sonsuz xəzinələri olan və gücü hər şeyə çatan uca bir gücə sığınmaq istəyir. İnsan bu gücü inancına bağlı olaraq fərqli adlarla adlandırır.Adlar dəyişsə də lakin əsas məqsəd və məna dəyişməz olaraq qalır.

    Ortaya belə bir maraqlı sual çıxır,bəs görəsən inancından asılı olmayaraq hamımızın müraciət etdiyi, dua mexanizminin bizim üçün əhəmiyyəti nədən ibarətdir???

    Newsweek´in araşdırmasına görə, insanların 72%i dua edərək xəstəlikdən daha tez xilas olmağın mümkünlüyünə, duanın yaxşılaşmağı asanlaşdırdığına inanırlar.

    Dr.Herbert Benson tərəfindən 10 il müddətində davam edən və 1800 adamın iştirak etdiyi araşdırma,indiyə qədərki ən etibarlı nəticələrin əldə edildiyi eksperiment kimi izah olunur. ABŞ hökumətin 2.3 milyon dollar fond ayırdığı araşdırmalardan gəlinən nəticəsi isə, dua və xəstəliklərin yaxşılaşması arasında həqiqətən də əlaqənin olmasıdır.

    Duke Universiteti-nin cərrahiyə əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir araşdırmada da, "duanın yaxşılaşdırıcı gücü" elmi olaraq sübut edilmişdir. Araşdırmaların bizə verdiyi nəticə onu göstərir ki, həqiqətən də insanın hər hansı bir fövqəl qüvvəyə sığınması və dua arzusu, psixoloji olaraq bizi rahatlaşdırır. Bu prosesin necə baş verməsi elmi cəhətdən tam şəkildə izah edilməsə də, sübut olunmuşdur ki, dua oxuyan xəstələrin yaxşılaşma nisbəti digər xəstələrə nisbətən daha yüksəkdir.

    Bundan başqa Chicago´daki Rush Universitetinin araşdırmasına görə,nizamlı olaraq ibadət və dua edənlərin erkən ölüm nisbəti, dinə bağlı olmayanlara nisbətən 25% daha azdır.

    DUA ETMƏK bizim bu və ya digər şəkildə ehtiyac duyduğumuz və bizi psixoloji olaraq rahatlaşdıran bir prosesdir. Amma yaxşı olardı ki, təkcə çətinliyə düşəndə, problemlərimiz yaranda deyil, sevincli, xöşbəxt olduğumuz günlərdə də əllərimizi ALLAHa açıb dua edək, Şükr edək.


    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Dua Psixologiyası

    Tsk anlamlı mövzu için

  3. #3
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Dua Psixologiyası

    ushaq vaxti dua edende ilk once Rebbimden arzularimin gercek olmasini isteyirdim. amma indi ele deyil yasha olduqca insan ele fikirleshmir indi dua ederken br sheyi deyirik Allahim gunahlarimizi bagishla yolunu azmishlardan olmayaq Amin
    cox tesehkkur ela movzudur
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Dua Psixologiyası

    Men deyeremki insanlar tekce ozleri wcun deyil yaxinlari wcunde dua etmelidiki ALLAH onlarin sesini tez esitsin.Biz her zaman dua etmeliyik, corek yeyende,oturub duranda və s.Allahmiza sukur etmeliyik. Bu movzu haqda cox soz demek olar.Movzu ela movzudu.Halaldi bacim sene

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.