Evə yeni sakinin – körpənin gəlişi valideynləri məsuliyyətli olmağa cəlb edir. Onu qorumaq isə ata-ananın əsas borcuna çevrilir. Körpə böyüyür və onun dünyagörüşü də dəyişir, böyüklər isə ona uşaq kimi münasibət göstərirlər, onun yanında paltarlarını dəyişirlər, öz çarpayılarında yatmağa icazə verirlər. Psixoanalitik Natalya Tolstayanın məsləhətləriylə bizim oxucuları tanış edirik.

1. Uşağı ayrı yatmağa vərdiş etdirin.

Hadisə: ana 8 yaşlı oğlu ilə birgə yatır..

İzahat: həqiqətən də 15 yaşına kimi ananın oğlu ilə yatması hallarına tez-tez rast gəlirik. Günlərin bir günü məlum olur ki, oğlunun oğlan dostu var. Burada təəccüblü heç nə yoxdur. Oğlan qadın söhbətlərini dinləyir, qadın problemlərindən agah olur. O qadını ehtiras mənbəyi kimi qəbul etmir. Əksinə özünü qadın kimi hiss edir və oğuldan rəfiqəyə çevrilir. Buna icazə vermək olmaz! Siz tək yatırsınız və ya ərinizlə birgə, bunun mətləbə dəxli yoxdur. 4-5 yaşından başlayaq uşaq öz çarpayısında yatmalıdır. Bu çox vacibdir. Ola bilsin ki, bu uşaq üçün stressdir. Lakin əsl fəlakət gələcəkdə ola bilər. Seçim sizindir.

Məsləhət: düzdür, uşağın ayrıca otağı olmalıdır. Əgər yoxdursa, o zaman otaqda ona məxsus künc ayırın və bildirin ki, bu sahə ona məxsusdur. Bura görə o cavabdehdir. Təmizkarlığa nəzarət etməlidir. Bir sözlə buranın sahibidir. Əgər uşaq müqavimət göstərirsə, cəlbedici nəsə etmək lazımdır. Məsələn: çarpayının üstünə onun sevimli qəhrəmanının şəklini asmaq və s. Əgər uşaq tək yatmağa qorxursa, ona öz çarpayınızda yatmağa icazə verin, sonra isə əlindən tutub öz otağına aparın. Yenidən yuxuya gedənə qədər gözləyin.

2. Paltarsız uşağın yanında gəzməyin.

Hadisə: valideynlər uşağa o qədər öyrəşiblər ki, onun yanında alt paltarında gəzirlər.

İzahat: məişəti erotik açıq-saçıqlığa icazə verilmir. Ana uşağın yanında çılpaq gəzməməlidir. Ədəb-ərkan qaydalarına nəzarət etmək lazımdır. Atanın isə qızının yanında çılpaq və ya alt paltarında gəzməsi yol verilməzdir. Şortlara isə icazə verilir.

Uşağın yanında açıq-saçıqlığa yol verilsə o, incə hisslərdən məhrum ola bilər. Köhnə filmlərə baxın, klassika oxuyun. Əvvəllər kişilər qadının boynundan, azacıq yuxarı qalxmış ətəklərini görəndə belə ağılları başlarından çıxırdı. İndi belə kişilər o qədər də çox deyil. Bunda müəyyən mənada müasir analar günahkardır. Həmçinin valideynlərini çilpaq görən uşaq “ana”, “ata” anlamlarını bütöv şəkildə dərk etməyəcək. Məsafə itəcək. Artıq valideynlərə kobud söz demək və s. icazə kimi qəbul olunacaq.

3. Uşaqların haradan gəldiyini onlara deyin.

Hadisə: Uşaq təsadüfən valideynləri sekslə məşğul olan zaman gördü.

İzahat: Belə bir fikir var ki, valideynlərin sekslə məşğul olmasını görmək uşağa faydalıdır. Lakin sevişməyi nümayiş etdirməyə ehtiyac yoxdur. Həmçinin özünüzün də seksdən imtina etməyi düzgün deyil. Əgər uşaqla eyni otaqda yatırsınızsa, arakəsmə düzəldin, uşaq anlamalıdır ki, valideynlər tək qalmalıdır. Hətta o nəsə görsə belə burada dəhşətli heç nə yoxdur. Bu təsadüfi olacaq.

Məsləhət: Ümumiyyətlə valideynlər qucaqlaşmaq, öpüşmək istəyirlərsə bunu uşaqdan gizlətməyə ehtiyac yoxdur. Bunu etmək lazımdır. Qoy uşaq sevgi anlayışını valideynlərindən eşitsin. Əgər uşaq sizi seks zamanı görübsə siz onunla mütləq söhbət etməlisiniz. Utanmaq lazım deyil. Deyə bilərsiniz ki, mən atanın əlində otururam, çünki biz bir-birimizi sevirik . Düzdür, uşağın yaşından asılı olaraq ona deyəcəyiniz söz də fərqlənməlidir.

4. Sevgi və həddini aşmış himayədarlığı fərqləndirin.

Hadisə: Valideynlər uşağın hər addımını idarə edir.

İzahat: valideyinin həddini aşmış himayədarlığı təhlükəli və ziyanlıdır. “Yavaş yıxılarsan! Buna əl vurma! Ora getmə! Burada oturma!” Nəticədə uşaq asılı vəziyyətdə olur. Kollektivdə və ailədə problemlər yaranır. Çünki uşaq bu himayədarlığı böyüdükdən sonra da gözləyir. Məsələn, bu cür abu-havada böyüyən qız gələcəkdə həyat yoldaşından daimi qayğı tələb edir.

Məsləhət: həddini aşmış himayədarlığı sevgiylə səhv salmayın. Bu fərqli anlamlardır. Belə bir deyim var.”6 yaşa kimi uşaq şahdır, 13-14 yaşa kimi quldur, daha sonra o dostdur.” Bu aforizmdə dərin məna var. 6 yaşa kimi valideynlər çalışmalıdırlar ki, uşağa düzgün arzuları öyrətsinlər, onunla yaxşı münasibət qursunlar. Bu yaşa qədər əldə edə bilmədiklərini sonradan əldə etmək çətin olacaq. Əgər zamanında onu dinləməmisinizsə, sonradan o, emosiyalarını ifadə etməyi və insanları dinləməyi bacarmayacaq.. Onun şıltaqlıqlarını etməyə ehtiyac yoxdur, lakin ona ürəyinizlə qulaq asın, uşaq internet, televiziya və ya dostların köməkliyi ilə deyil, valideynlərin köməyi ilə əsl insan olmalıdır.. Yeniyetmə ata və anadan asılıdır, əgər 6 yaşa kimi onunla dostlaşmamısınızsa, yeniyetməlikdə onu qırmaq çətin və təhlükəlidir.